Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4649/2023 07.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Möhübbət oğlunun, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 50.000 (əlli min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh "xxxx"MMC-də birlikdə işləmişlər və həmin iş prosesi zamanı yaranmış münasibətlər çərçivəsində cavabdeh Ələkbərov X7 Nərmin Möhübbət qızma güya X9 məxsus olan “X18”markalı **-CS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin faktiki mülkiyyətçisi olduğunu həmin nəqliyyat vasitəsinin formal olaraq R.Məmmədovun mülkiyyətində olmasını bildirirərək həmin nəqliyyat vasitəsinin İddiaçı guya satması adı altında ondan 50.000 (əlli min) manat pul vəsaitini almış daha sonra sözügedən nəqliyyat vasitəsinin həqiqi sahibi R.Məmmədov Füzuli rayon məhkəməsinə İddiaçı qarşı həmin nəqliyyat vasitəsinin geri qaytarılması tələbi barədə iddia ərizəsiylə 2023-cü ilin aprel ayında müraciət etmiş və həmin andan İddiaçı Cavabdeh tərəfindən aldadıldığını ümumiyyətlə ona məxsus olmayan və heç bir faktiki sahibliyi və ya mülkiyyəti olmayan nəqliyyat vasitəsini satış adı altında 50.000 (əlli min) manat pul vəsaitini qanunsuz olaraq ondan aldığını bilmiş nəticədə Cavabdeh həmin hərəkətlərə yol verməklə əsassız varlanmış və beləliklədə İddiaçı hüquqlarını pozmuşdur. Qeyd edilən hallar hazırki iddia ərizəsinə əlavə edilən tərəflər arasında olan danışıqlar və Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 22 iyun 2023-cü il tarixli qərarında Cavabdeh həmin halları etiraf etməsiylə sübuta yetirilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Möhübbət oğlu iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, Cavabdeh tərəfindən sözügedən mübahisəylə bağlı İddiaçı şikayəti əsasında Yasamal rayonu Polis İdarəsinin 27-ci polis bölməsində verdiyi izahata əsasən X18 markalı nəqliyyat vasitəsini İddiaçı satdığını təsdiq etmişdir. Nəzərə alınmalıdır ki alqı-satqı müqaviləsi real, ikitərəfli və sinallaqmatik müqavilədir yəni müqavilə ikitərəfli icradan asılıdır mahiyyət etibarı ilə müqavilə predmetinin verilməsi və ödəniş eyni vaxta baş tutmalıdır Cavabdeh isə nəqliyyat vasitəsinin satdığını etiraf etməklə faktiki alqı-satqının baş tutduğunu artıq etiraf etmiş olur, nəqliyyat vasitəsi alqı-satqı deyil İddiaçı istifadəsinə verilmiş olsaydı Cavabdeh nəqliyyat vasitəsini satmasına dair polis idarəsində verdiyi ifadənin yanlış olduğunu irəli sürərək ifadənin dəyişdirilməsini tələb etməliydiki onun belə bir cəhdinində olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Sonra Vəkil1 iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, iddia ərizəsində sözügedən “X18”markalı **-CS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi cavabdehə yox, R.Məmmədovun mülkiyyətindədir. Onu satmaq üçün cavabdehin hüququ olmamış, həmin maşın iddiaçıya yalnız istifadə üçün verilmişdir. İddiaçı mübahisəli nəqliyyat vasitəsinin dəyəri olan 50.000 manat pul vəsaitinin Cavabdeh təsisçisi olduğu "xxxx" MMC-yə aid olan puldur və ödənilən vəsait müəssisəyə aiddir. Aralarında alqı-satqı müqaviləsi mövcud olmamışdır. İddia əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, iddiaçı və onun bacısı ilə yaxın rəfiqədilər. O, Ələsgərzadə Aynurə ilə bir yerdə olanda, iddiaçı bacısına zəng vuraraq təcili evdən 11500 manat məbləğində ona çatdırılmasını xahiş etmiş və A.Musayeva A.Ələsgərzadə ilə birlikdə pulu götürüb iddiaçının işlədiyi ofisə aparıb ona vermişlər. Daha sonra yenədə A.Ələsgərzadə ilə birlikdə olan zaman, iddiaçı zəng vuraraq təcili avtomobilin pulunun ödənilməsi üçün ona 31000 manat məbləğində pul lazım olduğunu bildirdi və onlar evə gedib həmin pulu götürüb Milli Onkologiya Mərkəzinin yanında yerləşən “Expressbank”ın yanına apardılar, iddiaçı pulu götürüb ödəniş etmək üçün banka girdi, çıxdıqdan sonra avtomobilin pulunu bir hissəsini ödədiyini bildirdi, qəbzi göstərdi. Bir neçə müddət sonra iddiaçı ondan 6700 manat məbləğində borc pul vəsaiti istədi, aparıb işlədiyi ofisdə pulu vermiş və orada Cavabdehla tanış olmuşdur. Avtomobil barədə dəqiq məlumatı yoxdur, ağ rəngdə Jeep və qiyməti 50000 manat olduğunu bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, iddiaçının bacısıdır. Bacısı zəng vuraraq evdən 11500 manat məbləğində pul vəsaitini onun iş yerinə gətirilməsini xahiş etmiş və o, rəfiqəsi A.Musayeva ilə həmin pulu bacısına aparıb vermişlər. Daha sonra bacısı zəng vuraraq 18200 ABŞ dolları məbləğində pul vəsaiti lazım olmuş, lakin evdə həmin valyuta ilə pul olmadığından 31000 manat məbləğində pul vəsaitini Milli Onkologiya Mərkəzinin yanında yerləşən “Expressbank”ın yanına aparmışlar və bacısı həmin banka girib maşının dəyərinin bir hissəsini ödəmişdir. Bildiyinə görə onun rəfiqəsi A.Musayevadan 6700 manat məbləğində borc almışdır. Həmin nəqliyyat vasitəsini iddiaçıya Cavabdeh satmış, lakin sonradan avtomobilin ona məxsus olmadığını bilmişlər. İş materiallarında olan: 15 iyun 2023-cü il tarixli Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin Cinayət işi başianılmasının rədd edliməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsmiş və mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərarın təsviri hissəsində qeyd olunmuşdur ki, araşdırma zamanı izahatı alınmış X10 qeyd etmişdir ki, təxminən 5 ildir ki, X2 tanıyır və onunla tanışlıq səbəbi ona məxsus olan "xxxx" MMC-də icraçı direktor vəsifəsində çalışması olmuşdur, O, dostu X8 məxsus olan “Jeep’’ marklı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili X1 həmin avtomobilin pulu olan 50000 manat pulu ona məxsus olan şirtkətin pulların verdiyi üçün dostu X13 avtomobilə verdiyi etibarnaməni ləğv etmişdir. Hal-hazırda X6 dostu X8 məxsus olan “Jeep" marklı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili geri qaytarmır və onların arasında Fizuli Rayon Məhkəməsində araşdırma aparılır. Füzuli Rayon Məhkəməsinin 2(064)-820/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X13 (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “X18 MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin, onun qeydiyyat şəhadətnaməsinin və dövlət rüsumuna görə ödədiyi 100 manat məbləğində pulun cavabdeh İddiaçı (bundan sonra - cavabdeh) alınıb ona verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia təmin olunmuş, “X18 MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil, onun 14 oktyabr 2022-ci il tarixli, BA221437 nömrəli qeydiyyat şəhadətnaməsi və dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul cavabdeh İddiaçı alınıb iddiaçı X9 verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1503/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(064)-820/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İddiaçı cavabdehə məxsus olmayan və heç bir faktiki sahibliyi və ya mülkiyyəti olmayan nəqliyyat vasitəsini satış adı altında 50.000 (əlli min) manat pul vəsaitini qanunsuz olaraq ondan aldığını bildirir və tələbin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092-ci maddəsinə istinad edir. Mülki Məcəllənin 14.2-ci maddəsində hüquq və öhdəliklərin yaranma əsaslarından biri kimi əsassız varlanma göstərilmişdir. Əsassız varlanmadan əmələ gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədənkənar öhdəlik hesab olunur. Bu tip öhdəliklər qanundan əmələ gələn öhdəlik qrupuna şamil olunduğu üçün müqavilənin deyil də, məhz qanunun birbaşa göstərişləri ilə əmələ gəlir. Əsassız varlanan şəxs (varlanmış şəxs) dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yəni nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Mülki Məcəlləyə görə hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həyata keçirilməmiş əsas dedikdə bu əsas ya ümumiyyətlə nəzərdə tutulmur, ya da nəzərdə tutulmasına baxmayaraq heç bir hüquqi nəticə doğurmur. Sonralar aradan qalxmış əsas isə müəyyən bir müddət mövcud olmasına baxmayaraq daha sonra aradan qalxır və aradan qalxdıqdan sonrakı dövrdə şəxsin həmin əsasa söykənərək əldə etdiyi əmlak əsassız varlanma hesab olunur. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Əldə edilənlərdən götürülən faydaya (bu qayda sadəcə əsassız varlanan şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu hallara (vicdansız sahib) aiddir); Əldə edilənləri vermək mümkün olmadıqda, məsələn əsassız varlanma natura şəklində baş verdikdə, onların dəyəri ödənilir. Qeyd olunmalıdır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub belə hesab edir ki, tərəflər arasında "xxxx"MMC-də birlikdə işlədikləri zamanı münasibətlər çərçivəsində İddiaçı Cavabdeh tərəfindən aldadıldığını ümumiyyətlə ona məxsus olmayan və heç bir faktiki sahibliyi və ya mülkiyyəti olmayan nəqliyyat vasitəsini satış adı altında 50.000 (əlli min) manat pul vəsaitini qanunsuz olaraq ondan aldığını əsaslı dəlil kimi qəbul edilə bilməz. İddiaçı bu mövqeydən çıxış etsə də, cavabdehə mübahisəli məbləğdə pulu verdiyini təsdiq edən hər hansı sübut (hər hansı iltizam, sadə formada kağız üzərində qeydiyat aparılmayıb və s.) təqdim edə bilmir. Eyni zamanda mübahisəli 50.000 (əlli min) manat pul vəsaitinidə məhz iddiaçıya məxsus olması da iş üzrə müəyyən edilmir. Belə ki, Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 və X5 ifadələrində 50.000 (əlli min) manat pulun bilavasitə cavabdehə verildiyini A.Ələsgərzadənin sözlərinə istinadən bildirmişlər. Bu hal isə iddianın əsaslılığına dəlalət etmir. Halbu ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. İddia ərizəsindən göründüyü kimi iddiaçı müzakirə edilən tələbin qanuni əsası kimi istinad etdiyi normanın dispozisiuya şərtlərinin cavabdehə münasibətdə mövcudluğunu sübuta yetirə bilməmişdir. Belə ki, sübutetmə yükü baxımından mübahisəli 50000 manatın məhz iddiaçıya məxsus olduğunu və bu məbləğin cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan alındığını, bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşdyüy halda işin məhkəmə araşdırılması bu hallar öz təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia rədd edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4649/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4649/2023
07.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver