Məhkəmə qərarları › İş №2(001)-4545/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4545/2024

28.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4545/2024 28.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktına və vərəsəlik hüququnun tanınmasına dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktina və vərəsəlik hüququnun tanınmasına dair iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmiş, həmçinin iddiaya hazırki halda məhkəmə qaydasında baxıla bilməz. Belə ki, İlk öncə İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, sözügedən əmlak üzrə vəsiyyətnamənin olmasına baxmayaraq, şəxs vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə müvafiq notariat və icra orqanına müraciət etməmiş və ya buna dair hər hansı rəsmi məlumatı ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. O cümlədən təqdim olunmuş iddia ərizəsi və əlavə olunmuş sənədləri nəzərdən keçirərkən məlum olur ki, tələb xüsusi icraat qaydasında - mirasın qəbul edilməsi faktının tanınmasına dair verilsə də bu icraat üçün mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməmiş, “ərizəçi” və “maraqlı şəxs” əvəzinə müvafiq qaydada “iddiaçı” və “cavabdeh” göstərilmiş, ərizə ümumi iddia icraatı qaydasında verilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə məhkəmə məhz hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər kimi xüsusi icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktina və vərəsəlik hüququnun tanınmasına dair barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata götürülməsindən imtina edilsin. 100 (yüz) manat məbləğində (qəbz – **********) dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya izah olunsun ki, vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə müvafiq notariat və icra orqanına müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Binəqədi Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar