Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-461/2023 27.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Jasmin salonuna saç ustası Cavabdeh1 botox-keratin proseduruna yazılmışdır. Sözügedən proseduru saçlarını daha əvvəl yandırdığına görə Cavabdeh1 özü israrla məsləhət görmüşdür ki, saçlar bərpa olunsun. Lakin prosedur düzgün aparılmadığına görə iddiaçının saçına təkrar ciddi zərər vurulmuşdur. İddiaçının saçının vəziyyəti getdikcə pisləşdiyinə görə o, həmin ustaya bu barədə məlumat vermiş və onun tərəfindən bərpa olunmasını, qaydasına salınmasını xahiş etmişdir. Cavabdeh1 ona cavabı “sənə cadu ediblər, mənlik bir şey yoxdur” olmuşdur. Saçına ciddi zərər dəydiyinə görə, iddiaçı saçının rənglənməsi və kəsimi proseduruna xx.xx.2022-ci il tarixdə saat 10:00-da həmin ustaya yazılmışdır. Yazıldığı saatda Cavabdeh1 ona xəbər vermədən, üzrlü səbəb gətirmədən, digər müştəriyə xidmət görtərməyə başlamış və iddiaçı gözləmək məcburiyyətində qalmışdır. İddiaçı 1 saat 30 dəqiqə gözlədikdən sonra boyama proseduruna başlamışdır. Boyama zamanı onunla bağlı yersiz söhbətlər etdiyindən iddiaçı cavabdehə iradını bildirmiş, bundan sonra usta salonun əməkdaşlarının və müştərilərinin qarşısında iddiaçını kobud şəkildə təhqir etmişdir. Növbəti dəfə iradını bildirdiyində Cavabdeh1 özündən çıxaraq, səs tonunu yüksəldərək, saç boyasını ataraq xidmətdən imtina etmiş, salondan çıxaraq iddiaçının prosedurunu yarımçıq qoymuşdur. Bir neçə dəqiqə keçdikdən sonra Cavabdeh1 salona geri dönüb, iddiaçıya əl-qol ataraq, yüksək tonla sərt danışaraq, iddiaçını salondan qovmağa cəhd etmiş, üstünə növbəti dəfə hücum edən zaman, onu vurmağa cəhd edərkən, salonun əməkdaşı araya girərək onu uzaqlaşdırmağa çalışmışdır. Daha sonra iddiaçı saçında qalan yarımçıq çəkilən boyanın yuyulmasını salon əməkdaşından xahiş etmişdir. İddiaçı stress keçirdiyindən, qorxduğundan dərhal salonu tərk edə bilməmişdir. Bir az vaxt keçdikdən sonra iddiaçı bir az özünə gələrək salonu tərk etmişdir. Salondan çıxdıqdan sonra iddiaçı Jasmin salonunun direktoru Elçinə dərhal vəziyyəti bildirmişdir. Bir gün keçdikdən sonra iddiaçıya cavab olaraq sms şəklində Cavabdeh1 icarə üzrə işlədiyi, bütün baş verən problemlərin özü tərəfindən həll olunmalı olması bildirilmişdir. Artıq ikinci dəfə idi ki, Cavabdeh1 iddiaçının saçını və saç dərisini yandırmışdır. Belə ki, keçən il saçının rəngini açarkən saçını və saç dərisini yandırmış, dəfələrlə ondan dərisinin yandığını və saçının yuyulmasını xahiş etsə də, əhəmiyyət verməmiş və nəticədə iddiaçı 2-ci dərəcəli kimyəvi yanıq almışdır. Həmin hadisədən sonra iddiaçı saçını uzun müddət yuya bilməmiş, davamlı yanıq əleyhinə müalicəvi dərman və vasitələrdən istifadə etmişdir. Dərisində əmələ gələn açıq qanayan dərin yaralar olduğuna görə saçına əl vura bilməmişdir. İddiaçı hesab edir ki, istifadə edilən məhsullar köhnə və ya keyfiyyətsiz olmuşdur. Belə ki, qeyd olunan salon ilkin dövrlərdə xidmət səviyyəsinə görə cox yaxşı olmuş və çoxlu sayda müştərilər qazanmışdır. Həmin dövrdə orada istifadə ounan məhsullar xaricdən bir başa gətirilmiş və təcrübəli türk ustalarının kefiyyətli işləri ilə bir başa tətbiq edilmişdir. Lakin sonradan Jasmin salonunu tərəfindən İlqar kimi təcrübəsiz ustalar salona dəvət edilmişdir. İlqarın saxta və ucuz mallar əldə edərək, müştəriləri aldaraq külli miqdarda gəlir əldə etməsi və salonu təmin etməsi İlqarın qanunsuz fəaliyyətinə göz yümulması üçün əsas olmuşdur. Bu gün də salonun rəhbərliyi tərəfindən İlqar hər vəchlə müdafiə olunur. Belə olan halda Jasmin salonu cavabdeh qismində işə cəlb olunmalı və müştərək qaydada vurulmuş maddi və mənəvi ziyan ödənilməlidir. İddiaçının aldığı xəsarət ekspertiza rəyləri ilə öz təsdiqini tapmışdır. Həmin xəsarətlə bağlı iddiaçının xx.xx.2022-ci il tarixdən bu günə qədər aldığı müalicələr nəticəsində sağlamlığının bərpası tam mümkün olmamış və davamlı olaraq yenə də müalicəyə olunmalıdır. İndiyə qədər iddiaçının saçların və dərinin bərpası üçün istifadə olunan vasitələr: Pantenol - 23,50 manat - yanıqdan dərhal sonra və açıq yaralar olan müddətə qədər istifadə olunan 27 ədəd (634,50 manat); Bepanten (krem 30 qr) -10,98 manat yanıqdan dərhal sonra və açıq yaralar olan müddətə qədər istifadə olunan 37 ədəd (406,26 manat); Spasatel (yağ 30 qr) - 8,40 manat - yanıqdan dərhal sonra və açıq yaralar olan müddətə qədər istifadə olunan 33 ədəd (227,20 manat); çaytikanı yağı (100 qr, 4 flakon) - 13,20 manat - yanıqdan dərhal sonra və açıq yaralar olan müddətə qədər istifadə olunan (52,80 manat); Siccasan (göz üçün) - 23,10 - saç boyasının keyfiyyətsiz olması nəticəsində gözlərində əmələ gələn reaksiyaya görə istifadə etdiyi göz damcıları 2 ədəd (46,20 manat); Vichy Dercos - 119,90 manat - günə bir ampula, 5 bağlama 1 kursa - cəmi 5 kurs istifadə etmişdir (3597 manat) - saç tökülməsinin və keçəlləşməsinin qarşısını alınması və yeni tüklərin əmələ gəlməsi üçün; Vichy Dercos (Şampun) – 48,90 manat daimi istifadə olunan, 27 ədəd (1320,30 manat)- saç tökülməsinin və keçəlləşməsinin qarşısının alınması və yeni tüklərin əmələ gəlməsi üçün; Celestoderm-B maz - 9,71 manat 12 ədəd (116,52 manat) - saç boyasının istifadəsindən sonra dəridə əmələ gələn alergik reaksiya və zədələnmələrin, səpkilərin, qızarmaların aradan qaldırılması üçün istifadə olunan vasitə; Ketonal krem 50 qr – 9,65 manat 6 ədəd (57,90 manat) - ağrılara görə; Zirtek (10 mq) – 6,34 manat - 8 ədəd (50,72 manat) - saç boyasından sonra yaranan allergiya səbəbindən. Xaricdən gətirilən vasitələr: For Capil 6 qutu - (40 ABŞ dolları - 6800 manat - 408 manat); Omeqa 3 - 1 2 0 manat 3 ədəd (360 manat); Collagen (balaca qutu 4 ədəd) - (65 manat - 260 manat); Collagen (böyük qutu - 6 ədəd) - (120-720 manat); Kırkland Super B-Complex (böyük qutu - 1 ədəd) - (40 ABŞ dolları-68 manat); Solgar Skin, Nails, Hair (50 tablet) - 70 manat, 9 ədəd (630 manat); Biotin 10,000 MCG - 58 manat, 6 ədəd (348 manat); Xiaomoxuan maska - 118,50 manat - 16 ədəd (2 ədədinin çeki var) (1896 manat). İddiaçının cəmi 2 ilə yaxın müddət ərzində müalicəsinə xərclənən məbləğ 11199,40 manatdır. Yol xərclərinə, poçt xərclərinə, kserokopiyalara və fotoşəkillərə, karqo ödənişlərinə, telefon danışıqlarına isə 950 manat xərclənmişdir. Bunula da cavabdehlər tərəfindən İddiaçı vurulmuş xəsarətin aradan qaldırılması üşün 12149,40 manat xərclənmişdir. İddiaçı müalicənin davam etdirilməsi ilə bağlı dəyərini və müddətini müəyyənləşdirmək üçün xx.xx.2023-cü il tarixində Doctor Hair klinikasına müraciət etmişdir. Müayinə zamanı iddiaçının xüsusi aparatla baş dərisinə baxış keçirilmiş və dəridə kimyəvi vasitənin istifadəsi nəticəsində əmələ gələn zədələnmələrin bərpası, eləcədə botoks keratin prosedurundan sonra saçlarında əmələ gələn zədələnmənin bərpası üçün müalicə təyin olunmuşdur. Müalicənin aparılması üçün bir sıra analizlərin götürülməsinin vacibliyi, müxtəlif aparatların istifadəsi, baş dərisinə vurulacaq iynələr, istifadə olunacaq xüsusi şampun, dərmanlar, losyolnar və digər prosedurlarla aparılmasına zərurətin olması bildirilmişdir. Baş dərisinin və saçların uzunluğunun bərpası üçün müalicənin 1 kursunun müddəti 3 ay olmaqla cəmi 4 kursun qəbul edilməsinə zərurətin olması bildirilmişdir. Müalicənin 1 kursunun ümumi dəyərinin 2818 manat təşkil ediyini, 4 kurs müalicənin isə 11272 manat təşkil etdiyi qeyd olunmuşdur. Müalicənin 1 kursunun ümumi dəyəri 2818 manat təşkil edir (4 kurs 11272 manat): müalicə - 1515 manat; saçların bərpası - 360 manat; analizlər - 273 manat; şampun, maska, sprey - 430 manat; losyonlar - 180 manat; dərmanlar - 150 manat olmaqla cəmi 1 kurs 2818 manat təşkil edir. Ümumilikdə 4 kursun dəyəri 11272 manatdır. Bunula da ona dəyən maddi ziyanın məbləği 12149 + 11272=23421 və digər əlavələrlə birlikdə 25000 manat təşkil edir. Mütəxəsisslərin rəyinə əsasən qeyd olunan müalicələr ən azından 3 il müddətinə davam etdirilməlidir ki, buna da əlavə olaraq 30000 manat manat tələb olunur. Müalicənin davam etdirilməsi ilə bağlı dəyərini və müddətini müəyyənləşdirmək üçün iddiaçı xx.xx.2023-cü il tarixdə X8na müraciət etmişdir. Müayinə zamanı iddiaçının xüsusi aparatla baş dərisinə baxış keçirilmiş və dəridə kimyəvi vasitənin istifadəsi nəticəsində əmələ gələn zədələnmələrin bərpası, eləcədə botoks keratin prosedurundan sonra saçlarında əmələ gələn zədələnmələrin bərpasıüçün müalicə təyin olunmuşdur. Müalicənin aparılması üçün bir sıra analizlərin götürülməsinin vacibliyi müxtəlif aparatların istifadəsi, baş dərisinə vurulacaq iynələr, istifadə olunacaq zərurətin olması bildirilmişdir. Baş dərisinin və saçların uzunluğunun bərpası üçün müalicənin 1 kursunun müddəti 3 ay olmaqla cəmi 6-7 kursun qəbul edilməsinə zərurətin olması bildirilmişdir. Müalicənin 1 kursunun ümumi dəyərinin 5487 manat təşkil edtdiyini 7 kurs müalicənin 38409 manat təşkil etdiyi qeyd olunmuşdur. Bununla yanaşı iddiaçının başında kimyəvi maddənin təsirindən əmələ gələn çapıqlarda tökülmüş saçların bərpası üçün əməliyyatın qiyməti 4700 manat, əməliyyat sonrası xərclər isə 2700 manat olmaqla cəmi 7400 manat təşkil edir. Bunula da iddiaçıya vurulan madi ziyanın məbləği 12149+38409+7400=57958 manat təşkil edir. Bununla yanaşı iddiaçıya əvəz olunmaz mənəvi ziyan vurulmuşdur. İddiaçı Jasmin salonun xidmətlərindən istifadə edərkən salondakıların gözü qarşısında özünün və ailəsinin nüfuzuna xələl gətirən hər hansı bir nalayiq sözlərə, təhdidlərə və təhqirlərə məruz qalacağını güman etmirdi. Onda yanlış olaraq Jasmin salonunda göstərilən xidmətlərin yüksəkliyi barəsində və təhlükəsizliyinin təmin olunması baxımından güvən yaranmışdır. Lakin iddiaçı tam yanırmış və onun kimi onlarla müştərilər var. Belə ki, onun və ailəsinin şərəf və ləyaqəti Cavabdeh1 kimi dələduz və yalançı şəxs tərəfindən təhqir edilməklə ona və ailəsinə mənəvi zərbə vurulmuş və iddiaçı sarsıntı və iztirab keçirmişlər. O, təhqir olunması ilə bağlı İlqarın qanunsuz hərəkətlərini subut etmək üçün saatlarla və günlərlə mənəvi əziyyət çəkərək 5 aya yaxın bir müddətdə prokurorluq və polis orqanları arasında yollarda qalmaqla mənfi psixoloji stress keçirmişdir. Onun gələcək həyatı, xoşbəxtliyi təhlükə altındadır, arzuları puç olmaq ərəfəsindədir. Hər bir insan kimi onun da xoşbəxt ailə həyatı qurmaq və qayğısız yaşamaq hüququ olmasına baxmayaraq hal-hazırda əlindən alınmaqdadır. Hər bir vətəndaş kimi, onun da sosial hüquqları və hüquqa zidd hərəkətlərdən müdafiə olunmaq kimi əsas hüququları vardır. Lakin bu günə qədər cavabdehlər tərəfindən bu hüquqularının təmini ilə bağlı hər hansı bir addımın atılmaması ona qarşı olan mənəvi hücumun davam etdirilməsi anlamına gəlir. Cavabdehin iddiaçıya vurduğu mənəvi zərəri iddiaçı 100000 manat məbləğində dəyərləndirir. Ona görə də cavabdehlər Cavabdeh1 və Jasmin salonunun direktoru Cavabdeh2 İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 57958 manatın, vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 100000 manatın, ödənilmiş 445 manat dövlət rüsumunun və vəkil xərci kimi 500 manat olmaqla ümumilikdə 159021 manatın müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, o, Cavabdeh1 3-4 ildir tanıyır. xx.xx.2021-ci il tarixdə cavabdehə saçının açılması üçün müraciət etmiş, saçının açılması, dibinin rənglənməsi üçün 130 manat ödəmişdir. İlqarın onun saçlarına qoyduğu rəng və başına çəkdiyi maddələr keyfiyyətsiz olduğundan başında xəsarətlər əmələ gəlmiş, üzü səpmişdir. Həmin gün o, salondan qan içində evinə getmişdir. İlqar ona müalicəsinin pulunu ödəyəcəyinə söz versə də, əməl etməmişdir. xx.xx.2022-ci il tarixdə İlqarın təklifi ilə botoks-keratin proseduruna yazılmışdır. xx.xx.2021-ci il tarixdə onun başında 2-ci dərəcəli kimyəvi yanıq baş vermişdir. Nərimanov rayonunda yerləşən estetik mərkəzdə müayinədən keçməsi ilə bağlı sənədləri o, İlqara vermişdir. Cavabdeh tərəf onun təqdim etdiyi sənədlərə inanmırsa klinikaya müraciət edib maraqlana bilər. O, uzun müddətdir əziyyət çəkir. Saçlarına o, saç effekti verir. Onun uzun saçları olmuşdur. Cavabdehin göstərdiyi xidmət nəticəsində onun başında 2-ci dərəcəli kimyəvi yanıq baş vermişdir. Ona maddi ziyan 2-ci dərəcəli kimyəvi yanıq və botoks-keratin prosedurları nəticəsində vurulmuşdur. 2-ci dərəcəli yanıqla bağlı analizlərin nəticələrini o, Cavabdeh1 vermişdir. Bahalı saç rəngini açma prosedurları saça və dəriyə ziyan vurmur. Cavabdeh1 son vaxtlar onu istifadə edəcəyi məhsulları almaq üçün özünün dediyi yerlərə göndərmiş, o, etiraz etdikdə İlqar həmin yerlərdədə original məhsulların münasib qiymətə satılmasını demişdir. Keyfiyyətli saç rəngi açma zamanı heç kimin saçı və dərisi yanmır. Təbii ki, İlqar çox pul alıb ucuz məhsullardan istifadə edəndə saçı bu vəziyyətə qalacaqdır. Həmin gün o, dəfələrlə İlqardan saçını yumasını xahiş etmişdir. Onların səs yazmalarında İlqar ona deyir ki, çox sağ ol ki, bu ağrılara dözdün. Trixoloqun müayinəsinə görə müalicə xərci əvvəl 1005 manat təşkil edirdi. İlqar ona bir il ərzində 670 manat ödəmişdir. O, iki ay yarım müalicəyə gedə bilmişdir. Bütün çekləri o, İlqara təqdim etmişdir. Müayinə zamanı həkim ona yalnız əməliyyat nəticəsində yanığın nəticələrinin aradan qaldırılmasının mümkün olmasını demişdir. İlqar onun saçının rəngini açarkən müştərinin çox olmasını deyib 20 dəqiqəni keçmədən onu xəbərdar etməsini demiş, 15 dəqiqədən sonra o, İlqara saçını yumasını desə də, İlqar vaxtı bir saatdan çox uzatmışdır. İddia tələbində onun çəkilmiş xərclərə görə tələb etdiyi 12149 manat maddi ziyanla bağlı qəbzləri yoxdur. Müalicənin gedişatından asılı olaraq 3 aylıq kurs fasilələrlə 7 dəfə olmalıdır. 3 aylıq birinci kurs 5487 manat olmaqla 7 dəfə üçün 38409 manat təşkil edir, əməliyyat üçün 7400 manat tələb olunur. Trixoskopiya aparatı xəstəliyi üzə çıxaran aparatdır. Aparat özü müəyyən edib ki, onun başında kimyəvi yanıq nəticəsində çapıqlar əmələ gəlmişdir. Ona görə də iddia ərizəsinin tam həcmdə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2049499Vəkil2 iddia ərizəsini müdafiə edib təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsinə qarşı məhkəməyə təqdim etdiyi etirazından müəyyən olunur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Cavabdeh1 fərdi sahibkar Cavabdeh2 maxsus Jasmin salonunda əmək müqaviləsinə əsasən işçi kimi fəaliyyət göstərir. Həqiqətən də digər şəxslərlə yanaşı İddiaçı da onun müştərisi olmuşdur. İddiaçının özü ilə yanaşı yaxın qohumları da saç düzümü və baxımı üçün mütəmadi olaraq Cavabdeh1 müraciət etmiş, hər zaman onun göstərdiyi xidmətlərdən məmnun olduqlarını ifadə etmişlər. Bu halı etiraza əlavə etdiyi iddiaçı ilə arasında aparılmış yazışmalar təsdiq edir. Həmin yazışmalarda iddiaçı və onun yaxın qohumları Cavabdeh1 göstərdiyi xidmətlərdən razı olduqlarını aydın şəkil ifadə etmişlər. Fəaliyyət göstərdiyi salonda müştərilərə xidmət zamanı istifadə olunan məhsulların hər biri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsinin verdiyi gigiyenik sertifikatlara malikdirlər. İddiaçı iddia edir ki, ona xidmət etdiyi zaman onunla kobud şəkildə rəftar edilmiş hətta fiziki zor tətbiq edilmişdir. Lakin video görüntülərdən aydın olur ki, iddiaçının iddiasında qeyd etdiyi hallar baş verməmişdir. Həmçinin işlədiyi müsəssisədə mövcud olan kamera (Hikivision DVR DS-7108HGHİ-SH, yaddaş HDD 2TB saxlama müddəti 22 gün) nəzarət sistemində görüntülərin saxlama müddəti 22 gün olaraq müəyyən edilmişdir. Yəni hadisənin baş vermə anından uzun müddət keçdiyinə görə təqdim edəcəyi görüntülər həmin vaxt tərəfindən öz mobil telefonuna yüklənilmiş kadrlardır. İddiaçının saçlarında baş vermiş dəyişikliklər 2020-ci ildə baş vermiş və həmin zaman onun tərəfindən humanist bir addım atılaraq iddiaçının saç dibinin müalicəsi üçün zəruri olan xərclər tam şəkildə ödənilmiş və bundan sonra həmin maddələrlə iki il müddətində iddiaçıya təmənnasız şəkildə xidmət göstərmişdir. Çəkilən xərclərlə bağlı ödəniş qəbzlərini etiraza əlavə edir. Belə bir hal iş fəaliyyəti zamanı bir dəfə baş vermiş və həmin xərclər də iddiaçıya ödənilmişdir. Eyni zamanda 2020-ci ildə baş vermiş hadisə zamanı iddiaçı onda hər hansı allergik halların olub-olmaması barədə məlumat verməmişdir. Belə ki, iddiaçıda hər hansı allergiyanın olması prosedur zamanı tətbiq edilən dərmanların reaksiya verə biləcəyini istisna etmir. Əgər iddiaçıya onun xidmətləri nəticəsində hər hansı ziyan dəymişdisə o zaman iddiaçı nə üçün onun xidmətlərindən istifadə etməkdə davam etmişdir. Ona görə də, iddia ərizəsinin təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2049499Vəkil1 iddia ərizəsini qəbul etməyib Cavabdeh1 etirazının məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, hadisə 2020-ci ildə olmuş, lakin o, 2020-ci ildə hansı hadisənin baş verməsini bilmir. İddiaçıya İlqar tərəfindən göstərilən xidmət nəticəsində ziyan vurulmamışdır. İddiaçının müalicə xərclərini İlqar ödəmiş, problem aradan qalxdıqdan sonra iddiaçı və onun qohumları 2021-ci ildə təkrar İlqara müraciət etmişlər. Botox prosedurundan sonra iddiaçıda qüsur olmayıb. Cavabdeh1 xırda xuliqanlıqla bağlı inzibati qaydada 50 manat cərimə olunmuş, cərimə ödənilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlər mötəbər sübut növü deyil, iddiaçı müraciət edərək 100 manat ödəsə də, bilinmir nəyə görə ödənilmişdir. Bəlkə iddiaçının demotoloji problemləri vardır. Analizləri vermədən diaqnoz təyin etmək mümkün deyildir. İddiaçının saç dərisində yanma dediyi hadisə botox-keratin proseduru nəticəsində baş verməmişdir. 2-ci dərəcəli kimyəvi yanma ilə bağlı iddiaçı məhkəməyə sübut təqdim edə bilmir. Cavabdeh tərəfindən sertifikatlar məhkəməyə təqdim olunmuşdur. 2021-ci ildə iddiaçı saç rəngini açma prosedurunu keçirmiş, bundan sonra iddiaçı İlqara zəng edərək saç rəngi açma prosedurundan sonra 4 prosedur keçməli olmasını demiş, İlqar xanıma, pandemiya şəraitində salonların işləmədiyi vaxtda, 670 manat pul ödəmiş, iddiaçı təkrar pul istədikdə İlqar iddiaçıdan sənəd istəmişdir. Elnurə sənəd vermədiyindən İlqar pul verməyi dayandırmışdır. İddiaçı polisə müraciət edərkən keçirilən ekspertiza ilə ekspert rəyində izlərin itməsi qeyd edilmişdir. İddianın əsasını botox-keratin proseduru təşkil edir. Botox-keratin proseduru saçın ucuna edilir, saçın dərisinə edilmir, ona görə də botox-keratin proseduru saçın dərisini yandıra bilməz. Saç açmaq üçün istifadə olunan məhsulların tərkibində yandırıcı maddə olan omiyak olduğundan istənilən xanımda bu prosedura daxil olarkən az və ya çox yanma halı ola bilər. Şəxsi müayinə etmədən, analizlər həyata keçirilmədən MMC belə qiymətlər müəyyən edir, sanballı tibbi xidmət göstərir. Bu tibb müəssisəsi hansı müayinə və müalicə nəticəsində bu halları müəyyən etdiyini sənədlərdə qeyd etməmişdir. Tanışları vasitəsi ilə o, da blanklarda belə sənədlər təqdim edə bilər. Ehtimallar əsasında sənəd tərtib oluna bilməz. Yanığın olmasını dövlət tibb müəssisəsləri belə müəyyən edə bilməmişlər. Hadisə 2021-ci ildə olmuş, 2 ildən sonra neçə yanığı müəyyən edə bilmişlər Heç bir tibbi müayinə aparılmadan hər kursun dəyəri 5487 manat müəyyən edilir, niyə 7 dəfə, bəlkə 2-3 dəfə kurs tələb olunur. Liliya MMC kifayət qədər pul tələb etsə də, amma arayışı əlyazma ilə tərtib etmiş, müayinələr keçirmədən qiymətləri müəyyən etmişdir. Bu səbəbdən o, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədləri mötəbər sübut növü olaraq qəbul etmir, iddiaçı özü 12149 manat tələbi ilə bağlı sübutunun olmadığını qeyd edir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş eidr. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, onun işlətdiyi Jasmin adlı salonda Cavabdeh1lə aralarında bağlanmış əmək müqaviləsinə əsasən sonuncu qadın saç ustası işləyir. İddiaçı ilə bağlı hadisəni bildikdən sonra o, İlqara məsələnin yoluna qoymasını demiş, İlqar isə ona müştərini müalicə etdirdiyini bildirmişdir. Hesab edir ki, İlqarla Elnurə arasında olan söz-söhbətin ona heç bir aidiyyəti yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 41. İ. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. İİ. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. İİİ. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. Maddə 60. 1.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcarəyə verən Cavabdeh2 icarəçi X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən müəyyən olunur ki, icarəyə verən mülkiyyətində olan Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2000-ci il tarixli, 000345 qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 134,1 kvadrat metr olan qeyri-yaşayış sahəsini icarə haqqı müqabilində icarǝçinin istifadəsinə verməyi, icarəçi isə icarə haqqının müqavilədə qeyd olunmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 məxsus xx.xx.2008-ci il tarixli ******* saylı əmək kitabçasının surətindən müəyyən olunur ki, o, 05 saylı xx.xx.2019-cu il tarixli əmrə əsasən fərdi sahibkar Cavabdeh2 Jasmin gözəllik mərkəzinə qadın bərbəri vəzifəsinə işə qəbul edilmiş, 07 saylı xx.xx.2021-ci il tarixli əmrə əsasən öz xahişi ilə həmin vəzifədən azad edilmiş, xx.xx.2022ci il tarixdə yenidən həmin vəzifəyə işə qəbul edilmişdir. İşəgötürən fiziki şəxs Cavabdeh2 ilə işçi Cavabdeh1 arasında bağlanmış 011 saylı xx.xx.2022-ci il tarixli müddətsiz əmək müqaviləsindən müəyyən olunur ki, işçi Cavabdeh1 qadın bərbəri vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı sistemə 01.0.2022-ci il tarixdə daxil edilmiş əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işəgötürən Cavabdeh2 ilə işçi Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, Cavabdeh1 əmək haqqı 320 manat olmaqla qadın bərbəri vəzifəsinə işə qəbul edilmişdir. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, İddiaçı DİN-in 102 xidmətinə verdiyi məlumata və 22-ci Polis şöbəsinə ünvanladığı müraciətə cavab olaraq müraciətin mülki xarakterli olması səbəbindən müvafiq qanunvericiliyə əsasən məhkəmədə iddia qaldırması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsinin verdiyi xx.xx.2022-ci il tarixli AZ seriyalı 031 RSK 2070 №-li gigiyenik sertifikatın surətindən müəyyən olunur ki, Artego nişanlı saç boyasının toz açıcısı təhlükəsizlik göstəricilərinə görə müayinə olunmuş və sanitar norma və qaydalarının tələblərinə cavab verdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsinin verdiyi xx.xx.2022-ci il tarixli AZ seriyalı 031 RSK 2069 №-li gigiyenik sertifikatın surətindən müəyyən olunur ki, Artego nişanlı saç boyaları təhlükəsizlik göstəricilərinə görə müayinə olunmuş və sanitar norma və qaydalarının tələblərinə cavab verdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsinin verdiyi xx.xx.2022-ci il tarixli AZ seriyalı 031 RSK 2068 №-li gigiyenik sertifikatın surətindən müəyyən olunur ki, Artego nişanlı saç kremi (sprey) təhlükəsizlik göstəricilərinə görə müayinə olunmuş və sanitar norma və qaydalarının tələblərinə cavab verdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsinin verdiyi xx.xx.2022-ci il tarixli AZ seriyalı 031 RSK 14046 №-li gigiyenik sertifikatın surətindən müəyyən olunur ki, Artego nişanlı saç üçün şampun və balzam təhlükəsizlik göstəricilərinə görə müayinə olunmuş və sanitar norma və qaydalarının tələblərinə cavab verdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsinin verdiyi xx.xx.2022-ci il tarixli AZ seriyalı 031 RSK 14045 №-li gigiyenik sertifikatın surətindən müəyyən olunur ki, Artego nişanlı saç üçün yağ və zərdab təhlükəsizlik göstəricilərinə görə müayinə olunmuş və sanitar norma və qaydalarının tələblərinə cavab verdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsinin verdiyi xx.xx.2022-ci il tarixli AZ seriyalı 031 RSK 14044 №-li gigiyenik sertifikatın surətindən müəyyən olunur ki, Artego nişanlı saç üçün maska və maye (fluid) təhlükəsizlik göstəricilərinə görə müayinə olunmuş və sanitar norma və qaydalarının tələblərinə cavab verdiyi aşkar edilmişdir. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərarın icra olunması üçün şöbənin aidiyyatı əməkdaşına həvalə edilmişdir. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı Cavabdeh1 izahatında 2014-cü ildən İddiaçı müştərisi kimi tanımasını, 13.07.202-ci il tarixdə Elnurə ona votsap vasitəsi ilə mesaj yazıb saçlarının foto şəklini ona göndərərək saçlarının üstünün yanmasını bildirməsini, bundan sonra o, İddiaçı onun saçlarını müalicə etməsini təklif etməsini, Elnurənin təqribən 10 gün sonra onun iş yerinə gəlməsini, Elnurənin saçlarına pulsuz xidmət göstərməsini, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Elnurənin saç boyanması üçün onun iş yerinə gəlməsini, həmin vaxt o, digər müştəriyə xidmət göstərməsini, bu səbəbdən Elnurə bir neçə dəfə əsəbi vəziyyətdə ona yaxınlaşaraq onun saçlarını tez boyamasını tələb etməsini, o, müştəriyə xidmət göstərdikdən sonra Elnurənin saçlarını boyamağa başlamasını, o, iş görən zaman Elnurə ona iradını bildirməsini və onun ünvanına nəlayiq ifadələr işlətməsini, bu zaman o, əsəbləşərək Elnurəyə bəsdir deyib əlində olan fırçanı yerə atıb bayıra çıxamasını, o, bayıra çıxanda köməkçisinə müştərinin saçlarını yumasını deməsini, Elnurənin saçları yuyulduqdan sonra özü fenlə saçlarını qurudub çıxıb getməsini göstərmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 1645 saylı rəyinin surətindən müəyyən olunur ki, İddiaçı bədən səthində xəsarət və xəsarətin izi aşkar edilməmiş, İddiaçı saçlarında xx.xx.2022-ci il tarixdə botox-keratin prosedurunun aparılmasından sonra uzun müddət keçdiyini və hal-hazırda baş nahiyəsində hər hansı bir xəsarət aşkar edilmədiyini nəzərə alaraq, həmin prosedurun düzgün və müvafiq təlimatlara uyğun aparılıb-aparılmamasının təyini məqsədi ilə həmin müəssisədən (indiki halda Jasmin salonundan) tibbi xidmət müqabilində göstərilən proseduraların icrasına göstərişlə əlaqədar qeydiyyat sənədlərinin, tibbi xidməti icra edən mütəxəssisin (indiki halda saç ustasının) izahatı, müvafiq lisenziyası və s. sənədlərin alınaraq ekspert komissiyasına təqdim edilməsi məqsədǝmüvafiqdir. Belə ki, başın tüklü hissəsində aparılmış botox-keratin prosedurunun icrasından sonrakı dövrdə, yəni xx.xx.2021-ci il tarixdə Respublika Dəri Zöhrəvi Mərkəzində saçın tökülməsi diaqnostikası təyin edilmişdir ki, bu da keçirilmiş proseduranın qeyri-qənaətbəxş və qeyripeşəkar olmasına rəvac verir. Lilya MMC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, İddiaçı baş dərisində kimyəvi yanıqla bağlı çapıq toxuması üzərinə saç əkimi icra olunmalıdır. Əməliyyatın qiyməti 4700 manat, əməliyyat sonrası saç və saçlı dəri bərpasına sərf olunacaq xərclər təxminən 2700 manat, əməliyyat önü hazırlıq 200 manat təşkil edir. X4 dermotoloq trixoloq həkimi Elnarə Şükürovanın xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, travma sonrası allopesiya diaqnozu qoyulmuş İddiaçı baş dərisinin tük hissəsi nahiyəsində kimyəvi maddələrlə olunmuş saç rəngi açılması nəticəsində yaranan 2-ci dərəcəli yanıq və ondan sonra yaranan çapıqlar müşahidə olunur. Yaranmış çapıqların üzərində tüklərin bərpası mümkün olmadığına görə həmin nahiyəyə saç əkimi məsləhət görülür. Əkim öncəsi və sonrası bir neçə ambulator inveksion və lazer kursu məsləhət görülür. Bir kurs üçün mumi müalicənin qiyməti 2300 manat təşkil etməklə təxminən 6-7 kurs müaicə tələb olunur. Ümumi 3 aylıq 1 kurs müalicə üçün 5487 manat təşkil edir. X5 İddiaçı saçlarının müayinəsinin nəticəsindən müəyyən olunur ki, İddiaçı “başın tüklü hissəsinin yumşaq dərisinin kimyəvi yanığı nəticəsində keçəlləşmə” diaqnozu qoyulmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan X4 xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən klinikanın hesabına 100 manat ödəniş edilmişdir. Nəsimi RPİ-nin 2-ci PŞ-nin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında MN 005122 saylı qərarından müəyyən olunur ki, Cavabdeh1 işlədiyi Jasmin salonunda Elnura Vəliyevaya qarşı ictimai qaydanı pozmaqda Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. İddiaçı və Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli qəbzin surətindən müəyyən olur ki, İddiaçı məxsus son 4 rəqəmi 8138 olan karta 70 manat ödəniş edilmişdir. İddiaçı və Cavabdeh1 məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli qəbzin surətindən müəyyən olur ki, İddiaçı məxsus son 4 rəqəmi 8138 olan karta 40 manat ödəniş edilmişdir. İddiaçı və Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli qəbzin surətindən müəyyən olur ki, İddiaçı məxsus son 4 rəqəmi 8138 olan karta 30 manat ödəniş edilmişdir. İddiaçı və Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli qəbzin surətindən müəyyən olur ki, İddiaçı məxsus son 4 rəqəmi 8138 olan karta 50 manat ödəniş edilmişdir. İddiaçı və Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli qəbzin surətindən müəyyən olur ki, İddiaçı məxsus son 4 rəqəmi 8138 olan karta 20 manat ödəniş edilmişdir. İddiaçı və Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli qəbzin surətindən müəyyən olur ki, İddiaçı məxsus son 4 rəqəmi 8138 olan karta 50 manat ödəniş edilmişdir. İddiaçı və Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən müəyyən olur ki, İddiaçı məxsus son 4 rəqəmi 8138 olan karta 20 manat ödəniş edilmişdir. İddiaçı və Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən müəyyən olur ki, İddiaçı məxsus son 4 rəqəmi 8138 olan karta 50 manat ödəniş edilmişdir. İddiaçı və Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən müəyyən olur ki, İddiaçı məxsus son 4 rəqəmi 8138 olan karta 20 manat ödəniş edilmişdir. İddiaçı və Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən müəyyən olur ki, İddiaçı məxsus son 4 rəqəmi 8138 olan karta 50 manat ödəniş edilmişdir. İddiaçı və Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən müəyyən olur ki, İddiaçı məxsus son 4 rəqəmi 8138 olan karta 50 manat ödəniş edilmişdir. İddiaçı və Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən müəyyən olur ki, İddiaçı məxsus son 4 rəqəmi 8138 olan karta 50 manat ödəniş edilmişdir. İddiaçı və Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən müəyyən olur ki, İddiaçı məxsus son 4 rəqəmi 8138 olan karta 50 manat ödəniş edilmişdir. İddiaçı və Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən müəyyən olur ki, İddiaçı məxsus son 4 rəqəmi 8138 olan karta 30 manat ödəniş edilmişdir. İddiaçı və Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən müəyyən olur ki, İddiaçı məxsus son 4 rəqəmi 8138 olan karta 50 manat ödəniş edilmişdir. İddiaçı və Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən müəyyən olur ki, İddiaçı məxsus son 4 rəqəmi 8138 olan karta 40 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 139/KEŞ saylı rəyindən müəyyən olunur ki, iş materiallarına əlavə edilmiş məlumatlara əsasən İddiaçı saçlarında xx.xx.2022-ci il tarixdə botox-keratin proseduru aparılmışdır. Respublika Dəri Zöhrəvi Mərkəzi PHŞ-də İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən o, xx.xx.2021-ci il tarixdə saçların tökülməsi diaqnozu ilə dispanser qeydiyyata alınmışdır. Aparılmış trixoskopiya, mikroskopiya və həkim müayinəsindən sonra xəstəyə müvafiq müalicə təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı saçlarında aparılmış botox-keratin prosedurunun icrasından sonrakı dövrdə, yəni xx.xx.2021-ci il tarixdə onda Respublika Dəri Zöhrəvi Mərkəzi PHŞ-də saçın tökülməsinin olduğu müəyyən edilmişdir ki, bu da prosedurun qeyri-qənaətbəxş icra edilməsilə əlaqədar yaranmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onun baş nahiyəsində tökülmə zonaları və dərisində cüzi qabıqlanmanın olduğu müəyyən edilmişdir. Qeyd olunanlar müvafiq profil üzrə müalicə kursu və baxım prosedurları (fizioterapiya, mezoterpiya, plazmoterapiya və s.) ilə aradan qaldırıla bilər. Respublika Dəri Zöhrəvi Mərkəzi PHŞ-nin tibbi vərəqəsindən xx.xx.2022-ci il tarixli çıxarışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə saçlarının tökülməsi diaqnozu ilə dispanser qeydiyyatına alınmış, xəstə müraciət edərkən şikayətinin saçlarının rənglənməsi nəticəsində tökülməsi olmuşdur. Vəkil2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 17 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilədən müəyyən olunur ki, İddiaçı Binəqədi Rayon Məhkəməsində mülki iş üzrə göstəriləcək hüquqi yardıma görə 500 manat ödəməyi öhdəsinə götürmüşdür. ABB-nin xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı MAPS arayışının alınması üçün 50 manat dövlət rüsumu, bank xidmət haqqı olaraq 0,40 manat ödəmişdir. ABB-nin xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı iddia ərizəsinin tərtib olunması üçün 30 manat, bank xidmət haqqı olaraq 0,40 manat ödəmişdir. ABB-nin xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı hüquqi xidmətə 30 manat, bank xidmət haqqı olaraq 0,40 manat ödəmişdir. İdiaçı İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ********** VÖEN əsasən sahibkarlıq fəaliyyəti göstərən S.T.Məmmədovun xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Foto atelyeyə 7,80 manat ödənilmişdir. İdiaçı İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ********** VÖEN əsasən sahibkarlıq fəaliyyəti göstərən S.T.Məmmədovun xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Foto atelyeyə 3,20 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh işəgötürən fərdi sahibkar Cavabdeh2 ilə cavabdeh işçi Cavabdeh1 arasında 2019-cu ildən bağlanmış əmək müqaviləsinə əsasən, sonuncu Jasmin salonunda qadın bərbəri vəzifəsində çalışır. Cavabdeh1 iddia ərizəsinə qarşı etirazında İddiaçı 2020-ci ildə göstərdiyi xidmət nəticəsində sonuncunun saçlarında problemin olmasını bildisə də, məhkəmə araşdırması zamanı bu halı cavabdeh tərəf sübuta yetirə bilməmişdir. Əksinə cavabdehin məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçıya vurduğu maddi ziyanla bağlı hələ xx.xx.2021-ci il tarixdən ödənişlər etməyə başlamışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunan Respublika Dəri Zöhrəvi Mərkəzi PHŞnin tibbi vərəqəsindən xx.xx.2022-ci il tarixli çıxarışdan müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə saçlarının tökülməsi diaqnozu ilə dispanser qeydiyyatına alınarkən şikayətində saçlarının rənglənməsi nəticəsində tökülməsini qeyd edtmişdir. Daha sonra iş üzrə keçirilən məhkəmə-tibbi ekspertizası ilə iddiaçının saçlarında aparılmış botox-keratin prosedurunun icrasından sonrakı dövrdə baş nahiyəsində saçların tökülmə zonaları və dərisində cüzi qabıqlanmanın aparılan prosedurun qeyri-qənaətbəxş icra edilməsilə əlaqədar yaranması, bu fəsadların müvafiq profil üzrə müalicə kursu və baxım prosedurları (fizioterapiya, mezoterpiya, plazmoterapiya və s.) ilə aradan qaldırılmasının mümükün olması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, müvafiq profil üzrə mütəxəssislər tərfindən iddiaçıya travma sonrası allopesiya (keçəlləşmə, saçların tökülməsi) diaqnozu qoyulmuş, iddiaçının baş dərisinin tük hissəsi nahiyəsində kimyəvi maddələrlə olunmuş saç rəngi açılması nəticəsində yaranan 2-ci dərəcəli yanıq və ondan sonra yaranan çapıqların üzərində tüklərin bərpası mümkün olmadığından X8 və Lilya MMC tərəfindən iddiaçıya baş dərisində kimyəvi yanıqla bağlı çapıq toxuması üzərinə saç əkiminin icra edilməsi məsləhət görülmüşdür. Cavabdeh1 nümayəndəsi iddiaçı tərəfindən məhkəməyə təqdim olunan vurulmuş maddi ziyanın məbləği ilə bağlı sübutlara öz etirazını bildirsə də, həmin sahə üzrə ixtisaslaşan cavabdeh etirazında istinad etdiyi hallara dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə cavabdehlərin iddia tələbinə qarşı etirazları ilə razılaşmır. Məhkəmə qeyd edir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1.törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2.əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3.törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4.zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh1 göstərdiyi ximətlər nəticəsində İddiaçı travma sonrası allopesiya diaqnozu qoyulduğundan, məhkəmə araşdırması zamanı zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilmədiyindən, fərdi sahibkar öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyaraq əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməli olduğundan İddiaçı Cavabdeh2 qarşı maddi ziyan tələbi əsaslıdır. Məhkəmə tutulacaq maddi ziaynın məbləğini müəyyən edərkən məhkəməyə təqdim olunan müalicə kurslarının sayının təxmini müəyyən edilməsini, saça qulluq ilə bağlı baxım prosedurları üçün tələb olunan vəsaitin məbləğini müəyyən edilməsinə dair sübutların (məsələn, daimi sitifadəsi tələb olunan şampunun qiymətini müəyyən edən sübutlar və s.), eləcə də çəkilmiş 12149 manat xərcə görə sübutların məhkəməyə təqdim edilməməsini nəzərə alıb, hesab edir ki, iddiaçının baş dərisində kimyəvi yanıqla bağlı çapıq toxuması üzərinə saç əkiminə üçün aparılmalı olan əməliyyata görə 4700 manat, əməliyyat sonrası saç və saçlı dəri bərpasına sərf olunacaq xərclərə görə 2700 manat, əkim öncəsi və sonrası 3 dəfə ambulator inveksion və lazer kursuna görə 6900 (2300x3=6900) manat olmaqla cəmi 14300 manat cavabdeh R.Q. İbadovdan İddiaçı xeyrinə tutulmalı, iddia ərizəsi maddi ziyanla bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə sağlamlığına ziyan vurulmuş iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi Koinq Almaniyaya qarşı işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X1rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə Cavabdeh2 işçisi Cavabdeh1 göstərdiyi xidmət nəticəsində pozulmuş sağlamlığının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalan iddiaçının stres, narahatlıq, məyusluq, əsəb hissləri keçirməsini istisna etmədiyindən iddiaçının mənəvi ziyan tələbini də əsaslı hesab edir. Məhkəmə mənəvi zərərin vurulmasına səbəb olmuş hərəkətlərin dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi sarsıntıların xarakterini və ağırlığını nəzərə alıb, Cavabdeh2 İddiaçı xeyrinə mənəvi ziyana görə 3000 manatın tutulmasını ağlabatan və ədalətli məbləğ hesab edib iddiaçının mənəvi ziyanla bağlı tələbini bu hissədə təmin edilməsi, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, iddiaçının məhkəmə xərclərinə görə tələb etdiyi 445 manat, göstərilmiş hüquqi xidmətə görə vəkilinə ödədiyi 500 manat Cavabdeh2 aid edilməlidir. Məhkəmə İddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 barəsində Azərbaycan Respublikası MPM-nin 177.3-cü maddəsinin tələblərinə əsasən tədbir görülməsinə dair ərizəsini əsassız hesab edib təmin etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 maddi ziyana görə 14300 manat, mənəvi ziyana görə 3000 manat, məhkəmə xərclərinə görə 945 manat olmaqla cəmi 18245 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-461/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-461/2023
27.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver