Məhkəmə qərarları › İş №2(001)-4630/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4630/2022

05.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4630/2022 05.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu X4 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Binəqədi rayonu X1rşı “birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Binəqədi rayonu X1rşı “birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 24 saylı xx.xx.2011-ci il tarixli protokol(973 saylı, xx.xx.2011-ci il tarixli məktub) qərarı ilə Cavabdeh2 istifadəsinə verilmiş 200 kv.metr torpaq sahəsinin birgə nikah dövründə əldə edilmiş ümumi əmlakları hesab edilməsi, 2/3 hissəsi üzərində onun, 1/3 hissəsi üzərində Cavabdeh2 hüquqlarının müəyyən edilməsi və X4 24 saylı xx.xx.2011-ci il tarixli qərarı dəyişdirilərək, torpağın 2/3 hissəsinə dair eyni qaydada onun adına qərar verilməsinin X8 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2007-ci ildə 10 saylı akt qeydi ilə Naxçıvan MR Kəngərli rayon Xok kənd icra nümayəndəliyində Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuşdur. Nikahları Kəngərli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(111)-166/2018 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2008ci il təvəllüdlü X9 onunla qalması və onun saxlanılması üçün atasından alimentin tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və nikahlarının pozulması qeydiyyata alınmış, bu barədə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Əvəzlə birgə nikahları dövründə torpaq sahəsi almaq qərarına gəlmişlər və məlum olmuşdur ki, vətəndaş X12 özünə məxsus və X2 aldığı 2730 kv.metrdən ibarət torpaq sahəsinin 200 kv.metr hissəsini satır. Onlar onunla razılaşıb, torpaq sahəsinin dəyərini ödədikdən sonra X11 24 saylı xx.xx.2011-ci il tarixli protokol (973 saylı, xx.xx.2011-ci il tarixli məktub) qərarı ilə qeyd edilən 200 kv.metr torpaq sahəsinin keçmiş həyat yoldaşı Cavabdeh2 istifadəsinə verilməsi qərara alınmışdır. Oğlu Murad da onun himayəsindədir və onun saxlanmasını, diqqət və qayğı göstərilməsini də o təmin edir. Ona görə də hesab edir ki, yuxarıda göstərilən diqqətəlayiq mənafeləri nəzərə alınmaqla nikah dövründə əldə edilmiş yuxarıda göstərilən sahənin 2/3 hissəsi üzərində onun, 1/3 hissəsi üzərində isə Əvəzin payı müəyyən edilməlidir. Qeyd edilən mübahisə ilə bağlı ilkin olaraq X8 müraciət edərək, 24 saylı xx.xx.2011-ci il tarixli protokol (973 saylı, xx.xx.2011-ci il tarixli məktub) qərarla Cavabdeh2 istifadəsinə verilmiş 200 kv.metr torpaq sahəsinin 2/3 hissəsinin onun adına keçirilməsi və 1/3 hissəsinin Cavabdeh2 saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin Bələdiyyə tərəfindən ona verilmiş xx.xx.2021-ci il tarixli cavabda məhkəmə qətnaməsi olmadan xahişinin təmin edilməsinin mümkünsüz olduğu bildirilmişdir. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq mübahisənin mediator vasitəsi ilə həll etməyə çalışsa da, nəticəsi olmamışdır. Bununla bağlı Bakı 6 saylı mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun (vəkili) iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Binəqədi rayonu X4 nümayəndəsi X13 mübahisəli torpaq sahəsinin bələdiyyənin qərarına əsasən Cavabdeh2 istifadəsinə verildiyini bildirərək, iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 çatdırılması üçün məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq göndərildiyindən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri, Binəqədi rayonu X4 27 dekabr 2011-ci il tarixli 973 saylı qərarının surətindən görünür ki, X4 ərazi hüdudlarında vətəndaş X6 və Cavabdeh2 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 2730 m2 torpaq sahəsinin 200 m2ni fərdi yaşayış evinin tikintisi üçün sahiblik və istifadə hüquqları vətəndaş Cavabdeh2 istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayonu X11 tərəfindən 2008-ci ilin avqust ayında verilmiş AAE seriyalı 134362 №-li kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, X12 torpağın dəyəri olan 2.200 (iki min iki yüz) manat məbləğində pulu ödəmişdir. Bakı şəhəri, Binəqədi rayonu X11 tərəfindən İddiaçı ünvanlanmış 13 dekabr 2021ci il tarixli məktubun surətindən görünür ki, tərəfindən İddiaçı 26 noyabr 2021-ci il tarixdə X8 ünvanladığı ərizəsinə baxılmış və birgə yaşayış dövründə keçmiş həyat yoldaşı Cavabdeh2 adına qeydə alınmış X4 24 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə olan 200 m2 torpaq sahəsinin iddiaçı olduğu hissəsinin adına sənədləşdirilməsi tərəflərindən mümkünsüz hesab edilir. Belə ki, özəlləşdirilməmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsi yolverilməzdir və ya məhkəmə qətnaməsi olmadan daşınmaz əmlakın bir addan başqa ada keçirilməsi müvafiq qanunvericiliyə ziddir. Kəngərli Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli 2(111)-166/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 ilə X10 arasında 06 aprel 2007-ci il tarixdə Kəngərli Rayon Xok kənd İcra Nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeydə alınmış nikahın pozulması, 22 dekabr 2008-ci il tarixdə doğulmuş X14 anası X3 yanında qalması və 12 iyul 2018-ci il tarixdən hesablanmaqla Cavabdeh2 sabit pul məbləğində hər ay 154 manat tutularaq 22 dekabr 2008-ci il tarixdə doğulmuş X14 yetkinlik yaşına çatanadək saxlanması üçün X7 ödənilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 05 may 2022-ci il tarixli arayışdan görünür ki, 05 may 2022-ci il tarixdə saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin, Cavabdeh2 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 29 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, tərəflər 06 aprel 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından 22 dekabr 2008-ci il təvəllüdlü X16 övladları doğulmuş, Kəngərli Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə isə nikahları pozulmuşdur. Hazırda iddiaçı cavabdehlə birgə nikah dövründə əldə etdiklərini irəli sürdüyü X4 24 saylı xx.xx.2011-ci il tarixli protokol(973 saylı, xx.xx.2011-ci il tarixli məktub) qərarı ilə Cavabdeh2 istifadəsinə verilmiş 200 kv.metr torpaq sahəsinin birgə nikah dövründə əldə edilmiş ümumi əmlak hesab edilməsini, 2/3 hissəsi üzərində onun, 1/3 hissəsi üzərində Cavabdeh2 hüquqlarının müəyyən edilməsi və X4 24 saylı xx.xx.2011-ci il tarixli qərarının dəyişdirilərək, torpağın 2/3 hissəsinə dair eyni qaydada onun adına qərar verilməsinin X8 həvalə edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı bir əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə aiddir; 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir; 36.3-cü maddəsinin tələbinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən,mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.2-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 225.1-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qeyd etməyi lazım bilir ki, iddiaçının birgə nikah dövründə əldə olunmuş hesab edilərək, 2/3 hissəsinə payının müəyyən edilməsini tələb etdiyi əmlak X11 tərəfindən Cavabdeh2 istifadəsinə və sahibliyinə verilmiş və onun həmin torpaq sahəsini mülkiyyət hüququ müvafiq qaydada qeydə alınmamışdır. Göründüyü kimi Cavabdeh2 həmin torpaq sahəsinə yalnız sahiblik və istifadə hüququ həyata keçirmiş və mülkiyət hüququ əldə etməmişdir. Mülkiyyət hüququ olmadan həmin torpaq sahəsindən istifadə etmək, həmin əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyətini yaratmır və ər-arvadın ümumi mülkiyətin qaydaları həmin münasibətlərə şamil edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hər hansı əməliyyatın aparılması onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından sonra mümkündür və qanunvericinin bu mövqeyi daşınmaz əmlakın spesifik xüsusiyyəti ilə əlaqədardır. Ona görə də mübahisə predmeti olan torpaq sahəsi cavabdehin adına dövlət reyestrində qeydiyyata alınmadığından onun üzərində payların müəyyən edilməsi mümkün deyildir. Beləliklə də, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Binəqədi rayonu X1rşı “birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Binəqədi rayonu X1rşı “birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar