Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4591/2022 08.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun, məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı 300 (üç yüz) manat məbləğində pulun və ödənilməli olan 30 manat dövləf rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58.6 kv/m olan fərdi yaşayış evindən 7.7 k/v (1 otaq) hissəsini daşınmaz əmlakın alqı- satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə almış, həmin tarixdədə alqı-satqı müqaviləsi müvafiq sənədləşdirmə işlərinin aparılması üçün Sumqayıt "ASAN xidmət" mərkəzinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuşdur. Bundan sonra iddiaçının qonşusu X3 ilə sənədlərin icraatı ilə maraqlanmaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi idarəsinə müraciət etmişlər. Həmin vaxt İrşad Məmmədov kömək məqsədi ilə sənədləri götürərək inzibati binaya daxil olmuş və bir neçə dəqiqədən sonra gələrək yaxın vaxtlarda evə baxış keçirilməsi üçün əməkdaşların gəlmələrini bildirmişdir. Bundan sonra özünü DƏDRX-nin Abşeron Ərazi idarəsinin mühəndisi kimi təqdim edən Elçin adlı şəxs evin ölçülərini götürdükdən sonra evin yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğunu, Dövlət Reyesrt Xidmətinin bazasında isə xüsusi mülkiyyət kimi göründüyünü bildirərək müraciətə imtina cavabı ediləcəyini bildirdi və bu işin müsbət həlli üçün 1500 manat pul ödəməli olduğunu dedi. Yekun olara razılaşaraq iddaçı Elçinə 1.000 manat məbləğində pul ödəmiş, Elçin isə qıssa zamanda ödəniş barədə qəbzi təqdim edəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Elçin zəng vuraraq əlavə 100 manatda lazım olduğunu bildirmişdir və həmin 100 manatı iddiaçı taksi sürücüsü Xanlar Cəfərov vasitəsilə göndərmişdir. Sonradan iddiaçı Elçin barəsində şübhələnmiş və 1.100 manatını ələ keçirən Elçin adlı şəxs barəsində DİN Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Abşeron Rayon Polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 araşdırmasından olsa müvafiq qərarla toplanmış material araşdırmanın davam etdirilməsi üçün DİN Nəsimi Rayon Polis İdrəsinə göndərilmişdir. Bakı şəhəri, Nəsimi RPİ-nin 19- cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 icraatında olan l-NK/413 nömrəli material üzrə xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Polis araşdırması zamanı müəyyən olunmuşdur ki, özünü Elçin olaraq təqdim edən 1.100 manat məbləğində pulu ələ keçirən xx.xx.1968-cİ il təvəllüdlü Cavabdeh adlı Füzuli rayon sakinidir. Cavabdeh ələ keçirtdiyi 1.100 manat pulun 500 manat məbləğində olan hissəsini ifadələrində də etiraf etmişdir və həmin 500 manat məbləğdəndə 200 manatı iddiaçıya geri qaytarımışdır. Cavabdeh qaytarmalı olduğu 300 manat məbləğində pulu Polisə ifadəsində və telefon vasitəsilə qısa zamanda geri qaytaracağını bildirsədə, hazırki dövrədək öhdəliyini icra etməmişdir. İddiaçı cavabdehdən 300 manat məbləğində pulu geri tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş, habelə mobil telefonuna SMS xəbərdarlıq göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı yazılı qaydada işə onun iştirakı olmadan baxılmasını xahiş etsədə, cavabdeh iclaslarda heç bir üzürlü səbəb göstərədən iştirak etməmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki idda təmin edilməlidir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, cavabdehin yaşayış yeri üzrə qeydiyyatı Bakı şəhəri, Biləcəri qəsəbəsi, Binəqədi yolu,döngə 2,73-dür. İş materiallarında olan Bakı şəhəri, Nəsimi RPİ-nin 19- cu PŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd olunmuşdur ki, “materiai üzrə izahatı alınmış materialda adı Elçin kimi göstərilən, Cavabdeh izahatında xx.xx.2022-ci ıl tarixdə İddiaçı məxsus olan, Abşeron rayonu M.Hüseyn küçəsi ev 38-də yerləşən bir otaqlı mənzili sənədləşdirmək üçün sonuncudan, ümilikdə 500 manat pul aldığını və sonradan evə dair sənədləri düzəldə bilmədiyi üçün həmin puldan İddiaçı 200 manat qaytardığını və 300 manat pulu xx.xx.2022-ci il tarixdə qaytaracağını bildirmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, materialda adı Elçin kimi göstərilən Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus olan Abşeron rayonu M.Hüseyn küçəsi ev 38-də yerləşən bir otaqlı mənzili sənədləşdirmək üçün ondan ümilikdə 500 manat pul almış, lakin sonradan mənzilə dair sənədləri düzəldə bilmədiyi üçün 200 manatını sonuncuya qaytarmış və 300 manat pulu xx.xx.2022-ci il tarixdə qaytaracağını bildirmişdir. Beləliklə toplanmış material üzrə əməldə cinayət tərkibinin olmamasını və tərəflərin mübahisəsinin mülki xarakterli olması sübuta yetirir. Bu da Azərbaycan Respublikası CMdə etibardan sui-istifadə etmə, aldatma kimi qeyd olunan dələduzluq cinayətinin tərkibini yarartmır. Həmçinin dələduzluq edən şəxs əvvəlcədən etibar qazanmalı və zərərçəkmiş şəxsi aldatmalıdır.”. İşin məhkəmə araşdırılması ilə müəyyən edildi ki, özünü Elçin kimi təqdim edən Cavabdeh xx.xx.2022-ci ıl tarixdə İddiaçı məxsus olan, Abşeron rayonu M.Hüseyn küçəsi ev 38-də yerləşən bir otaqlı mənzili sənədləşdirmək üçün sonuncudan, ümilikdə 500 manat pul aldığını və sonradan evə dair sənədləri düzəldə bilmədiyi üçün həmin puldan İddiaçı 200 manat qaytardığını və 300 manat pulu xx.xx.2022-ci il tarixdə qaytaracağını bildirmiş, lakin həmin tarixə pulu qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan aldığı pulun vəd olunmuş vaxtda üzürsüz səbəbdən qaytarmayarq əsassız olaraq varlanmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddi hüquq normalarının mənasına görə əsassız varlanmanın baş verməsi üçün ilk aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: varlanmaya haqq qazandıran qanuni əsasın və ya müqavilə əsasının mövcud olmaması. İşin hallarından görünür ki, cavabdehlər tərəfindən iddiaçıdan pulun alınması üçün hər hansı qanuni və müqavilə əsası mövcud olmamışdır. Buna görə də iddia tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsnə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə iddia tam təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənildin. İş üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4591/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4591/2022
08.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver