Məhkəmə qərarları › İş №2(001)-4691/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4691/2025

10.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4691/2025 10.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi, Səftərov Hüseyn Sahib oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə "xxxx" VTB arasında bağlanmış xx.xx.2012-ci il tarixli 109769-1-4996 saylı avtomobil kredit müqaviləsi üzrə zamin qismində tanınmış, bu barədə "xxxx" VTB ilə arasında xx.xx.2012-ci il tarixli, 109770-7-3195 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh avtomobil kredit müqaviləsi üzrə "xxxx" VTB-yə ödəməli olduğu vəsaiti ödəməməsi səbəbindən "xxxx" VTB İddiaçı və Cavabdeh qarşı iddia tələbi ilə Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Binəqədi rayon məhkəməsi tərəfindən işə baxılmış va xx.xx.2015-ci il tarixli, 2(001)-5116/2015 saylı qətnamə qət edilmişdir. Həmin qətnaməyə əsasən, Cavabdeh və İddiaçı müştərək qaydada Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə 22730,86 ABŞ dolları məbləğində əsas, 1620,68 ABŞ dolları məbləğində faiz və 10,40 ABŞ dolları məbləğində cərimə, cəmi 24361,97 (iyirmi dörd min üç yüz altmış bir, doxsan yeddi) ABŞ dolları məbləğində borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" VTB (Azərbaycan) ASC- yə verilməyi, tələbin Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş, ipoteka predmeti olan "Chevrolet Captiva-minik" markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməyi və avtomobilin açıq hərracdan satılması, əldə edilən vəsait hesabına yaranmış borcun ödənilməsi qət edilmişdir. Cavabdeh mülkiyyətində olan "Chevrolet Captiva minik" markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilin hərracı mümkün olmamış, borcun bir hissəsi ödənilə bilməmişdir. Beləliklə, borcun tam şəkildə ödənilməsi Cavabdeh və İddiaçı öhdəliyində qalmışdır. Cavabdeh borcun üzərinə düşən hissəsini ödəməkdən imtina etmiş, hələ də məhkəmə qərarını icra etməmişdir. İddiaçı Məmmədov tərəfindən məhkəmə qətnaməsinin icrası məqsədi ilə xx.xx.2025- ci il tarixində "xxxx" VTB ASC-yə 2162 ABŞ dolları kredit ödənişi və 2.94 ABŞ dolları hesaba mədaxil pul vəsaiti ödəmişdir. Hazırda İddiaçı Cavabdeh kredit borcunun bir hissəsini ödəmiş, bu səbəblə maddi vəziyyəti ağırlaşmışdır. İddiaçı kredit boreu üçün ödənilmiş vəsaitin Cavabdeh tərətindən geri ödənilməsini tələb edir. Bu səbəblə İddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh 2162 ABŞ dolları (3675.40 manat) pul vəsaitinin və məhkəməyə ödənilmiş 58 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh İddiaçı Hümbət oğlunu şəxsən tanımır və onunla heç bir zaman heç-bir şəkildə sövdələşməyib və ya hər hansı bir əlaqəsi olmamışdır. Bu öz-özlüyündə reqressin rədd edilməsi üçün əsasdır. Belə ki, reqress tələbi üçün borclu ən azından zamin ilə tanış olmalıdır ki, onun (borclunun) icazəsi və ya müraciəti, tələbi və s. ilə zamin hər hansı öhdəliyi üzərinə götürmüş olsun. Bundan başqa, iddiaçı ona təqribi olaraq ilk və son dəfə cari ilin ilk aylarında zəng etmiş və özünü təqdim etmişdir. Ona bildirmişdir ki, ondan bank borcunun ödənilməsini tələb edir. O, telefon danışığı zamanı ona banka heç bir borcunun olmadığını və bank əməkdaşlarının fürsətdən istifadə edərək onu aldatdığını bildirdi. Telefon danışığı zamanı iddiaçı da qeyd etdi ki, borc yoxdursa niyə ödəyir və ona heç bir şəkildə pulu ödədiyini bildirmədi. Bu da özü-özlüyündə reqress üçün qeyri hüquqi göstəricidir. Belə ki reqress tələbi üçün zamin borclunun izni ilə kreditorun tələbi əsasında borcu ödədiyi təqdirdə məhkəmə qaydasında ödədiyini tələb edə bilər. Mobil telefon danışıqları qeydə alınır və mən heç bir borcunun olmadığını və heç bir şəkildə ödəmə olmasın deyə israrla tələb etdiyi telefon danışıqlarında öz əksini tapır. Zamin öz istəyi ilə hansısa pul məbləğini banka ödəyirsə burada reqresdən söhbət gedə bilməz. Bunun üçün heç bir hüquqi ǝsas yoxdur. Məlum məsələdə Bank VTB vasitəsi ilə atası İddiaçı Müzəffər oğlu 109769-1-4996 saylı xx.xx.2012-ci il tarixli "Avtomobil kredit müqaviləsi" ilə Chevrolet Captiva markalı **-VC-*** dövlət nişanlı avtomobili cavabdehin adına rəsmiləşdirilməklə almış və bank zamin olaraq avtomobil zaminliyi ilə məşğul olan iddiaçını göstərmişdir. İddiaçı ilə heç bir şəkildə əlaqəsi olmamışdır. Nə şəxsən, nə də vasitəçiliklə cavabdehi tanımırdı, indi də tanımır. Bir neçə il sonra tərəfindən 11 (on bir) min dollar ödəmə olduqdan sonra məlum devalvasiya proseslərində bank bildirmişdir ki, müqavilə ABŞ dollar ilə olduğu üçün yenidən banka 24361 (iyirmi dörd min üç yüz altmış bir) ABŞ dolları borc yaranmışdır. Yəni bankın dediyinə əsasən ödədiyi on bir min ABŞ dolarrının manata olan məzənnəsi ilə ödənməmiş kimi göstərilirdi. O, dərhal atasına avtomobilin ya satılması ya da banka qaytarılmasını xahiş etdi. Maşın tərəfindən satılsa da alan şəxs heç bir ödəmə etmədiyi üçün bank yenidən məhkəməyə müraciət etmiş və borcun qaytarılmasını istəmişdir. Nəticədə bank məhkəmə qaydasında ipoteka premetini, yəni Chevrolet Captiva markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehdən öz razılığı ilə hərraca qoyub satmışdır. İddiaçı məhkəməyə yalan məlumat verərək hərracın baş tutmadığını bildirsə də, məhkəmə qətnaməsində hətta hərracdan artıq qalan pulun cavabdehə ödənilməsi tələbi olduğunu da gizlətmişdir. Belə ki, ilkin məhkəmə də xx.xx.2015-ci il tarixli 2(001)-5116/2015 saylı qətnamə qəbul edilmiş və həm cavabdehdən həm də zamindən (iddiaçıdan) müştərək qaydada 24361 (iyirmi dörd min üç yüz altmış bir) ABŞ dolları müqabilində alınaraq ipoteka predmetinə yönəldilmiş və bununla da Chevrolet Captiva markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərraca çıxarılaraq satılmalı və artıq qalan məbləğin mənə yəni cavabdehə ödənilməli olduğu qət edilmişdir. İddiaçı bu qətnamədən şikayət verməmişdir. Ona görə də onun reqress tələbi əsassızdır. Çünki, həm bank, həm də zamin (iddiaçı) bildirir ki, iddia tələbi ipoteka predmetinə yönəldilən zaman cavabdeh apelyasiya şikayəti vermədikdə borc iddia təmin olmuş və borc silinmiş olur. Cavabdeh bu məhkəmələrin heç birində nə şəxsən, nə də nümayəndəliklə iştirak etməmiş və məhkəmə qətnamələrindən avtomobili qaytardığına razı olduğu üçün şikayət verməmişdir. Avtomobil açıq hərracda satılmış və bank buna dair ona bildiriş ünvanlamışdır. Üzərindən 13 il keçmiş və bu illər ərzində ona nə borc, nə də başqa bir pretenziya barədə heç bir rəsmi məlumat vertilməmişdir və hər hansı bir borc qalığı üçün məhkəmə qaydasında bank tərəfindən tələb irəli sürülməmişdir. xx.xx.2012-ci il tarixli "Avtomobil kredit müqaviləsi" heç bir zaman yenilənməyib. İlkin müqavilə olaraq qüvvədə qalıb. Ona görə də müqavilənin müddəti bitmiş hesab olunub. Bundan başqa borc müqaviləsi üzrə şərtləndirilmiş avtomobil yəni borc müqaviləsinin predmeti kreditora qaytarılıb. Belə olan halda hansı reqresdən və ya borcdan söhbət gedə bilər. Belə ki, borcun predmeti yəni avtomobil kreditor tərəfindən məhkəmə qaydasında alınırsa və kreditora borclu tərəfindən 11 min ABŞ dolları ödənilirsə hansı borcdan söhbət gedə bilər? Bu açıq aşkar bank əməkdaşının saxta yolla iddiaçı ilə əlbir olub ondan hansısa pul vəsaitinin tələb etdiyinin göstəricisi ola bilər və ya iddiaçı bank tərəfindən aldadılmışdır. 24361 (iyirmi dörd min üç yüz altmış bir) ABŞ dolları müqabilində 2162 (iki min bir yüz atmış iki) ABŞ dollarının tələbi və bununla da borcun bank tərəfindən bağlanılması, elə bu qanunazidd hərəkətin göstəricisidir. Bank tərəfindən verilən xx.xx.2025-ci il 55 saylı arayışdan isə zaminlik müqaviləasinin hansı əsasda olduğu və bu işə hansı əsasla aid olduğu isə naməlum və qərəzlidir. Belə ki, arayışda göstərilən məbləğ 86.54 (səksən altı) ABŞ dollarına bərabərdir. Bu rəqəmin hansı müqaviləyə və ya öhdəliyə aid olduğu bilrinmir. Bank tərəfindən verilmiş 2162 (iki min bir yüz altmış iki) ABŞ dolları məbləğində qəbz isə hansı predmetə görə ödəndiyi bilinmir. Ödənilsə belə üzərindən on il keçmiş və bu on il ərzində hər-hasnı məhkəmə iddiası olmayan tələbə görə pul vəsaitinin əsas borclunun israrlarına rəğmən zamin tərəfindən ödənilməsi isə reqress üçün göstərici ola bilməz. Reqress o zaman qanunauyğun sayılır ki, zamin borcu borclunun tələbinə və razılığına əsasən məhkəmə qaydasında borcun predmeti alınana qədər ödəmiş olsun. Borcun predmeti borclu tərəfindən qaytarılırsa və kreditor təşkilat (bank) borcun predmetinin hərracda satdıqdan sonra üzərindən on il keçdiyi təqdirdə bu illər ərzində heç bir tələb irəli sürmürsə hansı borcdan söhbət gedə bilər? Bütün bu faktlar göstərir ki, zamin əsassız olaraq reqress tələbi irəli sürür belə ki, heç bir borc olmadığı təqdirdə kreditor təşkilata (banka) pul ödəmiş və üstəlik bu bore ilkin məhkəmə qətnaməsi ilə borc müqaviləsi peredmətinə yönəldilərək hərracda satıldıqdan sonra ödənmişdir. Borcun tələbinə dair on ildən çox vaxt keçdiyi və bu müddət ərzində bank heç bir şəkildə borclu və ya zamindən borcun ödənilməsini məhkəmə qaydasında tələb etmədiyi təqdirdə hansı zaminlikdən və ya tələbdən söhbət gedə bilər? Bütün bunlar göstərir ki, bank əməkdaşı zaminə-iddiaçıya qarşı qanunsuz tələb irəli sürmüş və əsassız olaraq ondan hansısa naməlum borcu ödəməsini tələb etmişdir. Belə olan halda hansı əsasla cavabdeh borclu kimi zaminə ödəmə etməlidir? Borcun predmeti kreditora qaytarılıbsa və bundan sonra kreditor məhkəmə qaydasında heç bir tələb irəli sürməyibsə söhbət hansı borcdan gedə bilər? İddiaçı ona heç bir məlumat vermədən banka ödəmə etmişdir, tərəfindən dələduzluq, bank özbaşınalığı barədə Banklar Assosiasiyasına eləcə də məhkəmə qaydasında işin əsassız olaraq icraata alındığı üçün Məhkəmə Hüquq Şurasına şikayət ünvanlanacaq. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddianı qəbul etmir, iddiaçı pul müqabilində kimlərəsə zaminlik edir, bu borcu ilk dəfədir eşidir, maşın qaytarılıb və əlavə 11 min dollar pul ödənilib. Ümumiyyətlə cavabdehi tanımır, bir dəfə cavabdeh ona zəng vuraraq banka borcu barədə demiş və bankın borcu ondan tələb etdiyini bildirmişdir. O da həmin söhbət əsnasında ona borcunun olmamasını və sonuncuya da pulu qaytarmamasını bildirmişdir. İş üzrə cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" VTB ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndə gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-5116/2015 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə 22730,86 ABŞ dolları məbləğində əsas, 1620,68 ABŞ dolları məbləğində faiz və 10,40 ABŞ dolları məbləğində cərimə, cəmi 24361,97 (iyirmi dörd min üç yüz altmış bir, doxsan yeddi) ABŞ dolları məbləğində borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq “Bank VTB (Azərbaycan)” ASC-yə verilməsi, tələbin Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş, ipoteka predmeti olan «Chevrolet Captivaminik» markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, əldə edilən vəsait hesabına yaranmış borcun ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı tərəfindən “Bank VTB (Azərbaycan)” ASC-nin xəzinəsinə Cavabdeh adına olan kredit müqaviləsi üzrə 2162 ABŞ dolları məbləğində ödəniş edilmişdir. “Bank VTB (Azərbaycan)” ASC-nin xx.xx.2025-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı Bank VTB Azərbaycan ASC-də 109769-1-4996 saylı 30102.00 (otuz min bir yüz iki, 00 cent) ABŞ dolları məbləğində 26 dekabr 2012-ci il tarixli avtomobil girovlu kredit müqaviləsi üzrə zaminlik öhdəliyi ləğv edilmişdir. “Bank VTB (Azərbaycan)” ASC-nin Binəqədi rayon İcra şöbəsinə xx.xx.2025-ci il tarixli 1154 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-5116/2025 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, borclu/Cavabdeh, VTB (Azərbaycan) ASC-nin on(lar)a qarşı olan borc tələbini xx.xx.2025ci il tarixində tam icra etmişdir. Göstərilənlərə və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən, Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-5116/2025 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli məktubun surətindən müəyyən olunur ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 51-ci maddəsininin tələblərinə əsasən **-VC-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Captiva minik" markalı avtomobilinin qiymətləndirilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr-a edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 474.1-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. 474.2-ci maddəsinə əsasən, zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 474.3-ci maddəsinə əsasən, zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 475.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Bu maddədə işlədilən “həmin öhdəlik üzrə hüquqlar” ifadəsi ilə hazırkı işdə kredit müqaviləsi üzrə bankın hüquqları nəzərdə tutulur. Ona görə də, zamin (İddiaçı) icra sənədi üzrə ödədiyi pulun ona qaytarılması üçün borcluya (Cavabdeh) qarşı reqres tələb irəli sürməsi və Mülki Məcəllədə nəzərdə tutulan digər hüquqlarından istifadə etməsi qanuni və əsaslıdır. Beləliklə, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-5116/2015 saylı icra sənədi üzrə cəmi 2162 ABŞ dolları məbləğində pul ödənilməklə, o, zaminlik müqaviləsindən irəli gələn vəzifələrini icra etmişdir. Həmçinin iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-5116/2015 saylı qətnaməsinin təsviri hissəsində də cavabdehin nümayəndə vasitəsilə işdə təmsil olunduğu (etibarnamə üzrə nümayəndəsi İddiaçı Müzəffər oğlu) və izahatında iddia tələbini qəbul etdiklərini, ödənişin həyata keçirilməsi üçün vaxt istədiklərini bildirmişdir. Bundan əlavə cavabdeh tərəfindən iddiaya qarşı verilmiş etirazın məzmununda da sonuncu iddiaçı tərəfindən ona zəng olunaraq borcun tələb edilməsi barədə məlumat verdiyini etiraf etmiş, yəni mövcud borc barədə məlumatlı olmuşdur. İcra mərhələsində olan qətnamə üzrə ödənilməyən öhdəliyi isə zamin bundan dərhal sonra ödəmiş, hazırda isə cavabdehə qarşı ödədiyi məbləği tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)- 5116/2015 saylı qətnaməsinin icrası ilə əlaqədar iddiaçıdan tutulmuş 2162 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 58 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Nəticəvi hissə QƏT ETDİ: İddia təmin edilsin. 2162 (iki min yüz altmış iki) ABŞ dolları məbləğində pul (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 58 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (elektron qaydada) Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar