Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-835/2026 01.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: iş üzrə icraat dayandırılıb, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı iddiaçı1 və onun nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi 401013077212, qeydiyyat nömrəsi 3626006095 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.6385 ha torpaq sahəsinin 2/5 hissəsinə və reyestr nömrəsi 401013077213, qeydiyyat nömrəsi 3626006098 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.1979 ha torpaq sahəsinin 2/5 hissəsinə iddiaçıların paylarının müəyyən edilməsi barədə qətnаmə qəbul edilməsini xahiş etmişdirlər. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadı ilə cavabdeh cavabdeh3 vəkili (nümayəndəsi) nümayəndə1 vəsatətinin təmin edilməsi, iddiaçılar iddiaçı1 və X2 cavabdehlər cavabdeh1 Muruzəli oğluna, cavabdeh2 və cavabdeh3 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paylarının müəyyən edilməsi” tələbinə dair hazırkı e-*(*-***)-***/**** nömrəli mülki iş üzrə icraatın Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin icraatında olan, iddiaçı cavabdeh3 cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair 2-1(3-10)- ***/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana kimi dayandırılması qərara alınmışdır. Iddiaçı iddiaçı1 nümayəndəsi-vəkili nümayəndə2 vasitəsi ilə məhkəmənin həmin qərardadından şikayət verərək şikayətin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2(5-112)-577/2026 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçıların təqdim etdiyi hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq sahələrin ümumi sahəsi 0,8364 ha təşkil etdiyi halda, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli 2-1(116)- ***/**** saylı qərarında JN-1570 kod ********* nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 0.84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində cavabdeh3 iddiaçı2, iddiaçı1, cavabdeh2 və cavabdeh1 ümumi birgə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və reyestrdəki çıxarışın verilməsi öhdəliyi cavabdeh xxxx Publik Hüquqi Şəxsinin üzərinə qoyulmuşdur. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli 2-1(116)- ***/**** nömrəli qərarı qüvvədə qalıb icra olunduğu halda birgə mülkiyyətçilərin payları 0,8364 ha torpaq sahəsindən deyil, 0.84 ha torpaq sahəsindən müəyyən olunacaqdır. Buradan isə aydın olur ki, hazırkı işin nəticəsi Şəki Apellyasiya Məhkəməsinin icraatında olan, iddiaçı cavabdeh3 cavabdeh “xxxx” Publik Hüquqi Şəxsinə qarşı “torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə *-*(*-**)-***/**** nömrəli inzibati işin nəticəsindən asılıdır. Işin yuxarıda göstərilən hallarından da göründüyü kimi hazırkı işin nəticəsi Şəki Apellyasiya Məhkəməsinin icraatında olan, iddiaçı cavabdeh3 cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair 2-1(3- 10)- ***/**** nömrəli inzibati işin nəticəsindən asılıdır və bu səbəbdən hazırkı işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Məhkəmə yekun olaraq bu nəticəyə gəlmişdir ki cavabdeh cavabdeh3 vəkili (nümayəndəsi) nümayəndə1 vəsatəti təmin edilməli, iddiaçılar iddiaçı1 və X2 cavabdehlər cavabdeh1 Muruzəli oğluna,cavabdeh2 Muruzəli qızına və cavabdeh3 Murtuzəl qızına qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paylarının müəyyən edilməsi” tələbinə dair hazırkı e-*(*-***)-***/**** nömrəli mülki iş üzrə icraat Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin icraatında olan, iddiaçı cavabdeh3 cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair *-*(*-**)-***/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alana kimi dayandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*- ***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in: 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. 256.0.3-cü maddəsinə əsasən iş üzrə icraat bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı iddiaçı1 və onun nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-835/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-835/2026
01.09.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver