Məhkəmə qərarları › İş №2(001)-4787/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4787/2025

25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4787/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh Abbasov Namikə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Rahmatullah Hamed iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsizliyi nəticəsində pozulmuş hüququmun bərpa etmək məqsədilə (faktiki olaraq əmlakından məhrum olunmuşdur) ona dəymiş ziyanın-10000 manat məbləğində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü ildə namik adlı şəxsdən Daevoo Vinstorm minik avtomobili almışdır, 32 saylı notariusda həmin maşının tam ödənişini dostu Rahimin vasitəsilə 17250 azn ödəyib maşını 1 illik etibarnamə əsasında təhvil almışdır. 1.04.2025-ci ildə X1 maşını adına keçirtmək istəyərkən, texniki baxış zamanı maşının mühərrik nömrəsinin olmaması müəyyən edildi. Araşdırma nəticəsində məlum oldu ki, Koreyadan gətirəndə ekspert rəyi alınmamış, DYP tərəfindən Namikə ekspert rəyi olmadan maşını satmaq qadağan edilmişdir. Hazırda Namik etibarnaməni ləğv elətdirib, onunla əlaqə saxlayanda isə hədə qorxu gəlir və ondan ödəniş tələb edir. Maşın aldığı şəxs avtomobil satışı ilə məşğul olur, 3 aya yaxındıdr ki, avtomobilindən etibarnamə olmadığına görə istifadə edə bilmir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, cavabdehə qarşı yönəltdiyi, əldə etməyə çalışdığı hüquqi nəticə baxımından iddiaçının tələbi qeyri-müəyyəndir. Nə iddia ərizəsinin əsaslandırılmasından, nə də əlavə edilmiş sənədlərdən mübahisəli hüquq münasibətinin nədən ibarət olması, iddiaçının avtomobilə görə ödədiyi məbləği və ya avtomobildən istifadə edə bilmədiyinə görə ona dəymiş zərəri tələb etməsi müəyyən edilmir. Bundan əlavə iddiaçı iddianın məbləğinə mütənasib olaraq dövlət rüsumunu az ödəmişdir. Odur ki, aşağıda göstərilən normalara əsasən iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya nöqsanları aradan qaldırmaqla məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Abbasov Namikə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar