Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4769/2021 02.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə 02 iyul 2021ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 15 mart 2021-ci il tarixdə ümumilikdə 2000 manat ilkin ödəniş etməklə cavabdehdən “Renault Megane” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Lakin, həmin gün cavabdeh avtomobili təmir etdirmək bəhanəsi ilə ondan götürmüş, bugünədək nə avtomobili, nə də avtomobil üçün ödəmiş olduğu 2000 manat pulu qaytarmamışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarına gəlməsə də, nümayəndəsi vasitəsi ilə iddia ərizəsinə etiraz ünvanlayaraq iddianın tamamilə əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, iddiaçının iş yoldaşıdır. Vüqar cavabdehdən avtomobili onun iştirakı ilə almış, belə ki, avtomobil üçün ilk öncə 100 manat beh vermiş, səhəri gün 900 manat, sonradan isə onun iştirakı ilə daha 1000 manat pulu cavabdehə vermişdir. Məhkəmə iddiaçının, şahidin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddiaçı tərəfindən cavabdehə 2000 manat pulun verilməsini onun iş yoldaşı olan şahid ifadəsindən başqa təsdiq edəcək heç bir mötəbər sübut möcdur deyildir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 07 may 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı 12 aprel 2021-ci il tarixdə DİN-nin “102” xidmətinə verdiyi məlumatda, habelə 13 aprel 2021-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinə ünvanlandırdığı ərizədə 2021-ci ilin mart ayında ümumilikdə 2000 manat məbləğində pul vəsaitini ilkin ödəniş kimi Cavabdeh “Renault Megane” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması ilə bağlı verdiyini, sonuncunun isə avtomobili avtomobili satdıqdan sonra təmir etdirmək adı ilə ondan geri alması və bir daha qaytarmamasını göstərmiş, müvafiq tədbir görülməsini xahiş etmiş, aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh sözügedən avtomobillə bağlı İddiaçı 1100 manat pul aldığını etiraf etmişdir. Hazırki halda iddiaçı tərəfindən cavabdehə 2000 manat məbləğində pulun verilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən və cavabdeh istintaq orqanında verdiyi izahatında iddiaçıcan 1100 manat pul aldığını etiraf etdiyindən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin 16 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. 1100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 16 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4769/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4769/2021
02.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver