Məhkəmə qərarları › İş №2(001)-4699/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4699/2020

28.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4699/2020 28.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı cavabdehlər Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Bakı şəhəri Binəqədi rayonu İcra və Probasiya şöbəsinə qarşı “əsassız hesablanmış vergi borcunun silinməsi və sair” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, VÖEN-nin bağlanması, əsassız hesablanmış vergi borcunun silinməsi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərarın ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, hesab edirəm ki, hazırki iddia ərizəsinə mülki icraat qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya hazırki iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-153-cü, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Bakı şəhəri Binəqədi rayonu İcra və Probasiya şöbəsinə qarşı “əsassız hesablanmış vergi borcunun silinməsi və sair” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı hazırki iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar