Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-454/2022 26.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Bağırlı Zahı̇ r Eldənı̇ z oğlunun Cavabdeh Nadı̇ r oğluna qarşı mülkiyyətində olan mənzilə su, qaz və işıq xətlərinin çəkilməsi və mənzilin fərdi şəkildə kodlaşdırılması öhdəliyinin cvabadehə həvalə edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Bağırlı Zahı̇ r Eldənı̇ z oğlu Cavabdeh Nadı̇ r oğluna qarşı mülkiyyətində olan mənzilə su, qaz və işıq xətlərinin çəkilməsi və mənzilin fərdi şəkildə kodlaşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Bağırlı Zahı̇ r Eldənı̇ z oğlu iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanında fiziki şəxs Cavabdeh tərəfındən inşa edilmiş çoxmənzilli yaşayış binasından xx.xx.2020-ci il tarixdə RB/İKYF-099 nömrəli alqısatqı və ipoteka müqaviləsinə əsasən mənzil almışdır. Mənzil çıxarış və texniki pasportla təmin edilmişdir. Mənzilin texniki pasportunda kommunal xidmətlərin, yəni işığın, suyun, qazın olması qeyd olunmuşdur. Amma reallıqda çoxmənzilli yaşayış binası qanunsuz olaraq işıq və su xətləri ilə təmin edilmiş, binaya qaz çəkilməmişdir. O, mənzilinə işıq, su və qaz xətlərinin çəkilməsi, mənzilinin kodlaşdırılaraq sayğacların quraşdırılması üçün Asan Kommunal mərkəzlərinə şifahi və aidiyyatı qurumlara yazılı müraciət etmişdir. Müraciətlərinə cavab olaraq ona çoxmənzilli yaşayış binalarının işıq, su və qaz ilə təmin edilməsi üçün fərdi şəkildə texniki şərtin verilməməsi, texniki sənədin alınması və xidmətlərdən istifadə üçün bina sahibinin müvafiq sənədlərlə birlikdə Asan Kommunal mərkəzlərinə yaxınlaşması bildirilmişdir. Bina sahibinə müraciət etdikdə isə cavabdeh pul vəsaitinin olmamasını səbəb gətirərək çoxmənzilli yaşayış binasının kommunal xidmətlərlə təmin edilməsi prosesini yubatmışdır. Bakı şəhəri 14 saylı noratiat ofisinin RB/İKYF-199 saylı alqı-satqı və ipoteka müqaviləsinin 2.2.1-ci bəndinə əsasən alıcı-ipoteka qoyana faktiki təhvil verənədək ipoteka predmeti üzrə əmlak vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcları ödəməsi tələb olunduğu halda müqavilənin şərtlərinə əməl etmir, nəinki borcun ödənilməsi, hətta sayğacların quraşdırılmasını təmin etməmişdir. Binada qanunsuz istifadə olunan işıq və sudan onun da mənzilinə xətlər çəkilmişdir. Lakin həmin qoşulma qanunsuz olduğundan tez-tez işıq və su kəsilir. Binada qaz olmadığı üçün o, mənzilini isitmək üçün də elektrik enerjisindən istifadə edir. Mənzilinə fərdi qaydada qazın, suyun, işığın çəkilməsi, sayğacların quraşdırılması üçün müraciət etsə də, aidiyyəti orqanlar ona fərdi sahibkar olan cavabdehin belə müraciətlər etmək hüququnun olması ona izah olunmuşdur. Ona görə də mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu ünvan 2 ünvanında yerləşən mənzilinə işıq, su və qaz xətlərinin çəkilməsi, həmçinin mənzilinin fərdi şəkildə kodlaşdırılması öhdəliyinin sahibkar Cavabdeh üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətininin Başçısının xx.xx.2018-ci il tarixli 173 saylı sərəncamına əsasən, Cavabdeh mülkiyyətində olan ünvan 3 ev 1F ünvanında 233,3 m2 torpaq sahəsində təsdiq edilmiş layihə əsasında inşa etdiyi üç mərtəbəli, mansardalı fərdi yaşayış evinin göstərilən ölçülərlə mövcud vəziyyətdə sənədləşdirilməsi qərara alınmış və həmin evə dair cavabdehin mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. İddiaçıya mənzilin texniki pasportu Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş və həmin texniki pasportda göstərilən məlumatlar barədə cavabdeh məsuliyyət daşımır. Belə ki, həmin texniki pasportda binada liftin olması da göstərilir. Buradan belə müəyyən edilir ki, bir müddətdən sonra iddiaçı binada lift quraşdırılmasını da cavabdehdən tələb edəcəkdir. Çoxmənzilli fərdi yaşayış binasında kommunal xidmətlərin olmamasına gəlincə isə qeyd edilməlidir ki, mənzillər iddiaçının özünün də etiraf etdiyi kimi, su və elektrik enerjisi ilə təmin edilir. Ançaq mənzil mülkiyyətçilərinin mənzillərinə su və elektrik sayğaclarının quraşdırılmaması və binanın qazlaşdırılmamasının bir sıra obyektiv və subyektiv səbəbləri vardır. Belə ki, Cavabdeh bina sahibi kimi dəfələrlə Azərsu ASC-nin, Azərişıq ASC-nin və Azəriqaz İB-nin rəhbərliyinin qəbulunda olsa da və bu barədə danışıqlar aparılsa da cavabdehdən asılı olmayan səbəblərdən qeyd edilən problemlər öz həllini tapmamışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən çoxmənzilli yaşayış binasında mənzil mülkiyyətçilərinin mənzillərinə su sayğaclarının quraşdırılması və adlarına abonent kodunun açılması barədə Azərsu ASC-yə, mənzillərdə elektrik sayğaclarının quraşdırılması və fərdi abonent kodunun açılması barədə Azərişıq ASC-yə, çoxmənzilli yaşayış binasının qazlaşdırılması, mənzil mülkiyyətçilərinin mənzillərinə qaz sayğacının quraşdırılması və adlarına fərdi abonent kodunun açılması barədə Azəriqaz İByə müraciət göndərilmişdir. Qeyd edilən səlahiyyətli qurumlar problemin həll edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirəcəklər. Həmin müraciətlərin surəti məhkəməyə təqdim edilir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs Azərişıq ASC-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1313 nömrəli Fərmanı ilə təstiq edilmiş Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması qaydalarına uyğun olaraq tikinti obyektərinin elektrik şəbəkəyə qoşulması texniki şərtlərin və layihə sənədlərinin əsasında həyata keçirilir. Sahibkarların mövcud olan və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciətlər kiçik və orta biznes evləri və Asan Kommunal mərkəzləri vasitəsilə həyata keçirilir. Texniki şərtlərin və layihə sənədlərinin alınması üçün sifarişçi ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə KOB evlərindəki və ya mərkəzlərdəki Texniki Şuraya müraciət etməlidir. Ərizədə aşağıdakı məlumatlar qeyd edilməlidir: sifarişçinin VÖEN-i; sifarişçinin ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer); tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri (elektrik qurğularının aktiv və reaktiv gücü, etibarlılıq üzrə kateqoriyası); sifarişçinin poçt və elektron ünvanı (elektron ünvanı otduqda). Ərizəyə ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti və qoşulma haqqının ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Texniki şərtlərə və layihəyə uyğun olaraq texniki-quraşdırma işləri yetirdikdən sonra X4 ilə sifarişçi arasında elektrik şəbəkəsinə qoşulma aktı, elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanır və obyektə elektrik enirjisin verilməsi təmin olunur. Cavabdeh Nadı̇ r oğlu inşa etdiyi binanın elektrik enerjisi ilə təmin edilməsi üçün Azərişıq ASC-yə müraciət etməmişdir. Məhkəmə iclasında 3-cü şəxs Azəriqaz İB-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, mövcud qanunvericiliyin tələbinə uyğun olaraq hündürmərtəbəli binaların qaz təchizatı şəbəkəsinin çəkilişi Azəriqaz İB və aidiyyəti dövlət quqrumları ilə razılaşdırılmış layihə sənədləri əsasında mənzil tikinti kooperativinin sifarişi ilə müvafiq sahədə xüsusi icazəsi olan tikinti təşkilatları tərəfindən həyata keçirilir. Tikinti təşkilatları tərəfindən tikinti quraşdırrma işləri aparılır və texniki icra sənədləri tərtib olunur. Aparılan işlər və texniki icra sənədləri tikinti təşkilatları tərəfindən razılaşdırılmış layihəyə, eləcə də Qaz təchizatında təhlükəzlik Qaydalarına, Qazdan istifadə Qaydalarına, tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq aparılır. MTK-nın rəhbərliyi tərəfindən qaz şəbəkəsinin istismara qəbul komissiyanın aktı, qaz təchizatı ilə bağlı texniki icra və digər zəruri sənədlər bu sahədə dövlət nəzarət orqanları ilə tam şəkildə razılaşdırıldıqdan sonra Azəriqaz İB-yə təqdim olunmalıdır. Yalnız qeyd edilən sənədlər təqdim edildikdən somu Birlik öz səlahiyyəti daxilində qaz təchizatı ilə bağlı vəzifələrini yerinə yetirə bilər. Cavabdeh Nadı̇ r oğlu Azəriqaz İB-yə inşa etdiyi binanın qazlaşdırılması üçün müraciət etməmişdir. 3-cü şəxs Azərsu ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, 3-cü şəxs Azərsu ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə 3-cü şəxs Azərsu ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli Z-7 saylı məktubundan müəyyən olunur ki, ünvan 3 ünvanında 0,24 ha torpaq sahəsində yerləşən 1 saylı fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsindən xx.xx.2013-cü il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında vətəndaş Cavabdeh mülkiyyətindədir. Həmin fərdi yaşayış evində əlavə mərtəbənin artırılmasına dair nəzərdə tutulmuş tikinti işlərinin layihəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Layihə Kontorunda işlənilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən, təqdim edilən sənədlər aşağıdakı şərtlər daxilində razılaşdırılır: Tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə əsasında aparılmalıdır; Tikinti işləri aparılarkən ətraf ərazi sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanmalı, qanunvericiliklə müəyyən edilmiş qonşuluq prinsiplərinə əməl edilməlidir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı şəhər İcra Hakimiyyətinə və Cavabdeh ünvanladığı xx.xx.2015-ci il tarixli 01/12-09-26-09-20/Z-11 saylı məktubundan müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi döngə 1, dalan 5 ünvanında Cavabdeh mülkiyyətində olan 1 saylı yaşayış binasının 2-ci və 3-cü mərtəbəsinin təqdim edilən layihə əsasında tikintisinə RİH tərəfindən etiraz edilmədiyi bildirilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətininin Başçısının xx.xx.2018-ci il tarixli 173 saylı sərəncamından müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan ünvan 3 ev 1 ünvanında 233,3 m2 torpaq sahəsində təsdiq edilmiş layihə əsasında inşa edilmiş üç mərtəbəli, mansardalı fərdi yaşayış evinin göstərilən ölçülərlə mövcud vəziyyətdə sənədləşdirilməsi qərara alınmaqla, müvafiq sənədləşmə işlərinin aparılması üçün sərəncamın surəti Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********96 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri ünvan 5 ünvanı təkrarlandığı üçün çoxmərtəbəli yaşayış binasına Bakı şəhəri ünvan 6 ünvanı təyin edilmişdir. Satıcı Cavabdeh, alıcı-ipoteka qoyan İddiaçı və kreditor-ipoteka saxlayan Rabitəbank ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin notarial qaydada təstiq olunmuş surətindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan ünvan 3, 1F saylı evin 16 saylı mənzilini alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir. Müqavilənin 2.2-ci bəndindən müəyyən olunur ki, mənzili alıcı-ipoteka qoyana faktiki təhvil verənədək ipoteka predmeti üzrə əmlak vergisini, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borclarını ödəmək satıcının vəzifəsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3, 1F saylı evin 16 saylı mənzili mülkiyyət hüququ ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş texniki pasportdan müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi 1F saylı evin 16 saylı mənzilinin yerləşdiyi bina istilik, su, qaz, elektriklə təchiz edilmişdir. Azəriqaz İB-nin xx.xx.2021-ci il tarixli Socar **********30560046X03416 saylı məktubundan müəyyən olunur ki, hündürmərtəbəli binalara qaz təchizatı şəbəkəsinin çəkilişi Azəriqaz İB və müvafiq dövlət qurumları ilə razılaşdırılmış layihə sənədləri əsasında MTK-nın sifarişi ilə həyata keçirilməsi, tikinti təşkilatları tərəfindən razılaşdırılmış layihəyə tikinti quraşdırma işləri aparılması və texniki icra sənədlərinin tərtib olunması, MTK-nın rəhbərliyi tərəfindən qaz şəbəkəsinin istismara qəbul komissiyasının aktı, qaz təchizatı ilə bağlı texniki-icra və digər zəruri sənədlərin tam şəkildə Dövlət Nəzarət orqanları ilə razılaşdırıldıqdan sonra X3 təqdim olunması, Azəriqaz İB-nin müvafiq struktur bölməsi tərəfindən qaz şəbəkəsinə yerində baxış keçirildikdən və irad olmadıqda dislokasiya siyahısı üzrə mənzillərə təbii qazın verilməsinə icazə verildikdən, müvafiq qaydalara uyğun olaraq qazın alqı-satqısı müqaviləsi bağlandıqdan sonra mənzillərə təbii qazın açılışının təmin edilməsi, mənzil sahibləri ilə MTK-nın rəhbərliyi arasında yaranan münasibətlər onlar arasında bağlanan müqavilə ilə tənzimlənməsi Azəriqaz İB tərəfindən İddiaçı bildirilmişdir. Azəriqaz İB-nin xx.xx.2021-ci il tarixli Socar **********30560046X03476 saylı məktubundan müəyyən olunur ki, çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının qazlaşdırılması, o cümlədən sayğacların quraşdırılmasının həmin binanı inşa edən sifarişçi təşkilatın və ya idarə edən təşkilatın vəzifələrinə daxil olması Azəriqaz İB tərəfindən İddiaçı bildirilmişdir. Azəriqaz İB-nin xx.xx.2021-ci il tarixli Socar **********30560046X06355 saylı məktubundan müəyyən olunur ki, Azəriqaz İB-nin X1 Sistemində (AGİS) ünvan 3 ev 1F ünvanı üzrə məlumat tapılmamış, xidməti ərazidə göstərilən ünvanın dəqiq olmaması səbəbindən yerini müəyyən etmək mümkün olmamış, fərdi yaşayış evinin qazlaşdırılması vətəndaşın şəxsi vəsaiti hesabına podratçı müəssisələr tərəfindən həyata keçirilir. Azərişıq ASC-nin 01/xx-xx/5514 saylı xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, ünvan 3 ev 1F saylı ünvanın elektrik enerjisi ilə təchiz edilməməsinin səbəbi həmin ünvana dair abonent kodunun açılmaması və sayğacın quraşdırılmamasıdır. Azərsu ASC-nin xx.xx.2021-ci il tarixli 01/4/01-7/6/2337 saylı məktubundan müəyyən olunur ki, Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin 4-cü bəndinə əsasən, yaşayış binaları o cümlədən mənzillər yalnız su təchizatı sisteminə tam həcmdə qoşulduqda və sayğacla təchiz edildikdən sonra istismara qəbul oluna bilər. Çoxmənzilli yaşayış binasının daxili təchizat sistemi, xarici şəbəkə (su və kanalizasiya) xətləri texniki şərtin tələblərinə və tikinti norma və qaydalarına uyğun inşa olunmalıdır. Fərdi müqavilələrin bağlanması məqsədi ilə müvafiq sənədlərin MTK rəhbərliyi tərəfindən Binəqədı rayonu Sukanalı idarəsinə təqdim edilməlidir. Mülkiyyətçilərlə fərdi qaydada müqavilənin bağlanması təqdim olunmuş sənədlərə əsasən həyata keçirilir. Azərsu ASC-nin xx.xx.2021-ci il tarixli 01/4/01-7/6/17530 saylı məktubundan müəyyən olunur ki, Azərsu ASC-nin elektron abonent bazasında ünvan 8 ünvanına dair abonent kodu mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2021-ci il tarixli İN-X/O- 8146/2021 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri ünvan 9 ünvanında yerləşən çoxmənzilli binada mənzillərə aid elektrik sayğaclarına fərdi kodun verilmədiyi, elektrik enerjisi sərfiyyatı ilə bağlı ödənişlərin əhali qrupu tarifinə uyğun hesablanmadığı və digər məsələlər barədə kollektiv müraciətlə bağlı sakinlərin iştirakı ilə sözügedən ünvana baxış keçirilərkən binanın elektrik enerjisi təchizatının Azərişıq ASC-nin Biləcəri ETSİ-nin balans və xidmətində olan gücü 400 KVA, 6/0,4 KV gərginlikli 587-1 saylı komplekt transformator məntəqəsinin 0,4 KV-luq paylayıcı lövhəsindən çıxan ÖİN xətti vasitəsilə yerinə yetirildiyi, binada elektrik enerjisi istehlakının hesabatının həyətyanı sahəyə girişdə çöl tərəfdə divarda quraşdırılmış Makel markalı, zavod nömrəsi 35044929, dövlət möhürü 432207 olan 3 fazlı hesablaşma elektrik sayğacı vasitəsilə aparıldığı, Azərişıq ASC-nin kompüter məlumat bazasında 01/14-94 abonent kodu ilə AHİTA təmir-tikinti bazasının adına qeydiyyata alındığı müəyyən edilmişdir. Bununla yanaşı qeyd edilən ünvanda yerləşən yaşayış binasının xarici elektrik təchizatı ilə bağlı texniki şərti təqdim edilməmiş, binada olan mənzillərdə elektrik enerjisi istehlakının hesabatı üçün quraşdırılmış hesablaşma elektrik sayğaclarının Azərişıq ASC-nin kompüter məlumat bazasında qeydiyyata alınmadığı, mənzillərdə sərf edilmiş elektrik enerjisi haqqının ödənilməsi ilə bağlı bildirişlərin sakinlərə Azərişıq ASC tərəfindən deyil, idarəetməni həyata keçirən şəxslər tərəfindən verildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə Qaydalarının 3.5-ci bəndinə əsasən yeni elektrik qurğularına gərginliyin verilməsi yalnız uçot cihazları quraşdırılıb yoxlanıldıqdan, X2 Agentliyi tərəfindən istismara buraxılış aktı verildikdən, elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlandıqdan sonra yerinə yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmiş Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydasının 2.17-ci bəndinə əsasən isə yaşayış binalarının enerji təchizatı şəbəkəsinə qoşulması üçün ümumi texniki şərtlərin layihə sənədlərinin və həmin texniki şərtlərin tələblərinin icra olunduğu nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin enerji təchizatı şəbəkəsinə qoşulması üçün ayrıca texniki şərtlərin və layihə sənədlərinin alınması, həmçinin qoşulma haqqının ödənilməsi tələb olunmur. Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydalarının 3.2-ci bəndinə əsasən binanın xarici elektrik təchizatı ilə bağlı texniki şərtlərdə göstərilən qoşulmaya dair tədbirlər sifarişçi tərəfindən yerinə yetirilməlidir. Həmin texniki şərtin tələbləri sifarişçi tərəfindən tam yerinə yetirildikdən sonra Elektrik enerjisindən istifadə Qaydalarının 7.1-ci bəndinə uyğun olaraq X4 ilə abonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2016-cı il tarixli 17 nömrəli Qərarına uyğun olaraq məişət abonentləri üçün elektrik enerjisinin, aylıq istehlak həcminin 300 kVts-a qədər (300 kVts daxil olmaqla) olan hissəsi 0,07 manatla, aylıq istehlak həcminin 300 kVts-dan olan hissəsi isə 0,11 manatla hesablanır. Qeyd olunanlarla yanaşı, baxış zamanı sözügedən yaşayış binasının faktiki olaraq qazlaşdırılmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların 3.1-ci bəndinə əsasən qaz istehlakçıları qaz paylayıcısından alınan texniki şərtlərə əsasən qaz təchizatının layihə sənədlərini tərtib etməli və layihəyə uyğun tikinti işlərini yerinə yetirməlidirlər. Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bununla yanaşı çoxmənzilli yaşayış binasının təbii qazla təchiz olunması üçün mülkiyyətə dair sənədlərlə birgə Asan Kommunal mərkəzinə müraciət olunaraq texniki şərtin alınması, qazlaşdırılma işlərinin aparılması qaydaları bina sakinlərinə izah olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6795 saylı rəyindən müəyyən olunur ki, baxış zamanı ünvan 3 1 F saylı evin elektrik enerjisi və su ilə təmin olunduğu, lakin, təbii qaz ilə təmin edilmədiyi müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, ünvan 3 1 F saylı evin 16 saylı mənzilinə elektrik və su xətləri çəkilmiş, lakin təbii qaz xətti çəkilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, Sudan istifadə qaydalarının 1.6-cı bəndinə əsasən, ünvan 3 1F saylı ev su xəttinə alqı-satqı müqaviləsi olmadan, qeyri-qanuni qoşulmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, Elektrik enerjisindən istifadə qaydalarının 1.3-cü bəndinə əsasən, ünvan 3 1F saylı ev elektrik xəttinə alqı-satqı müqaviləsi olmadan, qeyri-qanuni qoşulmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Azəriqaz İB-yə, Azərişıq ASC-yə, Azərsu ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətlərindən müəyyən olunur ki, Cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 173 saylı sərəncamı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi döngə 1, dalan 5 ünvanında mülkiyyətində olan torpaq sahəsində tərəfindən müvafiq qaydada razılaşdırılmış layihə əsasında inşa edilmiş üç mərtəbəli, mansardlı, çoxmənzilli fərdi yaşayış evinin təqdim edilmiş ölçülərdə mövcud vəziyyətdə sənədləşdirilməsini, göstərilən ünvandakı fərdi yaşayış evindəki mənzillərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq mülkiyyət hüququna dair müvafiq çıxarış və texniki pasport verilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********96 saylı məktubuna əsasən Bakı şəhəri ünvan 10 ünvanı təkrarlandığı üçün göstərilən çoxmərtəbəli yaşayış binasına Bakı şəhəri Binəqədi rayonu ünvan 11 ünvanı təyin edilməsini, hazırda qeyd edilən ünvandakı fərdi yaşayış evində olan mənzillərin bir hissəsinin alqı-satqı müqaviləsi əsasında müxtəlif şəxslərə satılması və həmin şəxslər tərəfindən mənzil mülkiyyətçisi kimi onların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilməsini, həmin şəxslər mənzillərinin elektrik enerjisi, su və qazla ilə təmin edilməsi, bunun üçün mənzillərinə sayğacların quraşdırılması və adlarına fərdi abonent kodunun açılmasını tələb etmələrini, mülkiyyəçilərdən bəzilərinin qeyd edilən problemin həlli ilə bağlı fərdi qaydada onlara da müraciət etmələrini, lakin bu günə qədər həmin məsələnin öz həllini tapmadığından nəticədə mənzil mülkiyyətçiləri ilə arasında bina sahibi kimi məhkəmə mübahisəsi yaranmasını bildirib, Bakı şəhəri Binəqədi rayonu ünvan 11 ünvandakı fərdi yaşayış evində olan mənzillərin elektrik enerjisi, su və təbii qazla təhciz edilməsi üçün həmin mənzillərə sayğacların quraşdırılması və mənzil mülkiyyətçilərinin adına fərdi abonent kodunun açılmasına köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş sudan istifadə qaydalarına əsasən: Bənd 1.4. Bu Qaydalara uyğun olaraq, hər bir istehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərindən (bundan sonra – STTSAS) istifadə etmək hüququ vardır. Bənd 1.5. İstehlakçıların STTSAS-a qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada tənzimlənir. Bənd 1.6. STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Bənd 1.7. Müqavilələr fiziki şəxslərlə bu Qaydaların 1 nömrəli əlavəsinə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Müqaviləyə STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən və bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən akt əlavə edilir. Bənd 1.8. Tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan sonra, digər kateqoriyalı istehlakçılarla isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həmin istehlakçıların STTSAS-a qoşulmasını təsdiq edən qoşulma aktı tərtib edilərək imzalandıqdan sonra bağlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə qaydalarına əsasən: Bənd 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. Bənd 2.1. Yeni, yaxud yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan, həmçinin enerji təchizatı sxemini dəyişən istehlakçıların (sifarişçilərin), o cümlədən məişət abonentlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və elektrik şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na, “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na əsasən müəyyən edilir. Müstəqil enerji istehsalçısının bərpa olunan enerji mənbələri üzrə elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlər müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi və ya X4 arasında bağlanılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən olunur və bu zaman şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarına əsasən: Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. Bənd 1.5. İstehlakçıya satılan qazın keyfiyyət göstəriciləri - tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri qüvvədə olan dövlət standartlarının tələblərinə cavab verməlidir. Dövlət standartlarının tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qazın keyfiyyət göstəriciləri nəzarət orqanı olan Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verilməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyata keçirilməsi tələb edilməlidir. Bənd 1.6. Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra - EN) və texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - FHN) həyata keçirirlər. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehin Bakı şəhəri ünvan 9 ünvanında inşa etdiyi, mülkiyyətində olan çoxmənzilli binada yerləşən iddiaçıya satdığı 16 saylı mənzilin texniki sənədlərində binanın qaz, su, işıqla təchiz olunması qeyd olunsa da, faktiki olaraq bina təbii qazla təchiz edilməmiş, binada elektirk enerjisindən və sudan qanunsuz qoşulma nəticəsində istifadə olunur. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə və hazırkı mülki iş üzrə 3-cü şəxs qismində cəlb olunan Azəriqaz İB-yə, Azərişıq ASC-yə və Azərsu ASC-yə mülkiyyətində olan mənzilə işıq, su və qaz xətlərinin çəkilməsi, mənzilinin fərdi şəkildə kodlaşdırılması üçün müraciət etsə də, 3-cü şəxslər binanın qaz, su, işıqla təmin edilməsi üçün fərdi sahibkarın onlara müraciət etməli olmasını iddiaçıya bildirmiş, cavabdeh isə iddiaçı məhkəməyə müraciət edənədək inşa etdiyi binanın qaz, su, işıqla təchiz edilməsi üçün hər hansı bir təbir görməsi barədə sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəməyə cavabdeh tərəfindən təqdim olunan Azəriqaz İB-yə, Azərişıq ASC-yə və Azərsu ASC-yə ünvanlanan müraciətlərdən isə cavabdehin, Bakı şəhəri ünvan 9 ünvanında inşa etdiyi binaya qazın, suyun, işığın çəkilməsi üçün yalnız xx.xx.2022-ci il tarixdə müraciət ünvanlaması müəyyən olunur. Baxmayaraq ki, iddiaçının bu barədə iddia tələbi ilə bağlı məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh dəfələrlə məlumat verilmiş, sonuncu məhkəmə iclaslarında iştirak etməmiş, etirazında istinad etdiyi sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, inşa etdiyi binanın qaz, su, elektrik enerjisi ilə təchiz edilməsi üçün müraciət etmək, bunun üçün tələb olunan bütün sənədləri aidiyyəti qürumlara təqdim etmək, sonuncuların imtinaları ilə qarşılaşdığı halda isə həmin imtinaları mübahisələndirmək hüququ, yalnız cavabdehə aid olduğundan, iddiaçı çoxmənzilli binada yerləşən mənzilini fərdi qaydada qazla, elektrik enerjisi və su ilə təmin etmək hüququna malik olmadığından, mənzilin fərdi qaydada kodlaşdırılması mənzilə qaz, su, işıq sayğacları quraşdırıldıqdan sonra aidiyyəti qrumların vəzifəsi olduğundan məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilərək cavabdehə inşa etdiyi binada yerləşən iddiaçının mülkiyyətində olan mənzilin qaz, su, elektirik enerjisi ilə təchiz edilməsi üçün müraciət etmək və bu müraciətin təmin edilməsi üçün bütün sənədləri təqdim etmək vəzifəsi həvalə edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xəcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Nadı̇ r oğluna, Bağırlı Zahı̇ r Eldənı̇ z oğlunun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi döngə 1, dalan 5, 1F saylı evin 16 saylı mənzilinin elektrik enerjisi, su və təbii qazla təmin edilməsi üçün aidiyyəti qrumlara müraciət etmək və bu müraciətin təmin edilməsi üçün bütün sənədləri təqdim etmək vəzifəsi həvalə edilsin. Cavabdeh Nadı̇ r oğlundan dövlət rüsumuna görə 30 manat, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 102 manat olmaqla cəmi 132 manat tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-454/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-454/2022
26.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver