Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4758/2024 05.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, iddiaçının nümayəndəsi (atası) X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavadeh Cavabdeh Bakı şəhər 43 saylı notariusunda müqavilə üzrə 35000 (otuz beş min) manatdan ödədiyi 28000 (iyirmi səkiz min) manatı və cavadeh tərəfindən aldadılaraq üç ildir ödədiyi kirayə pulunu, dövlət rüsumu 175 (yüz yetmiş beş) ümümi xəcləri ilə 250 (iki yüz əlli) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 02 aprel 2022-ci il tarixdə Cavabdeh arasında "kredit müqaviləsi " bağlanmış və bu müqavilə notariat qaydada təsdiqlənmişdir. Həmin kredit müqaviləsinin şərtlərinə görə o, Cavabdeh Bakı şəhər Binəqədi rayon, Binəqədi-Biləcəri yolu pajarnının arxası ünvanda yerləşən bir mərtəbəli fərdi yaşayış evin tikilməsi üçün 35000 (otuz beş min) manat məbləğində pul istəmiş. Bakı şəhər 43 saylı notariat kontorunda müqavilə üzrə 35000 (otuz beş min) manatdan bagladığı müqavilə üzrə borcdan 20000 (iyirimi min) manat əlində olan məbləği 43 saylı notariusda müqavilə üzrə ödəkidən sonra cavadeh Cavabdeh pulun qalıq miqdarın istədi, o, cavabdehə 8000 (səkkiz min) manatı cavadehin iştirakı və mobil telefon vasitəsi ilə video çəkilişlə öz razılığı əsasında şahidlər yanında vermişdir. Borc alan cavadeh 02 iyun 2022-ci il tarixdə fərdi evi yaşayış üçün hazır edərək ona təhvil verməyi öz öhdəsinə götürmüşdür. Lakin yuxarıda qeyd edilən kredit müqaviləsinin bağlandığı vaxtdan halhazıra kimi cavabdeh tərəfindən kredit müqaviləsinin 2-ci bəndinin şərtləri pozulmuş və o, aldığı borc puldan heçnə ödəməmişdir. O, borcu qaytara bilməməsinin səbəblərini müxtəlif bəhanələr göstərərək ödəyəcəyini söz versə də bunu etməkdən yayınmışdır. İlk olaraq pretenziya qaydasında cavadehə müraciət etmiş lakin bunun nəticəsi olmamışdır. Sonda o, məcbur olub kredit müqaviləsinin 3-cü bəndinə uyğun olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) X6 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehi internetdən tanımış, rəyləri oxumuş, foto şəkillərə baxıb tikdiyi evləri çox bəyənmiş və tikinti qiymətidə onun üçün münasib idi. Notariat ofisində podrat müqaviləsi bağlamışlar. 1000 manat nağd şəkildə vermiş, 19000 manat Notariat ofisində depozit hesabına qoymuşdur. Digər 8000 manatı isə video yazı ilə cavabdehə vermişdir. Video görüntünü əks etdirən CD iddia ərizəsinə əlavə olunmuşdur. 15000 manatı iş yekunlaşanda verməli idi, lakin cavabdeh heç bir iş görməmişdir. O, daha sonra bildirmişdir ki, podrat müqaviləsi cavabdehlə oğlu İddiaçı ilə bağlandığından iddia ilə o müraciət etmişdir, amma faktiki pulun hamısını o, vermişdir cavabdehə. Düşünürdüki, evi inşa olunsun, kirayələrdə yaşamasın, lakin məcbur olub yenidən kirayə ev tutmuş ona görə də həmin ödədiyi pulları da cavabdehdən tələb edir. Göstərdiklərini nəzərə alaraq iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdir. Cavabdeh yaşayış ünvanı üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildirişlər göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, iddiaya öz yazılı münasibətini bildirməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: 02 aprel 2022-ci il tarixdə 43 sayıl notariat ofisində Cavabdeh ilə X7 arasında bağlanmış podrat müqaviləsindən görünür ki, Cavabdeh öz materiallarından istifadə etməklə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Biləcəri yolu, Pajarnının arxası ünvanında yerləşən tikinti sahəsi 90 kv/metr təşkil edən 6.20 metr hündürlüyü, 7 daş kürsü, 2.80 metr tavan hündürlüyü olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 35000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 1000 manat hissəsini nağd şəkildə ödəmişdir, 19000 manat hissəsini notariusun depozit hesabı vasitəsi ilə ödəyir. 15000 manat hissəsini xx.xx.2022-ci il tarixdə ödəməyi öhdəsinə götürür. İşə əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş 5143 MB həcmində, 1 dəqiqə, 17 saniyə çəkiliş olan CD diskdəki görüntüdən müəyyən edilir ki, X1 Roman Əvəz oğluna 8000 manat məbləğində pul verir, Cavabdeh isə həmin 8000 manat pulu sayaraq qəbul edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 427.3. əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442.1. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin cavadeh Cavabdeh 28000 (iyirmi səkiz min) manat alınaraq İddiaçı ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, 02 aprel 2022-ci il tarixdə 43 sayıl notariat ofisində Cavabdeh ilə X7 aralarında podrat müqaviləsi bağlamış və Cavabdeh öz materiallarından istifadə etməklə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Biləcəri yolu, Pajarnının arxası ünvanında yerləşən tikinti sahəsi 90 kv/metr təşkil edən 6.20 metr hündürlüyü, 7 daş kürsü, 2.80 metr tavan hündürlüyü olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təvil verməyi öhdəsinə götürmüşdür. Həmçinin (müqaviləyə əsasən) müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən icra olunacaq işin ümumi dəyəri muzd da daxil olmaqla 35000 manat təşkil edir. X7 həmin məbləğin 1000 manat hissəsini nağd şəkildə ödəmiş, 19000 manat hissəsini isə notariusun depozit hesabı vasitəsi ilə ödəmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən Cavabdeh İddiaçı ev tikintisi məqsədi ilə görüləcək işlərin yerinə yetirilməsi üçün 20000 manat məbləğində pul alması sübut olunduğundan, iddia həmin hissədə əsaslıdır. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mılki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh 02 aprel 2022-ci il tarixdə 43 sayıl notariat ofisində X7 ilə aralarında bağlanmış podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməklə haqlıdır. Odur ki, tələb edilən 28000 manat məbləğində pul vəsaitinin 20000 manat məbləği (tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən) tam olaraq sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, cavadeh Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin 8000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş 5143 MB həcmində, 1 dəqiqə, 17 saniyə çəkiliş olan CD diskdəki görüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, X1 Roman Əvəz oğluna 8000 manat məbləğində pul verir, Cavabdeh isə həmin 8000 manat pulu sayaraq qəbul edir. İddiaçının həmin məbləği cavabdehə verməsinə dair başqa heç bir sübutu olmadığından məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı sayıla bilməz. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ: müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki işdən görünür ki, iddiaçı tərəfindən tələb olunan 8000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən deyil, onun atası X6 tərəfindən Cavabdeh ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin pulu tələb etmək hüququ da X5 məxsusdur. Bu halı nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 8000 manat məbləğində pulun qaytarılmasını tələb etmək üçün subyektiv hüquqa malik olmadığından, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin iddiaçının cavabdeh tərəfindən aldadılaraq üç illik ödədiyi kirayə pulu və ümümi xəcləri ilə bağlı 250 (iki yüz əlli) manat pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində bildirir ki, iddiaçı ərizəsində qeyd edilən xərclərin onun tərəfindən çəkilməsini qeyd etsə də, məhkəməyə bununla bağlı (kirayə müqaviləsi, həmin müqavilə əsasında edilmiş ödəniş qəbzləri və tərəflər arasında yaranmış hüquq münasibətləri ilə bağlı məsələlərə xərclənmiş vəsait və s.) heç bir rəsmi sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Nəzərə alınmalıdır ki, mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Sübutların iş üçün əhəmiyyətli halların müəyyən edilməsinə yetərli olubolmaması məsələsini isə məhkəmə öz daxili inamına əsasən həll edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üç illik kirayə haqqı və ümümi xəclərlə bağlı 250 (iki yüz əlli) manat pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissələrində də təmin edilməməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin dövlət rüsumu qismində ödənilmiş 174 manat məbləğində pulun alınalaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 174 manat məbləğində pulun 140 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 174 manat məbləğində pulun 140 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4758/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4758/2024
05.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver