Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4783/2022 23.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Novruzov Namı̇ q Bayram oğlu, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat ofisinin notariusu X14 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat ofisinin notariusu X14 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildə özünə ev almaq məqsədilə rəfiqəsi Şəfiqə Quliyeva ilə bir neçə ünvanlara baxmışdır. Nəhayət Cavabdeh1 rast gəlmiş və onun satdığı evə dair mövcud sənədlərlə maraqlandıqda, Cavabdeh1 ona torpağa dair bələdiyyə qərarının olduğunu bildirdi. İddiaçı cavabdehin makler kimi fəaliyyət göstərdiyini sonradan bilmişdir. xx.xx.2018-ci il tarixdə tərəflər arasında olan razılaşmaya əsasən, cavabdehin iddiaçıya göstərdiyi fərdi yaşayış evini iddiaçı 28500 manat ödəməklə almışdır. İddiaçı 28500 manat pulu cavabdehə notariusda vermişdir. Cavabdeh də notariat qaydasında təsdiq edilmiş razılıq məktubunu iddiaçıya vermişdir. Cavabdeh bələdiyyə qərarını da iddiaçıya təqdim edəcəyini demişdir. Tərəflər arasında kreditor-borclu münasibəti olmamışdır. İddiaçı evi aldıqdan sonra evi təmir etmiş, içərisini zəruri avadanlıqla təmin etmişdir. Evi aldıqdan sonra iddiaçı işi ilə əlaqədar bir müddət xaricdə yaşamalı olmuşdur. Qayıdanda isə gördü ki, Namiqdən aldığı evdə Şəlalə Bəşirova adlı qadın yaşayır. O, iddiaçıya bildirdi ki, evi iddiaçının övlad kimi qəbul etmədiyi Pərviz Xanzadədən alıb. Həmin vaxt iddiaçı polisə və məhkəməyə müraciət etmişdir. Məlum olmuşdur ki, Şəlalə ilə Pərviz arasında evin notariat kontorunda formal olaraq podrat müqaviləsi bağlanmış, müqaviləyə görə Pərviz Şəlaləyə ev tikməyi öhdəsinə götürmüş, Şəlalə də Pərvizə 20000 manat nağd, 6000 manatı isə hissə-hissə olmaqla, cəmi 26000 manat ödəməyi öhdəsinə götürmüşdür. Polisdə iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmədə isə iddiaçıya Şəlalənin evdən çıxarılmasını tələb etmək, həmçinin evin alınması üçün verdiyi pulu Şəlalədən və Pərvizdən tələb etmək üçün subyektiv hüququnun olmadığı bildirilmişdir. İddiaçının tələbi üzrə işə polisdə və məhkəmədə baxılarkən o, aldığı evin torpağına dair vəd verdiyi bələdiyyə qərarını Cavabdeh1 tələb etmişdir. Lakin Namiq müxtəlif bəhanələr gətirərək bundan yayınmış və iddiaçını aldadmışdır. İddiaçının Şəlalə və qeyrilərinə qarşı iddiası üzrə işə məhkəmədə baxılarkən iddiaçı Cavabdeh1 xahiş etmişdir ki, heç olmasa gəlib məhkəmədə həqiqəti desin ki, podrat müqaviləsi saxtadır, o, evi hazır vəziyyətdə almış, lakin Cavabdeh1 məhkəməyə gəlməkdən də yayınmışdır. İddiaçı sonradan bilmişdir ki, Namiq də Şəlalənin işinə kömək edən digər maklerlərlə əlbir imiş. İddiaçının olmadığından istifadə edib iddiaçı ilə ədavətdə olan, harada yaşadığını bilmədiyi iddiaçının oğlu Pərvizlə Şəlalə arasında formal müqavələ bağlayıb, iddiaçıya zərər vurulmasına müvəffəq olmuşlar. Beləliklə, Cavabdeh1 28500 manata aldığı fərdi yaşayış evinə dair iddiaçıya vəd verdiyi sənədi bələdiyyə qərarını təqdim etmədiyindən məhkəmə iddiaçının evə dair subyektiv hüququnun olmadığı qənaətinə gəlmişdir. Məhkəmə iddiaçıya izah etmişdir ki, Şəlalənin də evə mülkiyyət hüququ olmasa da, ondan evi tələb edənin gərəkdir ki, evə dair səlahiyyəti, hüquqi ixtiyarı olsun. Şəlalədən və qeyrilərindən pul tələbinə gəlincə məhkəmə izah etmişdir ki, evi alarkən, yaxud başqa səbəblə məhz həmin şəxslərə tərəfindən pul verilmədiyi üçün iddiaçının tələbi təmin edilə bilməz. Pulu kimə vermisənsə ondan tələb etməyə ixtiyarın var. Ona görə də iddiaçı hazırda bilavasitə Cavabdeh1 verdiyi 28500 manat pulu özünə qaytarmağı məhz ondan tələb edir. Çünki, Cavabdeh1 pulumu ələ keçirmək üçün iddiaçını elə əvvəlcədən aldatmışdır. Əvvəla onun sözü gedən evi satmaq səlahiyyəti olmamış, həmçinin evin torpağına dair vəd verdiyi sənədi də verməmişdir. Əgər əvvəlcədən iddiaçını aldatmayıb desəydi ki, satdığı evin torpağının sənədi yoxdur, yaxud verməyəcəkdir, o zaman iddiaçı həmin evi heç almazdı və 28500 manat pulunu ona verməzdi. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə polzmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İndiki halda cavabdeh faktiki istifadəsində olmuş fərdi yaşayış evinə dair bələdiyyə qərarının olduğunu deyərək, satmaq səlahiyyəti olmadığı halda iddiaçını aldatmış və 28500 manat pulunu ələ keçirmişdir. Cavabdeh pulumu qaytarmaqla yanaşı, qanunsuz saxladığı üçün əsas məbləğdən əlavə faizlər də ödəməlidir. Cavabdeh Mülki Məcəlləsinin 449.1-ci maddəsilə əlavə məsuliyyət daşıyır. Həmin normaya görə, özgəsinin əmlakını qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Əmlak məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bundan başqa, cavabdeh iddiaçıya vurduğu mənəvi zərərin də əvəzini ödəməlidir. Eyni zamanda iddiaçı cavabdehdən evi alarkən cavabdehin adından tərtib edilmiş ərizə, həmçinin iddiaçının aldığı ev satılarkən tərtib edilmiş saxta podrat müqaviləsi eyni notariat ofisində tərtib edilmişdir. İddiaçının iki dəfə zərər çəkməyində əlbətdə ki, notarius da ən azı maddi məsuliyyət daşıyır. Çünki, həm iddiaçının aldığı evin “sənədləşməsi”, həm də aldığı evin Şəlalə Bəşirovanın adına “sənədləşdirilərkən” eyni notarius tərəfindən kobud qanun pozulması ilə icra edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə, notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o Azərbaycan Respublikası qanunvericiliyində nəzərlə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. Həmin Qərarın 45-ci maddəsinin İİ abzasına əsasən, notariuslar təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. İddiaçı notariat ofisinin notariusunun ona vurduğu zərəri Cavabdeh1 tələb etdiyi 28550 manatın 3 il 6 ay müddətində illik 5% olan 4987,50 manatın müəyyən hissəsi olaraq 2.000 manat həddində qiymətləndirir. Qeyd olunanlara əsasən iddiaçı ödədiyi 28500 manatın, 3 il 6 ay qanunsuz istifadəyə görə illik 5% olmaqla 4987,50 manatın, mənəvi zərərə görə 2000 manatın və cəmi 35.487,5 manat pulun Cavabdeh1, zərər əvəzi kimi 2000 manat pulun cavabdeh 43 saylı Notariat ofisinin notariusu X3 və ödədiyi dövlət rüsumu - 120+83 manatın cavabdehlərdən müştərək qaydada tutulması haqqında qətnamə; eyni zamanda Cavabdeh1 əməlində dələduzluq cinayətinin, notarius X10 əməlində isə korrupsiya cinayətlərinin elementləri olduğundan iş üzrə xüsusi qərardad çıxarılmaqla, aidiyyəti üzrə prorurorluga göndərilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə cavabdehin iddiaya etirazı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh mübaisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 4-cü Korpus ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evinin 2017-ci ildə öz vəsaiti hesabına inşa etdirmişdir. Ev yaşayış üçün tam yararlı olmuşdur. 2018-ci ildə iddiaçı cavabdehin inşa etdiyi həmin fərdi yaşayış evini özü üçün almaq istədi, bununla bağlı vasitəçi vasitəsilə cavabdehlə əlaqə saxladı və cavabdeh notarial qaydada razılıq ərizəsi verərək həmin fərdi yaşayış evinin İddiaçı adına keçirilməsinə etiraz etmədi. Evin inşasına dair çəkilmiş xərcin qarşılığı olaraq İddiaçı 28500 manat məbləğində pul verdi, budan sonra iddiaçı həmin evə köçərək ailəsi ilə birlikdə həmin evdə yaşadılar. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(001)-5845/2021 saylı, qətnaməsindən göründüyü kimi, iddaiçı öz izahatında qeyd etmişdir ki, o, Bakı səhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 4-cü korpus ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı tam təmirli fərdi yaşayış evinə ailəsi ilə birlikdə köçmüş və orada yaşamışdır. Evin kommunal xidmətləri onun adına olmuşdur. Həmçinin iddiaçı evin onun oğlu X18 tərəfindən onun xəbəri olmadan başqa şəxslərə satıldığını öz izahatında göstərmişdir. Həmin qətnamə ilə müyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 4-cü Korpus ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evinin iddiaçının istifadə və sahibliyinə verilməsi ilə bağlı tərəflər öz aralarında razılığa gəlmişlər, iddiaçı həmin evə kömüş, kommunal xidmətlərin öz adına olmasını təmin etmiş və həmin evdə yaşamışdır. Mübahisə predmeti olan fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədi olmasa da, həmin evə cavabdehin qözlənti hüququ yaranmışdır. Həmin hüququn notarial qaydada ərizə verməklə iddiaçıya keçməsinə etiraz etməmişdir. Tərəflər arasında olan razılaşma cavabdeh tərəfindən tam icra olunmuşdur. “X27rşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "əmlak hüquqları" və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. "Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Cavabdehin mülkiyyət hüququ əldə etmək barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün, onun bu marağı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir və buna görə mövcud mübahisəyə mülkiyyət hüququna dair normalar tətbiq olunmalıdır. Eyni zamanda iddiaçı cavabdehin onu aldadaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirməməyinə dair faktiki olaraq məkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmçinin cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı 4 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının iddiasının əsası ödədiyi pulun geri alınması ilə bağlıdır. Belə olduğu halda, iddia müddəti ötürülmüş və iddia müddəti tətbiq edilərək iddia ərizəsi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin tam həcmdə təmin edilməsini, eyni zamanda iş üzrə xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Novruzov Namı̇ q Bayram oğlunun nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri 43 saylı Notariat Ofisinin notariusu X19 məhkəməyə ərizə ilə müraciət edərək, işlərinin çoxluğunu nəzərə alaraq, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və mövcudluğu nə iddiaçı, nə də ki, cavabdeh tərəfindən mübahisələndirilməyən 43 saylı notariat kontorunun xüsusi notariusu X19 tərəfindən təsdiq olunmuş xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, həmin ərizə ilə Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Mədən – 1, Korpus – 4 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı tam təmirli 28500 manat dəyərində olan fərdi yaşayış evinin İddiaçı adına keçməsinə etirazı olmadığını bildirmişdir. İş materiallarında olan həmin (43 saylı) notariat ofisində həmin xüsusi notarius (X20) tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli Podrat Müqaviləsindən görünür ki, həmin müqavilə ilə X18 Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən – 1, korpus 4 ünvanında yerləşən tikinti sahəsi 75 kv.m. təşkil edən, 3.00 metr tavan hündürlüyü, 5.40 metr hündürlüyü, 2 daş kürsüdə olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, X21 isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində məhkəməyə bildirdi ki, Cavabdeh1 özü üçün fərdi yaşayış evi tikmiş və pula ehtiyacı olduğu üçün həmin evi satdığı barədə ona məlumat vermişdir. O, həmin müddətdə “makler” kimi fəaliyyət göstərirdi. Bununla yanaşı evin tikintisində də iştirak etmişdir. Evin sənədlərinin qaydasında olub-olmaması ilə maraqlanmayıb, lakin bilir ki, Binəqədidə bütün evlər sənədsiz alınıb-satılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində məhkəməyə bildirdi ki, Cavabdeh1 evi özü üçün tikdirmişdir. Lakin sonradan satmaq fikrinə gəldi. O, həmin müddətdə “makler” kimi fəaliyyət göstərirdir. Namiq ona dedi ki, evi satmaq istəyir. Sonradan evi İddiaçı satdı. O, hətta İddiaçı həmin evə yerləşməsinə də köməklik göstərmişdir. Ev dəyərindən aşağı qiymətə satılmışdır. Həmin vaxt evin təxmini dəyəri 40.000 manat idi. Evi satan zaman Namiq notariusda razılıq ərizəsi vermişdir. Binəqədi rayonunda bütün evlərin sənədləri bu formadadır, və bütün evlərdə belə satılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində məhkəməyə bildirdi ki, mübahisəli ev satılan zaman “makler” kimi fəaliyyət göstərirdi. Namiq ona evini satmaq istədiyini bildirdi, o da bir müddət sonra həmin evə müştəri aparmışdır. Lakin, yerində gördü ki, evdə artıq yaşayış var, ev satılıb. Evdə hal-hazırda məhkəmə zalında olan xanımı görmüşdür. Namiq həmin evi özü üçün tikdirmişdir. Pula ehtiyacı olduğu üçün satırdı. İş materiallarında olan qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5845/2021 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.2018-ci il tarixdə Binəqədi rayonu ünvan 9ədən 4-cü korpus ünvanında yerləşən bir mərtəbəli 3 otaqlı tam təmirli fərdi yaşayış evini əvvəlki sahibi Cavabdeh1 faktiki alqı-satqı yolu ilə 28500 manata almış, 43 saylı notariat kontorunda Cavabdeh1 ərizə verərək evini ona satdığını təsdiq etmişdir. Onun adına xx.xx.2018-ci il tarixdə SSS-Tikililərin Eskiz Layihəsi MMC tərəfindən Binəqədi rayonu ünvan 9ədən 4-cü korpus ünvanında yerləşən bir mərtəbəli 3 otaqlı tam təmirli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair qiymətləndirmənin nəticələri haqqında rəy tərtib edilmişdir. Alqısatqıdan sonra o, həmin evdə qızı ilə birlikdə yaşamışdır. Müəyyən vaxtdan sonra o, işi ilə bağlı xaricə getməli olmuş, pandemiya səbəbindən xeyli vaxt ölkəyə qayıda bilməmiş, yalnız telefon əlaqəsi saxlaya bilmişdir. Xaricdə olduğu vaxt qızı X9 ona zəng vuraraq aldığı evdə başqa insanın yaşadığını demişdir. 2020-ci ildə o, Bakı şəhərinə qayıtmış, polisə şikayət etsə də, bir nəticəsi olmamışdır. Məhkəməyə müraciət etsə də, ona pulunu tələb etmək hüququnun olması bildirilmişdir. Bu vaxt ərzində cavabdeh Ş.S.Bəşirova qanunsuz olaraq həmin evə qeydiyyata düşmüşdür. Ona görə də evin alınmasına verdiyi pulu cavabdehlərdən tələb etmək qərarına gəlmişdir. Belə ki, oğlu X18 onun xaricdə olmasından istifadə edib Əmlak F MMC-nin direktoru X5 və X22 ilə əlbir olub onun aldığı fərdi yaşayış evinə qiymətləndirmə cədvəli hazırlayıb X1. O, polisə müraciət edən zaman Əmlak F MMC-nin direktoru X5 guya aldadıldığını və X11 ona yalan danışdığını bildiyindən tələm-tələsik Əmlak F MMC tərəfindən hazırlanmış qiymətləndirmə cədvəlinin etibarsızlğına dair akt tərtib edərək həmin sənədi xx.xx.2019-cu il tarixdən qüvvədən düşmüş hesab etmişdir. Cavabdehlər bir-birilərini yaxşı tanıdıqlarından onun evini bazar qiymətindən çox asağı qiymətə faktiki alqı-satqı edərək etibarsız podrat müqaviləsi bağlamışlar. Evin kommunal xidmətləri onun adına olmuş, oğlu Pərvizin adına keçməsindən məlumatı olmamışdır. ... Məhkəmə iclasında cavabdeh X12 vəkili və nümayəndəsi X6 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, X22 özünə ev almaq qərarına gəlmiş, ev axtarmış, öz evini satan X18 ilə tanış olmuşdur. P.S.Xanzadənin satdığı ev özbaşına tikili olduğunan, heç bir sənədi olmadığından tərəflər arasında podrat müqaviləsi bağlanmışdır. Şəlalə ilkin olaraq Pərvizə 20000 manat ödəmiş, qalan 6000 manatı hər ay 500 manat olmaqla hissəhissə öməmişdir. Pulu tam alması barədə Pərviz Şəlaləyə məxsus müqavilənin surətində qeyd etmişdir. Pərviz evi əşyalarsız, boş vəziyyətdə Şəlaləyə təhvil verilmişdir. Şəlalə evə baxmağa gələndə həmin evdə X11 yaşadığını, evin onun istifadə və sahibliyində olduğunu görmüşdür. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. ... Cavabdeh X17 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh X18 məhkəmə iclasında iştirak etməmişdir. ... X18 ilə X21 arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsindən müəyyən olunur ki, P.S.Xanzadə öz materiallarından istifadə etməklə Bakı şəhəri Binəqədi qəsəbəsi mədən 1, korpus 4 ünvanında yerləşən tikinti sahəsi 75 m2 təşkil edən 3 metr tavan hündürlüyü, 5,4 metr hündürlüyü 2 daş kürsüdə olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, Ş.S.Muradova isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Podrat müqaviləsinin 2.1-ci bəndindən müəyyən olunur ki, hazırkı müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 26000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 20000 manatını müqavilə bağlandığı gün nağd şəkildə ödəyir, 6000 manatını isə 12 ay müddətində hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4614/2020 saylı qərardadından müəyyən olunur ki, İddiaçı cavabdehlər X17 və X16 qarşı podrat müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanmışdır. Qərardaddan daha sonra müəyyən olunur ki, məhkəmə iclasında cavabdeh X18 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı onun anasıdır və onun tərəfində mübahisələndirilən fərdi yaşayış evi iddiaçıya deyil, ona məxsus olmuşdur. O, da cavabdeh Bəşirova (Muradova) Şəlalə Sabir qızı ilə aralarında əldə edilmiş razılığa əsasən həmin evi 26000 manat məbləğində pul müqabilində Bəşirova (Muradova) Şəlalə Sabir qızına təhvil vermiş, özü isə ailəsi ilə birlikdə həmin evi tərk etmişdir. İddiaçı həmin evdə heç vaxt yaşamamış, həmin evdə o, ailəsi ilə birlikdə yaşamış, ev onun istifadə və sahibliyində olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1003/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı X12 cavabdeh İddiaçı qarşı dəymiş ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair ilkin, İddiaçı cavabdeh X16 qarşı podrat müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2784/2021 saylı qərardadından müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı 3-cü şəxs Bəşirova (Muradova) Şəlalə Sabir qızı işə cəlb edilməklə cavabdehin imtinasının qanunsuz hesab edilərək, Bəşirova (Muradova) Şəlalə Sabir qızının ünvan 7 ünvanına yaşayış yeri üzrə pasport qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinədair iddia ərizəsi mümkün sayılmamışdır. X13 Binəqədi RPİ-nin 4-cü PŞ-nə ünvanladığı xx.xx.2019- cu il tarixli ərizəsindən müəyyən olunur ki, Ş.S.Muradova xx.xx.2019-cu il tarixdə qeyd olunan ünvandakı mənzili X7 alaraq xx.xx.2019-cu il tarixdə həmin ünvana köşmüş, lakin aldığı evin darvazası Pərvizin bacısı tərəfindən sındırıldığından bu barədə tədbir görülməsini xahiş edir. X11 Binəqədi RPİ-nin 4-cü PŞ-nə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, o, ünvan 9ədən, 4-cü korpusda olan özünə məxsus olan fərdi evini xx.xx.2019-cu il tarixdə notariat qaydasında Şəlalə Muradova adlı qadına satmış, bu barədə məlumat alan Zeynab Qululu narazılığını bildirmişdir. Anasının narazılığı əsassızdır, odur ki, qanuni tədbir görülməsini xahiş edir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsaəsn, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 2018-ci il tarixdə Cavabdeh1 tərəfindən inşa etdirilmiş fərdi yaşayış evini 28500 manat ödəməklə almış, Cavabdeh1 43 saylı Notariat kontorunda həmin fərdi yaşayış evinin İddiaçı adına keçməsinə etirazının olmamasına dair razılıq ərizəsini vermiş, İddiaçı ailəsi ilə birlikdə həmin evə köçmüş, evin kommunal xidmətləri onun adına keçirilmiş, sonradan İddiaçı ölkə hüdudlarından kənarda olduğu müddətdə oğlu Pərviz Xanzadə ondan xəbərsiz həmin evi X2, iddiaçı evini və ya pulunu X18 və X8 geri ala bilmədiyinə görə, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. ... Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. ... əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. ... Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. ... Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. ... Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər”. Göründüyü kimi hazırda iddiaçı cavabdehlə bağladığı əhəmiyyətsiz əqd əsasında ödədiyi pul məbləğini tələb edir, yəni hazırkı tələb əvəzedilən əşya ilə bağlı olmaqla, tələb bir il ərzində sürülə bilərdi. İddiaçının hazırkı iddia ərizəsi ilə birinci dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etdiyi tarix (xx.xx.2021-ci il) nəzərə alınsa belə, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, əhəmiyyətsiz əqdin icrasına xx.xx.2018-ci il tarixdə başlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, "iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir". İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə tərəflər arasındakı əhəmiyyətsiz əqdin xx.xx.2018-ci il tarixdə bağlanmasını, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsini, eyni zamanda mülki işin materiallarını və qətnamənin əsaslandırıcı hissəsində qeyd olunanları nəzərə alaraq, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat ofisinin notariusu X14 qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat ofisinin notariusu X14 qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4783/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4783/2022
23.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver