Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4715/2025 16.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən İİİ şəxslər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə) qarşı mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, özbaşına inşa edilmiş konstruksiyaların sökülməsi, zirzəminin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən İİİ şəxslər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə) qarşı mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, özbaşına inşa edilmiş konstruksiyaların sökülməsi, zirzəminin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki işin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının ərizəsi (vəsatəti) ilə ərizə qaytarıla bilər. Odur ki, iddiaçının nümayəndəsi-vəkili tərəfindən iddia ərizəsinin qaytarılmasını xahiş edildiyindən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən İİİ şəxslər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə) qarşı mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, özbaşına inşa edilmiş konstruksiyaların sökülməsi, zirzəminin boşaldılması və təhvil verilməsi dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş 100 (bir yüz) ( qəbz nömrəsi – **********) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-4715/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4715/2025
16.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver