Məhkəmə qərarları › İş №2(001)-452/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-452/2022

10.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-452/2022 10.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh (Ömər) oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh (Ömər) oğluna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kodastrı və X1 Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) fərdi yaşayış evinə dair payların naturada bölgüsü tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə dair payların naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əfəndiyev küçəsi, 7 saylı evə aid olan payının naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərabaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MX seriyalı, ******* saylı, 02 aprel 2009-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əfəndiyev küçəsində istifadədə olan 0,02721 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 185,96 kv.m yaşayış, 77,84 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə onun ½ hissə, Cavabdeh ½ hissə adlarına daşınmaz əmlakın dövlət reyestr kitabının 10592 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq sözügedən evin ona və cavbdehə aid olan pay hissələri bir-bir birindən tam təcrid olunmuşdur və naturada bölgüsünün maneəsiz həyata keçirilməsi tam mümkündür. Belə olan halda hesab edir ki, sözügedən fərdi yaşayış evi paylarına uyğun olaraq naturada bölünməli və onun adına yeni hüquqların qeydiyyatına dair çıxarış verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, ekspertiza rəyi ilə razıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul edərək bildirdi ki, iddianın təmin olunmasına etiraz etmir. Həmçinin bildirdi ki, ekspertiza rəyi ilə razıdır. Belə ki, iddiaçı ilə ona məxsus evlər ekspert rəyində göstərildiyi kimi bir birindən təcrid olunmuş vəziyyətdə istifadədədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kodastrı və X1 Şəxsin 1 saylı Bakı Ərazi İdarəsin nümayəndəsi məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əfəndiyev küçəsində istifadədə olan 0.02721 ha torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı ½ hissə, Cavabdeh Ömər oğlunun ½ hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli resyetr kitabının 10592 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2021-ci il tarixli, 10/5938 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqat obyektinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, tədqiqat obyekti olan fərdi yaşayış evi faktiki vəziyyətdə bir-birindən təcrid şəkildə iki hissəyə ayrılmışdır. Texniki pasportda öz əksini tapan 1, 2, 3, 7, 8, 9, 10, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli otaqlar iddiaçının faktiki istifadəsində, 4, 5, 6, 11, 12 və 13 nömrəli otaqlar isə cavabdehin faktiki istifadəsindədir. Faktiki istifadə vəziyyəti üzrə hər bir hissənin küçə yoluna ayrıca giriş çıxış qapıları, hər bir hissənin daxilində yaşayış və yardımçı otaqları mövcuddur. Beləliklə, tədqiqatın nəticə hissəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əfəndiyev küçəsi, 7 nömrəli fərdi yaşayış evinin faktiki vəziyyətdə tərəflər arasında təcrid bölünmüş vəziyyətdə olduğu, hər bir ayrılmış sahəsinin küçə yoluna sərbəst giriş-çıxışı olduğu üçün, hər bir ayrılmış sahənin daxilində yaşayış və yardımçı otaqların olduğu və bu cür aparılmış bölgü variantının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.1., 2.2., 2.4., 2.9. bəndlərinin tələblərinə uyğun olaraq olduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir; 14 və 20 sentyabr 2021-ci il tarixli ödəniş qəbzlərinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir . Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əfəndiyev küçə, 7 saylı fərdi yaşayış evi ½ hissədə iddiaçının, ½ hissədə cavabdehin mülkiyyətindədir. Hazırda iddiaçı payının naturada ayrılmasını tələb edir, cavabdeh isə iddianı qəbul edir. Həmçinin, ekspert rəyi ilə fərdi yaşayış evinin tərəflərin paylarına uyğun naturada bölünməsi İnşaat Norma və Qaydalarının tələblərinə uyğun olaraq olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əfəndiyev küçəsi, 7 saylı fərdi yaşayış evinin texniki pasportunda əksini tapan 1, 2, 3, 7, 8, 9, 10, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli otaqlar İddiaçı, 4, 5, 6, 11, 12 və 13 nömrəli otaqlar isə Cavabdeh (Ömər) oğluna verilməklə naturada ayrılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli və 50 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət еtdi: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əfəndiyev küçəsi, 7 saylı fərdi yaşayış evinin texniki pasportunda əks olunan 1, 2, 3, 7, 8, 9, 10, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli otaqlar İddiaçı, 4, 5, 6, 11, 12 və 13 nömrəli otaqlar isə Cavabdeh (Ömər) oğluna verilməklə naturada ayrılsın. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar