Məhkəmə qərarları › İş №2(001)-4598/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-4598/2020

16.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4598/2020 16.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1400 manat borcun və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 2018-ci ilin dekabr ayında cavabdehlə tanış olmuş, həmin vaxt cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən 20 nömrəli məktəb liseyin yaxınlığında turizm şirkəti işlətmiş, o da cavabdehin şirkətində sürücü işləməyə başlamışdır. 2018-ci ilin dekabr ayından 2019-cu ilin aprel ayınadək şirkətə müraciət edən müştəriləri maşını ilə müxtəlif yerlərə aparmışdır. Lakin, sonda Pərviz ona gördüyü iş müqabilində ödəməli olduğu puldan 1400 manatını ödəməmişdir. O, bu barədə Yasamal Rayon Polis İdarəsinə müraciət etmiş, təhqiqat bölməsində araşdırma zamanı Cavabdeh verdiyi izahatında ona 1400 manat borclu olduğunu etiraf etmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh faktiki olduğu yer məlum olmadığına görə məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələbinə əsasən onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş və məhkəmə iclasında onların iştirakının təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı X.Ə.Məmmdov ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin təhqiqatçısı Ramil Qafarov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, hazırki iş üzrə iddia ərizəsində göstərilən məzmunlu şikayətlə İddiaçı Polis İdarəsinə müraciət etmiş, şikayət araşdırılarkən izahatın alınmış Cavabdeh izahatında göstərmişdir ki, o, 2018-ci ilin fevral ayından Yasamal rayonu, Parlament prospektində Onlayn Turizm şirkətinin müdiri işləmişdir. Həmin vaxtlarda İddiaçı şirkətdə sürücü kimi işləmiş və işlədiyi 3 ay müddət ərzində ona 4400 manat puldan hissə-hissə 3000 manat verilmiş, 1400 manat borclu qalmışdır. Hal-hazırda 1400 manat pulu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını aşadıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı sonuncunun sürücü kimi işlədiyi müddət ərzində ödəməli olduğu 1400 manat məbləğində pulu vaxtında ödəməmiş, beləliklə, öhdəliyinə əməl etməmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. 1400 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar