Məhkəmə qərarları › İş №2(001)-4815/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4815/2024

29.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4815/2024 29.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 katibliyi, cavabdehin nümayəndəsi (direktor) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli 326417 saylı girov bileti üzrə 1 ədəd halqa üzük 2,1 1 qram 750 əyar, üzük sırğa komplekt brilyant 16 qram 750 əyar, boyunbağı qolbaq dəstı 17,73 qram 750 əyar, halqa üzük 6,23 qaram 585 əyar cəmi 41,94 qram qızıl-zinət əşyalarını, xx.xx.2022-ci il tarixli 326684 saylı girov bileti üzrə faktiki olaraq tək üzük 6 qram 585 əyar, halqa üzük 6 qram 585 əyar, üzük, sırğa-dəst 27.33 qram 750 ayar cəmi 33.33 qram ümumilikdə 75,27 qram qızılların ona qaytarılması, həmçinin dövlət rüsumu kimi ödədiyi 110 (yüz on) manatın cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “KƏRİM.K.M" MMC ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli 326417 saylı girov bileti üzrə üzük dəsti 17,3 qram 750 əyar, dəst + üzük 23,5 qram 585 əyar, cəmi 40,8 qram, faktiki olaraq 1 ədəd halqa üzük 2,11 qram 750 əyar, üzük sırqa komplekt brilyant 16 qram 750 əyar, boyunbağı qolbaq dəsti 17,73 qram 750 əyar, halqa üzük 6,23 qram - 0,13 qram brlilyant qaşı - 6,10 qram qaşsız 585 əyar cəmi 41,94 qram qızıl qoyularaq 7 faiz olmaqla hər ayda 157.50 ödəməklə 2250 (iki min iki yüz əlli) manat məbləğində pul götürmüşdür. xx.xx.2022-ci il tarixli 326684 saylı girov bileti üzrə 1 ədəd 4,4 qram 583 əyar, üzük sırğa dəsti 26,2 qram cəmi, 30.6 qram, faktiki olaraq tək üzük 6 qram 585 əyar, halqa üzük 6 qram 585 əyar, üzük, sırğa-dəst 27.33 qram 750 əyar cəmi 33,33 qram qızıl zinət əşyaları qoyaraq 7 faiz olmaqla hər ay 122,50 ödəmək şərti ilə 1750 (bir min yeddi yüz əlli) manat məbləğində pul götürmüşdür. Qeyd edir ki, 2017-ci ildən lombard olan "xxxx" MMC-nin müştəri sidir. Dələlərlə 7-8-9 faiz olmaqla qəzıl-zinət əşyaları qoyub pul götürmüş və sonra tam ödəmişdir. Hətta karona dövründə belə lombardın bütün aylıq ödənişlərini vaxtında ödəmişdir. xx.xx.2024-cü il tarixində lombardın yuxarıda qeyd olunan iş yerinə getmiş və oranın sahibi Manaf müəllimə nə qədər borcu oiduğnu soruşduqda, o, qızılların satıldığını bildirdi. Bununla bağlı öz etirazını bildirərək qızıllar satıldığı təqdirdə vətəndaşın özünə təklif olunmasını bildirdi. Manaf müəllim qeyd etdi ki, bununla bağlı heç kimə xəbərdarlıq və zəng etmədən qızılları satdığını bildirdi. Bununla bağlı şikayət olarsa tez öz aralarında aktlaşdırıb satılmış kimi qızıl zinyət əşyalarının qırağa qoyulduğunu bildirdidi. Ondan qızilzinət əşyalarını tələb etdikdə Manaf müəllim sabah gələrsən taparam demişdir. Sabahı gün xx.xx.2022-ci il tarixli 326684 saylı girov bileti üzrə girov biletindəki üzük sırğa komplektini gətirdi və anasının yadigarı olan halqa üzüyünün satıldığını, xx.xx.2021-ci il tarixli 326417 saylı girov biletindəki 40,8 qram qızılını isə banka qoyub 8000 (səkkiz min) manat götürdüyünü bildirdi. Bundan sonra 326684 saylı girov biletindəki 33,33 qram olan üzük sırğa brilyant komplektinə 5000 (beş min) manat gətir verim, o biri qızılları bankdan alaraq gətirək, sonra ödədiklərindən əlavə 4000 manat götürdüyünə qarşı 10,960 (on min doqquz yüz altmış) manat xx.xx.2024-cü ilə qədər ödəməyi bildirdi. Ödəniş olunmadığı təqdirdə qızıl zinət əşyalarının satılacağını bildirdi. Hesab edir ki, məhkəmə tərəfindən cavabdehlə onun arasında bağlanmış eləcə də müqavilələrin təminatı kimi girov qoyulmuş xx.xx.2021 -ci il tarixli 326417 1 ədəd halqa üzük 2.1 1 qram 750 əyar, üzük sırqa komplekt brilyant 16 qram 750 əyar, boyunbağı qolbaq dəsti 17,73 qram 750 əyar, halqa üzük 6,23 qaram -0,13 qram brilyant qaşlı - 6,10 qram qaşsız 585 əyar çəmi 41,94 qram qızıl-zinət əşyalarını xx.xx.2022-ci il tarixli 326684 saylı girov bileti üzrə faktiki olaraq tək üzük 6 qram 585 əyar, halqa üzük 6 qram 585 əyar, üzük, sırğa-dəst 27,33 qram 750 əyar cəmi 33,33 qram qızılların qaytarılması həmçinin dövlət rüsumu kimi ödədiyim 100 manatın cavabdehdən alınaraq onun xeyrimə tutulması barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin 07 və 21 avqust 2024-cü il tarixli iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 10 ilə yaxındır, lombarddan pul götürüb ödəmişdir. Son zamanlar isə ödəyə bilməmişdir. Qızıl qoymuş, 1750 və 2250 manatlıq pul götürmüşdür. İndi isə ondan 11874 manat pul tələb olunur. O, həmçinin bildirmişdir ki, O, lombarddan pulu götürüb başqa şəxsə vermiş, həmin şəxs isə ödəniş etməmişdir. İddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, iddia qismən təmin olunmuşdur. Daha sonra Apellyasiya Məhkəməsinə şikayətlə müraciət etmiş və onun şikayəti qismən təmin olunmuşdur. Həmin şəxs ona pulu qaytarmalıdır. O, 2250 manat və 1750 manat məbləğlərində pul götürmüş lakin ödəməmişdir. Hazırda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin o, səhhəti ilə əlaqədar ərizəsinə heç bir sübut əlavə etmədiyindən, məhkəmə iddiaçının ərizəsini üzrlü hesab etməmiş və iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (direktor) Nümayəndə iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, girov bileti müqaviləni əvəz edir. Girov bileti də 1 aylıq nəzərdə tutulur. Əlavə olaraq 1 ay müddətində gözlənilir. 3 ilə yaxındır, ödəniş olunmayıb. İddiaçıya mesaj yazılıb ki, əgər ödəniş olmasa, qızıl-zinət əşyaları satılacaq. İddiaçının götürdüyü pul məbləği ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində mülki iş olmuşdur, iddiaçı pulu götürüb başqa şəxsə vermişdir və həmin şəxs ona pulu qaytarmamışdır. Bu səbəbdən ödənişlər etmirdi, yekun məhkəmə aktının çıxarılmasını gözləyirdi, lakin yekun qərar artıq çıxarılmış iddiaçı isə ödənişləri bərpa etməmişdir. Yalnız bir dəfə 19 yanvar 2022-ci ildə ödəniş edib. O, həmçinin bildirmişdir ki, lombard 1 aylıq müqavilə (girov bileti) ilə pul verir. Cavabdeh elə bilir ki, qızılı qoyur biz saxlamalıyıq və o, istədiyi vaxtı ödəniş etməsə də gəlib götürə bilər. Demişik qızılları istəyirsə, pulunu verib götürsün. 3 ildir ki, ödəniş etmir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: 326417 saylı xx.xx.2021-ci il tarixli girov biletindən görünür ki, İddiaçı 2407 manat dəyəri olan 17,3 qram üzük dəsti və 23,5 qram, 585 əyyar olan qızıl üzük girov qoyaraq 2250 manat pul almışdır. 326684 saylı xx.xx.2022-ci il tarixli girov biletindən görünür ki, İddiaçı 1872 manat dəyəri olan 4,4 qram, 583 əyarlı üzüyü və 26,2 qram, 750 əyarlı sırğanı girov qoyaraq 1750 manat pul almışdır. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021 və xx.xx.2022-ci il tarixli girovverən müqaviləsi (girov bileti) bağlanmış və həmin müqavilədə İddiaçı 326417 və 326684 saylı girov biletləri ilə lombarda qoyduğu girov əşyalarının qarşılığında götürdüyü ssudanın faizini 2(iki) ay müddətində ardıcıl olaraq ödəmədiyi halda lombard tərəfindən ona xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-473/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı “pul" tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 8.000 manat əsas borc və dövlət rüsumu olaraq ödədiyi 100 manat, cəmi 8.100 manat pul tutulub ona ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(008)-1894/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X2 510 (beş yüz on) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumuun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat məbləğində olan ekspertiza xərcinin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş və məhkəmənin qeyd edilən qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(008)-1894/2023 saylı qətnaməsi cavabdehdən tutulmalı olan borc və dövlət rüsumunun məbləğləri ilə bağlı hissələrdə dəyişdirilməsi, borc 2100 (iki min yüz) manat, dövlət rüsumunun əvəzi 26 (iyirmi altı) manat məbləğində müəyyən edilməsi, qətnamə ekspertiza xərcinin tutulması hissəsində dəyişdirilərək, aparılmış ekspertiza tədqiqatlannın dəyəri olan 180 (yüz səksən) manatın 47 (qırx yeddi) manatı cavabdeh X2, 133 (vüz otuz üç) manatı İddiaçı tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməsi və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmçinin həmin qətnamədə qeyd edilmişdir ki, iddiaçının Cavabdeh MMC-nə girova qoymuş olduğu qızıla görə və başqa şəxslərdən aldığı pulları cavabdehə borc olaraq verməsi, cavabdehin təqsiri ucbatından qızıllarının satılması və buna görə də, borcdan əlavə pulları cavabdehdən tələb etməsi ilə bağlı dəlilini əsassı hesab edərək, məhkəmənin bununla bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehin təkidi ilə kənar şəxslərdən borc pul götürməsi, cavabdehin təqsiri ucbatından qızıllarını satması ilə bağlı qeyd edilən halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 276.1. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Maddə 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Maddə 302.3. Saxlanca qoyulan əşyalar lombarda verilir. Maddə 302.4. Lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Maddə 302.5. Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Maddə 302.6. Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. Maddə 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Maddə 302.8. Lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Maddə 302.8-1. Lombard cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir. Maddə 302.9. Əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 427.3. əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442.1. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz halı ondan ibarətdir ki, şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə iddiaçı qızıl-zinət əşyalarını girov qoyaraq ümumilikdə 4157 manat məbləğində pul götürmüş, buna dair cavabdeh tərəfindən 326417 saylı xx.xx.2021-ci il tarixli və 326684 saylı xx.xx.2022-ci il tarixli girov biletləri verilmişdir. İddiaçı lombarddan pulu götürüb başqa şəxsə verdiyini, həmin şəxs tərəfindən isə ödəniş edilmədiyinə, habelə götürdüyü pullara dair faizlərin həddindən artıq çox olduğuna əsaslanaraq hazırkı iddia ilə çıxış edir. Aşağıdakılara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 326417 saylı xx.xx.2021-ci il tarixli girov biletinə əsasən İddiaçı ümumi dəyəri 2407 manat olan 17,3 qram üzük dəsti və 23,5 qram, 585 əyyar olan qızıl üzük girov qoyaraq 2250 manat, 326684 saylı xx.xx.2022-ci il tarixli girov biletinə əsasən isə ümumi dəyəri 1872 manat olan 4,4 qram, 583 əyarlı üzüyü və 26,2 qram, 750 əyarlı sırğanı girov qoyaraq 1750 manat məbləğində Cavabdeh MMC-dən pul götürmüşdür. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021 və xx.xx.2022-ci il tarixli girovverən müqaviləsi (girov bileti) bağlanmış və həmin müqavilədə İddiaçı 326417 və 326684 saylı girov biletləri ilə lombarda qoyduğu girov əşyalarının qarşılığında götürdüyü ssudanın (pulun) faizini 2 (iki) ay müddətində ardıcıl olaraq ödəmədiyi halda lombard tərəfindən ona xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etməmişdir. Lakin lombard girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə iddiaçı tərəfindən qaytarılmadığından lombard həmin əşyaları satmışdır. Bu fakt məhkəmə araşdırması zamanı hər iki tərəflərin göstərdiyi dəlillərlə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, İddiaçı Elfəddin qızı qeyd edilən müqaviləyə əsasən cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyindən hazırkı tələblə çixiş etməsi üçün qanuni əsas yoxdur. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mılki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyindən, eləcə də girovverən müqaviləsində 2 (iki) ay müddətində ardıcıl olaraq ödəmədiyi halda lombard tərəfindən ona xəbərdarlıq edilmədən qızıllarının satışa çıxarılmasına etiraz etmədiyindən, Cavabdeh MMC-nin girov biletində qeyd edilən qızıl-zinət əşyalarını satmağa tam hüququ yaranmışdır. Odur ki, iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 326417 saylı girov bileti üzrə 1 ədəd halqa üzük 2,1 1 qram 750 əyar, üzük sırğa komplekt brilyant 16 qram 750 əyar, boyunbağı qolbaq dəstı 17,73 qram 750 əyar, halqa üzük 6,23 qaram 585 əyar cəmi 41,94 qram qızıl-zinət əşyalarını, xx.xx.2022ci il tarixli 326684 saylı girov bileti üzrə faktiki olaraq tək üzük 6 qram 585 əyar, halqa üzük 6 qram 585 əyar, üzük, sırğa-dəst 27.33 qram 750 ayar cəmi 33.33 qram ümumilikdə 75,27 qram qızılların ona qaytarılması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar