Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4520/2024 12.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini azaldaraq, Cavabdeh 6000 manat pulun və 90 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 2023-cü ildə tanış olmuşdur. Bir neçə ay sonra 2023-cü ilin dekabrında anasının xəstəliyi ilə əlaqəli onun müalicəsi üçün təcili borc verməyini ondan istədi. O da cavabdehin anasının xəstə olduğunu nəzərə alaraq 3 ay müddətinə qaytarmaq şərti ilə 43 saylı notariat kontorunda borc müqaviləsi bağlayaraq cavabdehə 7000 manat borca pul verdi. Borc müqaviləsi müddətində cavabdeh ona heç bir ödəniş etmədi. Müqavilədən 6 ay keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmaqdan boyun qaçırır. Bu barədə ona dəfələrlə müraciət etsə də, cavabdeh bəhanələr gətirərək, ona borcunu ödəməkdən boyun qaçırır. Pretenziya qaydasında xəbərdarlıq etsə də heç bir müsbət nəticə əldə etməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh onun kürəkəninin dostudur və anası xəstə olduğu üçün ondan borc istəmişdir. Məhkəməyə müraciət etdikdən sonra 1000 manat ödəniş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 43 saylı notariat ofisində bağlanan xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, borc verən (İddiaçı) borc alana (Cavabdeh) 7000 manat məbləğində pulu borc verir, borc alan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür, tərəflər borcun faizsiz verilməsini şərtləşdirirlər.
6. İddiaçı tərəfindən göndərilən pretenziya məktubundan görünür ki, Cavabdeh 7000 manat borc məbləğini 3 gün ərzində qaytarılması tələb edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Həmin məktub xx.xx.2024cü il tarixdə poçta təhvil verilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
7. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlanmış, müqavilə şərtlərinə əsasən, borc verən (İddiaçı) borc alana (Cavabdeh) 7000 manat məbləğində pulu xx.xx.2024-cü il tarixinə qaytarmaq şərtilə borc vermişdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Müqavilə müddəti bitdikdən sonra borc alan tərəfindən cəmi 1000 manat ödənilmişdir.
8. İddiaçı cavabdehin müqavilə üzrə öhdəliyinin icrasını tələb edir.
9. Cavabdeh isə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Tətbiq edilən maddi hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
12. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;
13. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
14. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;
15. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
16. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
17. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
18. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
19. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Məhkəmənin mövqeyi:
20. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
21. İşin halları ilə müəyyən edilir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Lakin borc alan müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Odur ki, cavabdehin hərəkətləri öhdəliyin lazimi qaydada icra edilməməsi kimi qiymətləndirilməli və o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etməlidir. İddiaçı tərəf 7000 manat borc pul verdiyini notarial qaydada müqaviləni təqdim etməklə sübut edir və həmin məbləğdən yalnız 1000 manat qaytarıldığını qəbul edir, bu halda cavabdeh qalıq borcun qaytarıldığını sübut etməli idi. Odur ki, tədqiq edilmiş sübutlarla iddiaçının tələbini istisna edən hər hansı hal müəyyən edilmədiyindən iddia əsaslı hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
23. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
25. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
26. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
27. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 6000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 manat tutularaq İddiaçı ödənilməlidir.
28. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 6000(altı min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90(doxsan) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev