Məhkəmə qərarları › İş №2(001)-4765/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4765/2021

25.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4765/2021 25.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə, birgə vəsait hesabına əldə etdikləri “Hyundai Elantra” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 20.10.2015-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Hyundai Elantra” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, avtomobilin alqı-satqısına dair müqavilə 2015ci il tarixdə bağlanmasına baxmayaraq, o, bu barədə məlumatlı olmamış, Cavabdeh2 avtomobili etibarnamə əsasında idarə etdiyini hesab etmiş və yalnız bu ilin may ayında avtomobilin Cavabdeh2 mülkiyyətində olduğu barədə məlumat əldə etmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf edib, bu barədə yazılı ərizə təqdim edərək, iddianı qəbul etdiyini, avtomobilin həqiqətən də iddiaçı ilə birgə nikah dövründə və onların birgə gəlirləri hesabına alındığını, lakin sonradan iddiaçıya bu barədə məlumat vermədən digər cavabdeh, yəni qardaşı Cavabdeh2 adına rəsmiləşdirdiyini, lakin avtomobilə görə iddiaçı ilə aralarında mübahisənin yaranmasını istəmədiyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf edib, bu barədə yazılı ərizə təqdim edərək, iddianı qəbul etdiyini, avtomobilin həqiqətən də iddiaçı ilə qardaşı, yəni Cavabdeh1 birgə nikahı dövründə və onların birgə gəlirləri hesabına alındığını, lakin sonradan qardaşının təşəbbüsü ilə onun adına rəsmiləşdirildiyini, avtomobilə görə iddiaçı ilə qardaşı arasında mübahisənin yaranmasını istəmədiyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehlərin iddianı etiraf etməsini qəbul edib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh Cavabdeh1 arasında 10.08.1999-cu il tarixdə nikah bağlanmışdır. Tərəflər hazırda da nikahdadır. Onların birgə nikahda olduqları dövrdə, yəni 29.10.2013-cü il tarixdə Cavabdeh1 “Hyundai Elantra” minik markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmiş və həmin avtomobil 20.10.2015-ci il tarixədək onun mülkiyyətində olmuş və bu avtomobilin idarə edilməsi üçün onun tərəfindən digər Cavabdeh2 etibarnamə verilmişdir. 20.10.2015-ci il tarixdə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 bu avtomobili digər Cavabdeh2 satmış və bundan sonra bu avtomobil Cavabdeh2 mülkiyyətinə keçmişdir və hazırda da mülkiyyətindədir. Avtomobil onun mülkiyyətinə keçdikdən sonra onun tərəfindən də avtomobilin idarə edilməsi Cavabdeh1 etibarnamə verilmişdir. Hazırda onlar hər ikisi qeyd edilən avtomobili idarə edir. İddiaçı hazırda onlara qarşı iddia ərizəsi ilə məhkəmə müraciət etmiş və avtomobilin onların birgə nikahı dövründə və birgə gəlirləri hesabına alındığını, avtomobilin alqı-satqısına dair müqavilənin 2015-ci il tarixdə bağlanmasına baxmayaraq, bu barədə məlumatlı olmadığını, Cavabdeh2 avtomobili etibarnamə əsasında idarə etdiyini hesab etdiyini və yalnız bu ilin may ayında avtomobilin Cavabdeh2 mülkiyyətində olduğu barədə məlumat əldə etdiyini bildirir və “Hyundai Elantra” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 20.10.2015-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Hyundai Elantra” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər onlara qarşı irəli sürülmüş iddianı etiraf edir və iddianın təmin edilməsini xahiş edirlər. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin bu məbləği cavabdehdən tələb etmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı, iddianın etirafı qəbul olunduğundan, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, “Hyundai Elantra” minik markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 20.10.2015-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin avtomobil İddiaçı ilə Cavabdeh1 arasında bərabər paylara bölünməklə, bu avtomobilin ½ (ikidə bir) hissəsinə İddiaçı, ½ (ikidə bir) hissəsinə Cavabdeh1 mülkiyyət hüququ tanınmalıdır. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 191-ci, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Hyundai Elantra” minik markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 20.10.2015-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsi etibarsız hesab edilsin. “Hyundai Elantra” minik markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ilə Cavabdeh1 arasında bərabər paylara bölünməklə, bu avtomobilin ½ (ikidə bir) hissəsinə İddiaçı, ½ (ikidə bir) hissəsinə Cavabdeh1 mülkiyyət hüququ tanınsın. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar