Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4748/2023 13.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10000 ABŞ dolları məbləğində borc pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci ildə Cavabdeh1 xahişi ilə ona müraciət edən Cavabdeh2 ondan 10000 ABŞ dolları məbləğində borc pul amışd, həmin məbləği tezliklə qaytaracağını bildirmişdir. O, Cavabdeh1 prokurorluq orqanlarında işləməsini və onunla yaxın münasibətinin olmasını nəzərə alaraq rəsmi borc müqaviləsi bağlamadan Cavabdeh2 həmin məbləği borc şəklində vermişdir. Ötən müddət ərzində dəfələrlə müraciət etsə də, cavabdeh həmin məbləği ona qaytarmamışdır. Bununla bağlı o, Respublika Baş Prokurorluğuna ərizə ilə müraciət etmiş, onun ərizəsi əsasında xidməti araşdırma aparılmışdır. Baş Prokurorluğun ona ünvanladığı məktubda qeyd edilən fakt təsdiq edilərək, cavabdehin intizam məsuliyyətinə cəlb olunması Baş Prokurorluğun Etik Davranış Komissiyasına göndərilməsi qeyd edilmişdir. Həmçinin, Cavabdeh2 ondan qeyd edilən məbləği borc şəklində alması onunla aralarında olan “Whatsapp” danışıqlarında da öz əksini tapmışdır. Cavabdeh1 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, təxminən 2021-ci ilin payiz aylarında Oktay ona söhbət zamanı Şəki rayonu ərazisindən taxıl məhsulu alacağı barədə hazırlıq işləri gördüyünü və bu məqsədlə Şəki rayonuna gedib gəldiyini və həmin ərazidə taxılçılıq sovxozu deyilən ərazidən tanışları olduğunu bildirmişdi. Qeyd edir ki, o, Şəmkir rayonunda hərbi prokurur vəzifəsində işləyən zaman 14 saylı Regional Vergilər İdarəsinin rəisi Ramiz Yadigarovla tanış idi. O, sonralar Gədəbəy rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləmişdir. Eyni rayondan və qonşu kəndlərdən olduqları üçün birbirilərini tanıyırdılar. Həmin ərəfələrdə, yəni 2021-ci ilin payız aylarında Ramiz Yadigarov onunla söhbət zamanı taxıl əkməklə məşğul olduğunu dediyi üçün o, X3 adlı dostunun Şəki rayonunundan gələn il üçün çoxlu miqdarda təxminən 3 min ton buğda almağı planlaşdırdığını, və öz məhsulunu ona sata biləcəyini bildirmişdir. Ramiz Yadigarov bir dəfə onunla söhbət zamanı ondan Oktayın telefon nömrəsini istəmişdir. O, Oktaya zəng edərək onun telefonunu onun tanışı, Gədəbəyin keçmiş icra başçısının istədiyini, həmçinin onun taxıl məhsulları əkdiyini, gələcəkdə taxıl alan zaman ona öz əkdiyi məhsulu daha sərfəli qiymətə verə biləcəyini demişdir. Oktay bu təkliflə razılaşdığı üçün öz telefonunu ona verməyini bildirdi. Məqsədi dostu Oktaya taxıl alan zaman ona kömək etmək olmuşdur. Bir müddət keçəndən sonra Oktay ona zəng edərək Ramizin ondan 10 min dollar borc istədiyini, onun necə adam olduğunu soruşmuşdur. O, onu tanıdığını, və cəmiyyətdə tutduğu mövqeyi və hal-hazıra kimi olan müddətdə ondan pis bir şey eşitmədiyini, ciddi bir oğlan olduğunu demişdir. O, söhbət zamanı Ramizə zamin durmağını, ona borc pul verməsini bildirməmişdir. Oktay ticarəti yaxşı bildiyi üçün vəziyyəti özü qiymətləndirmiş və məhsul yığımı zamanı taxılı daha ucuz almaq məqsədilə Ramizlə Lider parkı deyilən ərazidə görüşərək ona on min dollar verdiyini ona sonra bildirmişdir. O, pulun verilməsində iştirak etməmişdir. Oktay öz xeyirini düşünməsə nədən bu borcu versin. Lakin, həmin il Oktaq Şəki rayonunda bərk quraqlıq olduğuna və bazarı pis qiymətləndirdiyinə görə taxıl almamışdır. Ona Ramizin aldığı on min manat pulu uzun müddət keçməsinə baxmayaraq qaytarmadığını bildirmiş və xahiş etmişdir ki, o, Ramizə pulun qaytarılması barədə bildirsin. O, bu məqsədlə Ramizə zəng edərək Oktayın pulunu qaytarmamasının səbəbini soruşmuşdur. Ramiz borca düşdüyünü, lakin borcu qaytaracağını bildirmişdir. O, Oktayla aralarında dostluq münasibətinin olduğunu bildirərək borcun tez bir zamanda qaytarmasını söyləmişdir. Bundan sonra Ramizə bir tanış kimi müxtəlif vaxtlarda telefonla zəng edərək Oktaya olan borcunu qaytarmasını desə də, halhazıradək Ramiz Oktayın borcunu düşdüyü vəziyyətə əlaqədar qaytara bilmədiyini bildirmiş, lakin verməyəcəyini söyləməmişdir. O, Oktaya pulunun borc olduğu üçün Ramizi məhkəməyə verməsini bildirmişdir. Oktay artıq bu borcu sivil yolla qaytarmaq fikrindən daşındığı üçün cinayət aləminin qaydaları ilə hərəkət edərək pulu ondan istəməyə başlamışdır. Ona hədə-qorxu gələrək həmin pulu ondan almaq məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir. Həmin müraciət orada araşdırılmış və Ramiz Yadigarov izahat verərək borcu onun iştirakı olmadan aldığını, onun bu borcun alınmasında hər-hansı bir marağının olmadığını bildirmış və Oktay Abuzərova 10 min manat borcu olmasını etiraf etmış və bu barədə Oktay Abuzərova müvafiq cavab verilmışdir. Bildirir ki, sonralar münasibətləri pozulandan sonra onun səsini mübahisə zamanı yazmışdır. Lakin, o, orada da demişdir ki, o, Ramiz Yadigarova zamin durmamışdır. O, 1992-ci ildən hal-hazıradək Respublika Hərbi prokrurluğunda xidmət edir. Müxtəlif vaxtlarda Tərtər və Şəmkir Hərbi prokuroru vəzifəsində 14 il xidmət etmişdir. 1987-ci ildən dostluq etdiyi, yaxın münasibətdə olduğu bir insanın ona qarşı belə mövqe tutmasına görə, onu Prokurorluq orqanlarında çalışdığı üçün şantaj etməyə cəhd etməsinə görə çox təəssüflənir. Lakin hüquqi baxımdan onun iddiasını aşağıdakı əsaslara görə rədd edir. 1. Oktay Abuzərov vətəndaş Ramiz Yadigarova borc verən zaman şəxsi mənfəətini güdmüş, hər hansı bir borc müqaviləsi bağlamamışdır. 2. Oktay Abuzərov vətəndaş Ramiz Yadigarova borc verən zaman o, zamin olmamış və bu barədə hər-hansı bir zaminlik müqaviləsi yoxdur. 3. Oktaq Abuzərov vətəndaş Ramiz Yadigarova borc verən zaman o, orada iştirak etməmiş və qaytarmayacağı təqdirdə həmin borcu verməyi öhdəsinə götürməmişdir. 4. Oktay Abuzərovun vətəndaş Ramiz Yadigarova borc verməsi onun ticarət fəaliyyəti ilə bağlı olmuş və o borc verən zaman gələcəkdə taxıl məhsulunu ondan daha sərfəli qiymətə almaq məqsədi güdmüşdür. 5. Onun burada çarağı nə olub? X2rşı deyil ona qarşı iddia qaldırır. Borc alan qalıb qıraqda ona qarşı iddia qaldrır? Cavab aydındır. Onu şantaj edir. 6. İddiaya cavab verməli şəxs o deyiləm, o borcu alan və əsl cavabdeh Ramiz Yadigarovdur. O xahiş edir ki, bu əsasları rəhbər tutaraq, yəni onun heç bir marağının olmamasını, borc verilən zaman orada iştirak edib şahid olmamasını, bu borca görə zamin durmadığını, zaminlik müqaviləsinin olmamasını, Ramiz Yadigarova borc verən zaman Oktayın şəxsi marağının olmasını və Oktay Abuzərovun onu hüquq mühafizə orqanlarında çalışdığı üçün şantaj etməsini nəzərə alaraq ona qarşı qaldırdığı qərəzli, ədalətsiz, insanlığa sığmayan iddia ərizəsinə xidməti fəaliyyəti ilə bağlı işlərinin çox olmasını nəzərə alaraq onun iştirakı olmadan baxılmasını və həmin iddianı rədd edərək Oktay Abuzərovun iddia ərizəsini əsl cavabdeh Ramiz Yadigarova yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, ona qarşı verilmiş iddianı qəbul etmir. Belə ki, pulu o almamış və pul ona verilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, ona qarşı verilmiş iddianı qəbul edir, həmin məbləği o, borc olaraq almış, lakin müflis olduğu üçün həmin borcu vaxtında qaytara bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və onun nümayəndəsini (vəkili) dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Baş Prokurorluğunun İddiaçı ünvanlanmış xx.xx.2023cü il tarixli cavab məktubundan görünür ki, respublikası Hərbi Prokurorluğunun əməkdaşı Cavabdeh1 xahişi ilə tanışı Ramiz adlı şəxsə 10000 ABŞ dolları borc verməyinə baxmayaraq hər iki şəxsin etibarından sui-istifadə edərək pulu qaytarmaması barədə müraciəti əsasında Xidməti araşdırmalar idarəsində aparılmış xidməti yoxlama ilə adıçəkilən prokurorluq işçi tərəfindən “Azərbaycan Respublikası prokuroluğu İşçilərinin Etik davranış Kodeksi”nin müvafiq bəndinin tələblərinin pozulması müəyyən olunduğundan toplanmış material Cavabdeh1 intizam məsuliyyətinə cəlb edilməsi üçün Baş Prokurorluğun Etik Davranış Komissiyasına göndərilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Respublika Hərbi Prokuroluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru, Cavabdeh1 xahişi ilə onun tanışı Ramiz adlı şəxsə 10000 ABŞ dolları borc verməsinə baxmayaraq hər iki şəxsin etibarından sui-istifadə edərək pulu qaytarmaması barədə Bakı şəhər sakini İddiaçı müraciəti əsasında Xidməti araşdırmalar idarəsində aparılmış xidməti yoxlama ilə adıçəkilən prokurorluq işçi tərəfindən “Azərbaycan Respublikası prokuroluğu İşçilərinin Etik davranış Kodeksi”nin müvafiq bəndinin tələblərinin pozulması müəyyən olunduğundan toplanmış materiala Baş Prokurorluğun Etik Davranış Komissiyasında baxılaraq xx.xx.2023-cü il tarixdə barəsində müvafiq tədbir görülmüşdür. Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroluğuna verilmiş izahatından görünür ki, “verilən suallara cavab olaraq bildirmişdir ki, Hərbi prokurorluğun əməkdaşı Cavabdeh1 o, həmyerli kimi çoxdan tanıyıram. Şahin onun əvvəllər yaşadığı Şəki rayonu Şəki kəndinə qonşu olan Dərə-Cənnət kənd sakini olmuşdur. Əslən onun kimi Ermənistandan məcburi qaydada çıxarılmış azərbaycanlılardandır. İddiaçı isə o, əvvəllər tanımamışdır. O, 2010-ci il tarixdən 2012-ci ilədək Vergilər Nazirliyinin 14 saylı ərazi vergilər idarəsinin rəisi işləyəndə Cavabdeh1 da Şəmkir şəhərində yerləşən Qazax hərbi prokuroru vəzifəsində işləyirdi. Həmin dövrlərdən yaxın münasibətləri yaranmışdır. 2012-ci ildən 2018-ci ilədək Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı işləmişdir. O, vəzifədən azad olunduqdan sonra bir müddət yaşadığı kənddə taxıl əkini ilə məşğul olmuşdur. 2021ci ilin payızında o, 100 ha icarəyə torpaq götürüb taxıl əkmişdir. Təxminən 2022-ci ilin yazyay aylarında ona təsərrüfat üçün müəyyən məbləğdə pul lazımdır. Həmin ərəfədə o, təsadüfən Cavabdeh1la Bakı şəhərində görüşmüşdür. Görüş zamanı aralarında olan ümumi söhbət zamanı ona taxıl əkdiyini məhsulu ortaya çıxarmaq üçün pul vəsaitinə ehtiyacı var. Şahinə demişdir ki, belə bir adam olsa köməklik edər. Əvəzinə məhsul yığımı zamanı taxıl verər. Şahin ona demişdir ki, onun taxıl ticarəti ilə məşğul olan dostu var. Həmin adama deyər ona köməklik etsin. Şahin həmin adamın mobil nömrəsini verdi. Şahinin tanışının adı Oqtay idi. Şahinin dediyinə görə Oqtayı uzun müddətdir tanıyır, dostluq münasibəti var. O, buna görə də Şahinlə bu görüşündən sonra Oqtaya zəng vurub onunla danışmışdır. O, Oktaya Şahinin tanışı olduğunu deyib özünü təqdim etmişdir. Nə işlə məşğul olmağını bildirmişdir. Oqtay ona əvvəllər Gömrük orqanlarında işlədiyini və hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. O, Oktaydan yaxın vaxtlardan qaytarmaq (bir-iki ay müddətə) 10000 ABŞ dolları borc pul istəmişdir. Oktay ona həmin pulu verməyə razılıq verdiyindən, səhəri gün Bakı şəhərində, Yasamal rayonu, Musabəyov parkının yaxınlığında görüşmüşdür. Oqtay ona 10000 ABŞ dolları borc pul vermişdir. O, həmin pulu ondan qəbul edib taxıla qarşı zərərvericilərə qarşı gübrələrə və sair xərclərə xərcləmişdir. Həmin ili quraqlıq olduğundan taxıl məhsulu xarab oldu. Yəni əkdiyi taxıl sahələri dəmyə (su olmayan əraziləri idi) olduğuna görə quraqlıq səbəbindən gözlənilən məhsulu götürə bilməyib ziyan düşmüşdür. Buna görə də Oqtaydan borc aldığı pulu vəd etdiyi müddətdə qaytara bilməmişdir. Bu barədə bir neçə dəfə Cavabdeh1la və İddiaçıla bir neçə dəfə danışıb maddi vəziyyətini onlara izah edib müəyyən müddət istəmişdir. O, İddiaçı hazırda 10000 ABŞ dolları borcu var. Həmin pulu maddi vəziyyətinin pis olması səbəbində qaytara bilməmişdir. Ancaq yaxın vaxtlarda həmin borcunu qaytaracaq. Onun Cavabdeh1la hər hansı borc münasibəti və ya biznesi yoxdur. X6 tanış edib. Borcu o almışdır.” İddiaçı təqdim etdiyi audio səs yazısına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, İddiaçı istifadəsində olan mobil telefonun yaddaşında olan “WhatsApp” mobil tətbiqi vasitəsi ilə qeydə aldığı və təqdim etdiyi audio səs yazısı olan yaddaş kartı vasitəsi ilə qulaq asmaqla (dinləməklə) baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı ilə Cavabdeh1 tanış etmiş, lakin borc pul Cavabdeh2 verilmiş və Cavabdeh1 bunda iştirakı olmamışdır. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh2 varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh2 varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Məhkəmə digər Cavabdeh1 qarşı iddia tələbini təmin etmir. Belə ki, işin mübahisəsiz hallarına görə 10000 ABŞ dolları məbləğində pul şəxsən İddiaçı tərəfindən Cavabdeh2 verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı tələb olunan pul məbləğinə dair Cavabdeh1 qarşı hər hansı mübahisə ilə məhkəməyə müraciət etməsi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh2 10000 ABŞ dolları (on min) (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində pulun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 10000 (on min) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində pulun alınaraq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 qarşı hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-4748/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4748/2023
13.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver