Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4723/2021 26.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu İddiaçı Cavabdeh və Baş X2 İdarəsinə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Quliyev X1 Anar Şamil oğluna və Baş X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada “BMV” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödədiyi 16700 manat və maşının qiymətinin qalxması üçün 2000 manat pulun tutulub ona veriməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh yaşayış ünvanı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 25, ev 13a/6-dır. Belə olan halda İddiaçı Cavabdeh qarşı hazırki məzmunlu iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməlidir. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Tələbin digər cavabdeh olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə (bundan sonra BDYPİ) yönələn hissəsinə münasibətdə isə qeyd olunur ki, iddia ərizəsinin məzmunundan müəyyən olunmuşdur ki, göstərilən avtomobil alğı-satqı edilərkən BDYPİ tərəfindən müvafiq sənədlərin düzgün yoxlanılmaması əsası ilə sonuncu cavabdeh kimi hazırki işə cəlb edilmişdir. Belə olan halda tələbin qeyd olunan hissəsinə mülki məhkəmə icraatı qaydasında deyil Azərbaycan Respublikasinin İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində müəyyən müvaviq iddia növü üzrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı izah olunmalıdır ki, BDYPİ-yə qarşı hazırki məzmunlu iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 9,149,152,263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh və Baş X2 İdarəsinə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı hazırki tələbin Cavabdeh aid hissəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinə, BDYPİ-yə aid hissədə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüqunun olması izah olunsun. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4723/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4723/2021
26.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver