Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4757/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh2 MMC, Cavabdeh1nə qarşı, üçüncü şəxs qismində X6 cəlb edilməklə “hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinənin nəticələri haqqında xx.xx.2025-ci il tarixli hesabatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 40.1. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. 85.1. İcra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir.https://e-qanun.az/framework/46945 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6.-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-672/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia tələbi üzrə iddiaçı X4 iddiasının qismən təmin edilməsi, iddiaçı X4 "xxxx" MMC-nin təsisçiliyindən çıxarılması, "xxxx" MMC-nin təsis sənədlərində müvafiq dəyişikliklərin edilməsi, cavabdeh "xxxx" MMC-nin 2009-2013-cü illər ərzində fəaliyyəti nəticəsində əldə olunmuş 5.457,24 manat xalis mənfəətin yarısının, yəni 2.728,62 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı X5 ödənilməsi, iddiaçı X4 "xxxx" MMC-nin nizamnamə kapitalındakı 50% payının məhdud məsuliyyətli cəmiyyətdən çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyən edilərək, bölünüb X5 verilməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı "xxxx" QSC-nin iddiasının qismən təmin edilməsi, cavabdehlər "xxxx" MMC-dən və X1 müştərək qaydada 10R000000220 saylı kredit razılaşması üzrə 2.682,25 ABŞ dolları məbləğində kredit borcunun, 349.10 ABŞ dolları məbləğində faiz borcunun, 2000 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 5.031,35 ABŞ dolları məbləğində borcun, 10R000000555 saylı kredit razılaşması üzrə 26.371,04 ABŞ dolları məbləğində kredit borcunun, 2.642,05 ABŞ dolları məbləğində faiz borcunun, 5.500 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 34.513,09 ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 39.544,44 ABŞ dolları məbləğində borcun öhdəlik icra olunan zaman Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnəsi üzrə və iddianın təmin edilmiş 25% hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun 7,5 manat hissəsinin tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, iddiaçı X2 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-nin həmtəsisçisi X5 qarşı “pul” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən 64.816 manat məbləğində pul vəsaitinin qoyulmuş yatırım olaraq və iddianın təmin edilmiş 45% hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun 13.5 manat hissəsinin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-672/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə qətnamənin “qət etdi” hissəsində “İddiaçı X4 "xxxx" MMC-nin nizamnamə kapitalındakı 50% payının məhdud məsuliyyətli cəmiyyətdən çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyən edilərək, bölünüb X5 verilməsi” bu qətnamənin növbəlik qaydasında həmin hissənin icra edildiyi tarixə, cəmiyyətin rəsmi mülkiyyətində olan və həmin il üçün tərtib edilmiş balansda əks olunmuş əmlakın bölünərək, payına uyğun onun dəyərinin iddiaçı X5 verilməsini özündə ehtiva etdiyi şəklində izah verilmişdir. Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru xx.xx.2024-cü il tarixli qərarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-672/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin icrasının təmin etmək məqsədilə borclu "xxxx" MMC-nin balansında olan talvar, talvarın altında olan torpaq sahəsinin, 35 kv.m qeyri-yaşayış sahəsinin və digər əmlakların qiymətləndirilməsi ilə bağlı Cavabdeh2 MMC-ni mütəxəssis kimi cəlb etmişdir. Cavabdeh2 MMC-nin xx.xx.2025-ci il tarixli Mütəxəssis rəyinə əsasən icra məmurunun sifariş verdiyi əmlakların qiymətinin 800000 manat olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı olaraq İddiaçı MMC-nin direktorunun hüquqi varisi kimi icra məmurunun qiymətləndirdiyi əmlakların MMC-nin mülkiyyətində olmadığını bildirərək, qiymətləndirmə hesabatının ləğv edilməsini xahiş edir. Hesab edirəm ki, hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir və iddiaya mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Belə ki, iddiaçı qiymətləndirmə hesabatının ləğv edilməsi tələbini irəli sürsə də, əslində onun mübahisələndirdiyi hal icra məmurunun hərəkətləridir. Hansı ki, iddiaçı MMC-nin mülkiyyətində olmayan əmlakları qiymətləndirərək, onun dəyərindən vəsaitin tələbkara verilməsi ilə bağlı icra məmurunun hərəkətlərindən narazıdır. Göründüyü kimi mübahisə əmlakı qiymətləndirən Cavabdeh2 MMC ilə iddiaçı arasında hər hansı mübahisəli hüquq münasibəti yaranmamışdır və iddiaçı da məhz "xxxx" MMC-nin mülkiyyətində olmayan əmlakların qiymətləndirilməsi sifarişini verən icra məmurunun hərəkətlərindən narazıdır. Beləliklə hesab edirəm ki, mübahisəli məsələyə icra icraatı qaydasında baxılmalı olduğundan iddia ərizəsinin icraata qəbulundən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh2 MMC, Cavabdeh1nə qarşı, üçüncü şəxs qismində X6 cəlb edilməklə “hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4757/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4757/2025
25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver