Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4655/2020 24.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsi tələbi barədə ərizəsini və əlavə olunmuş sənədləri xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan “Mitsubishi Pajero” markalı, AZ**-BU-*** qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı minik avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 284-3.4-cü maddəsinə əsasən, ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Lakin, iddia ərizəsi üzərindəki imza kserosurət olmaqla göndərilmiş, elektron informasiya sistemindən daxil olmuş ərizə elektron imza ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1, 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, ərizə məhkəməyə iddia qaydasında verilsə də, ərizənin məzmunundan görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 8(001)-2423/2017 saylı qərardadının ləğv edilməsini, beləliklə də avtomobili üzərindən həbsin götürülməsini xahiş etmişdir. Hesab edirəm ki, hazırki iddia ərizəsi İddiaçı geri qaytarılmaqla ona məhkəmənin xx xxxxxxxx 2017-ci il tarixli, 8(001)-2423/2017 saylı qərardadından şikayət vermək hüququnun olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı avtomobilinin üzərindən həbsin götürülməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 8(001)-2423/2017 saylı qərardadından şikayət vermək hüququnun olduğu izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4655/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4655/2020
24.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver