Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-47/2025 29.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı X3, Cavabdeh2, X1 iştirakları ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh2 və Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı paylı mülkiyyətdə olan “torpaq sahəsinin bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X4 cavabdehlər Cavabdeh2 və Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı paylı mülkiyyətdə olan “torpaq sahəsinin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşadığı evdə ona qohumları tərəfindən miras qalmış torpaqda maneəsiz yaşaması və sözügedən torpaqda bölgü işlərinin aparılması, Cavabdeh2 sözügedən torpaq sahəsində birgə bölgünün aparılmasının tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona, X11 qohumları tərəfindən miras qalan Xocasən qəsəbəsi 16 ünvanında torpaq sahəsinin üzərində yerləşən evdə övladıanadangəlmə nitq qüsurlu İddiaçı daimi qeydiyyat üzrə yaşayır. Həmin torpaq üzərində digər evdə yaşayan Cavabdeh2, övladına məxsus torpaq sahəsini satmaq istədiyi üçün qızı – İddiaçı həmin torpaqda yaşamasına mane olur və qızını sözügedən torpaq sahəsindən çıxartmaq istəyir. Cavabdeh2 iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, Xocasən qəsəbəsi, F.Ağazadə küçəsi, ev 16 ünvanında ev onun mülkiyyətindədir. Adı çəkilə torpaq sahəsi də ona aiddir. İddia edilən torpaq sahəsinin iddiaçı ilə heç bir əlaqəsi yoxdur. İddiaçı X4 əminliklə iddia edir ki, həmin torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ev iddiaçıya qohumları tərəfindən miras qalmışdır. Rəhmətlik atası 1941-ci ildən 2013-cü ilə qədər adı çəkilən ünvanda yaşamışdır. O, 1993-cü ildən bu günə kimi adı çəkilən ünvanda yaşayır. Bilmək istəyir ki, iddiaçının dediyinə görə iddiaçıya miras qalan ev və torpaq sahəsi hansı qohumu tərəfindən iddiaçıya miras qalmışdır? İddiaçı X4 2010-cu ildən yaşadığı ev onun həyətindəki boş tövlə olub, texniki paportda da tövlə kimi göstərilmşdir. İddiaçı X4 onun həyətindəki ona aid olan torpaq sahəsini zəbt etmək istəyir. İddiaçı X3 ona qarşı “torpaq sahəsinin bölünməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək, rədd edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştrak etmiş cavabdeh Binəqədi rayonu Xocasən Bələdiyyəsinin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı onlara müraciət edib. Həmin torpaq sahəsi bir həyətdir. Torpaq sahəsi miras qalıb valideynlərindən. Bələdiyyənin bölgü aparmaq səlahiyyəti yoxdur. Bələdiyyə torpaq sahəsi ayırmayıb. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh (nümayəndəsi) məhkəməyə gəlmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə iclasının digər cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X4 həqiqətən də F.Ağazadə küçəsi, ev 16 ünvanında 2007-ci ildən, qohumluq əlaqələri nəticəsində ona pay verilmiş fərdi yaşayış sahəsində bügünədək yaşayır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)- 1594/2015 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi X3 üçüncü şəxs Sadıqova (Nəcəfova) Səriyyə Cəfər qızı və maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və X8rşı daşınmaz əmlaka sahiblik və istifadə etmək faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, ərizəçi X3 Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, F.Ağazadə küçəsindəki 16 saylı fərdi yaşayış evinin 2 otaqdan ibarət koməkçi sahəsinə sahiblik və istifadə etmək faktı müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan qızı Cavabdeh2dır və o miras əmlakdan tam 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X9 verilmiş **********26-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Raya Qəhrəman qızının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63 kv/m olan fərdi yaşayış evindən ibarətdir. Texniki pasportun surətindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən yerləşən torpaq sahəsinin faktiki sahəsi 0.0503 ha, tikintialtı sahəsi 0.01573 ha, digər sahələr 0.03457 ha-dır. AZ-İ seriyalı 649904 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2013-cü il tarixdə ölmüşdür. AZ-İ seriyalı 621400 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 003120 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Hacı-Həsən qəsəbəsi, F.Ağazadə küçəsindəki, 16 saylı fərdi yaşayış evi X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 01 nömrəli reyestr kitabında xx.xx.2000-ci il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən göstərilən (iddia edilən) hissə 88,0 kv.m, cavabdeh tərəfindən isə göstərilən (iddia edilən) hissə 72,0 kv.m təşkil edir. Mübahisəli torpaq sahəsi digər sahə ilə ümumi sərhəd daxilindədir. İddiaçı tərəfindən göstərilən torpaq sahəsinin üzərində həyət tikilisi mövcuddur. Qeyd olunanlarla bağlı koordinatları əks etdirən sxem əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı və cavabdehin göstərdiyi sahələr eynilik təşkil etməklə (az sahə fərq ilə) **********26-10301 reyestr nömrəsi ilə Cavabdeh2 adına qeydiyyatdan küçmiş sahənin baş planının bir hissəsidir. İddiaçıya aid heç bir sənəd təqdim edilmədiyindən araşdırma aparmaq mümkün olmamışdır. Həmçinin göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinı verilmiş ərazisidir (Binəqədi oyl). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli saylı ekspert rəyinəndən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-737/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçı tərəfindən göstərilən (iddia edilən) hissə 88,0 kv.m, cavabdeh tərəfindən isə göstərilən (iddia edilən) hissə 72,0 kv.m təşkil edir. Mübahisəli torpaq sahəsi digər sahə ilə ümumi sərhəd daxilindədir. İddiaçı tərəfindən göstərilən torpaq sahəsinin üzərində həyət tikilisi mövcuddur. Qeyd olunanlarla bağlı koordinatları əks etdirən sxem əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı və cavabdehin göstərdiyi sahələr eynilik təşkil etməklə (az sahə fərq ilə) **********26-10301 reyestr nömrəsi ilə Cavabdeh2 adına qeydiyyatdan küçmiş sahənin baş planının bir hissəsidir. İddiaçıya aid heç bir sənəd təqdim edilmədiyindən araşdırma aparmaq mümkün olmamışdır. Həmçinin göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinı verilmiş ərazisidir (Binəqədi oyl). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli saylı ekspert rəyinəndən görünür ki, ünvan 3 ünvanda yerləşən 0,0503 ha torpaq sahəsində tikililərin mövcud olduğunu, həmin tikililərin torpaq sahəsində yerləşmə vəziyyətini nəzərə alaraq, həmin torpaq sahəsinin proporsional (bərabər) bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edildi. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X14 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, F.Ağazadə küçəsində yerləşən 16 saylı fərdi yaşayış evi cavabdehin anası X5 adına xx.xx.2000-ci il tarixdə qeydiyyatdan keçmiş, daha sonra xx.xx.2013-cü il tarixdə X12 vəfat etdikdən sonra həmin fərdi yaşayış evi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun qızı, yəni Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Hazırda isə iddiaçı iddia ərizəsi ilə müraciət edərək, həmin torpaq sahəsində bölgü işlərinin aparılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin daxilində iki tikili var və tikililə ayrı-ayrılıqda tərəflərin istifadə və sahibliyindədir. Həmçinin, məhkəmə tərəfindən torpaq sahəsinin bölgüsünun düzgün aparılmasının təmin edilməsi məqsədilə ekspertizalar təyin etmiş, ekspertizaların nəticələrindən də göründüyü kimi, həmin torpaq sahəsinin bölgüsünün texniki cəhətdən mümkün deyildir və həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinı verilmiş ərazisi (Binəqədi oyl) olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı X3 cavabdehlər Cavabdeh2 və Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı paylı mülkiyyətdə olan “torpaq sahəsinin bölünməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait iddiaçı X2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-47/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-47/2025
29.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver