Məhkəmə qərarları › İş №2(001)-4827/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4827/2024

29.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4827/2024 29.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X8 katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil1 Soltan oğlunun, üçüncü şəxs X27 və onun vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh ünvan 3 Notariat Ofisinin xüsusi notariusu X23 qarşı, X27 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları İddiaçı cavabdeh ünvan 3 Notariat Ofisinin xüsusi notariusu X23 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərə görə 60000 (altmış min) manat, mənəvi zərərə görə 20000 (iyirmi min) manat, ümumilikdə 80000 (səksən min) manat pul vəsaitinin cavabdeh- xüsusi notarius X12 tutularaq İddiaçı ödənilməsi barədə, həmçinin iddia təmin edilərsə 330 (üç yüz otuz) manat dövlət rüsumunün da cavabdehin üzərinə qoyulması, xx.xx.2021-ci il tarixli “birgə fəaliyyətə dair müqavilə”nin və AR-İİ seriyalı ******* saylı etibarnamənin qanunsuz (etibarsız) hesab edilməsi barədə qətnamə qəbul edilməsi və cavabdeh - xüsusi notarius X15 qanunsuz hərəkətləri barədə xüsusi qərar qəbul edilərək prokurora göndərilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi notarius kimi fəaliyyət göstərən X15 imzası və möhürü ilə ünvan 3 notariat ofisində 22 yanvar 2021-ci il tarixində iddiaçıya qarşı aldatma və etibardan sui-istifadə etmə yolu ilə dələduzluq cinayət əməlləri törətmiş şəxs- X27 ilə iddiaçı arasında qanunvericiliyin tələblərinə uyğun olmayan 3M-80 qeydiyyat nömrəsi ilə əqd (birgə fəaliyyət barədə müqavilə) və AR-İİ seriyalı ******* nömrəli etibarnamə qanunsuz olaraq rəsmiləşdirilmişdir. Eyni zamanda cavabdeh X15 imzası ilə notarial qaydada təsdiq edilən xx.xx.2021-ci il tarixli birgə fəaliyyətə dair müqavilənin və AR-İİ seriyalı ******* saylı etibarnamənin qanunauyğunluğuna şübhə etmədən həmin gün 11 saylı notariat ofisində iddiaçı ona qarşı dələduzluq cinayət əməlləri törədən X16 60000 (altmış min) manat pul vəsaitini nəğd şəkildə ödəmişdir. İddiaçı belə hesab etmişdir ki, əgər xüsusi notarius sənədləri dəqiq yoxlayıb təsdiqləyirsə, bu halda onun maddi ziyana uğramaq ehtimalı aradan qalxır, xüsusi notariusun vicdanına, öz dövlətinə və qanunlarina tam arxayın olmuşdur. Təəssüf ki, onun düşündüyünün əksi baş vermişdir. Belə ki, xüsusi notarius saxta (qanunsuz hazırlanmış) sənədlərdən əsas kimi istifadə etməklə birgə fəaliyyətə dair müqaviləni və etibarnamə rəsmiləşdirmək kimi qanunsuz hərəkətləri ilə iddiaçının 60000 manat maddi ziyana düşməsinə səbəbkar olmuşdur. İddiaçı 60000 manat vurulmuş maddi ziyanin könüllü ödənməsi barədə cavabdehin ünvanına xx.xx.2024-cü il tarixdə məktub göndərmiş, lakin həmin müraciətə cavab verilməmiş, qanunsuz hərəkətlər nəticəsində ididaçıya vurulmuş maddi ziyan ödənilməmişdir. İddiaçının 22 yanvar 2021-ci il tarixdə 11 saylı notariat ofisində dələduzluq cinayət əməli törədən şəxs (X27) tərəfindən aldanaraq 60000 manat maddi ziyana uğramasında cavabdehin səbəbkar olması qənaətinə gəlməyinin əsasları aşağıdakılardır. 22 yanvar 2021-ci il tarixli birgə fəaliyyətə dair müqavilənin 1-ci bəndində göstərilir ki, həmin müqaviləyə əsasən birinci tərəf-X27 ilə ikinci tərəf-İddiaçı razılığa gəlirlər ki, hüquqi şəxs təsis etmədən öz imkanları hesabına ticarət və xitmət sahələri üzrə 5 (beş) il müddətinə birgə fəaliyyət həyata keçirsinlər. Həmin müqavilənin 2-ci bəndində qeyd edilir ki, birgə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar birinci tərəf-X27 AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 00611 saylı Dağ-mədən ayırması Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonu,"Şahqaya” əhəng daşı yatağında (Cənub sahə) yerləşən istifadəsində və sahibliyində olan ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinin 6 ha hissəsini ikinci tərəfə,yəni iddiaçıya təqdim etməyi öhdəsinə götürmüşdür. Çox təəcüblüdür ki, xx.xx.2021-ci il tarixli birgə fəaliyyətə dair müqavilə şərtlərinə nəzər saldıqda açıq-aşkar icarə müqaviləsinin elementləri görünür. Belə ki, müqavilənin 1-ci bəndində absurd olaraq göstərilir ki, ikinci tərəf-İddiaçı bu müqavilə üzrə birgə fəaliyyətin həyata keçirilməsi üçün 5 (beş) il müddətində hər ay 1500 (bir min beş yüz) manat nəğd pul vəsaiti təqdim etməyi öhdəsinə götürür. Birgə fəaliyyətə dair müqavilənin 13-cü və 14cü bəndlərindən isə görünür ki, sahənin saxlanması xərcləri, kommunal xərclər, vergi ödənişləri (14 faiz) ödənilməsi öhdəliklərini də ikinci tərəf-İddiaçı öz üzərinə götürmüşdür. Bütün dünyada birgə fəaliyyətin mahiyyəti bundan ibarətdir ki, adətən birgə fəlaiiyət aparılarkən hər iki tərəf ayrılıqda biznes layihələrə sərmayələr qoymalı, fəaliyyətdən gəlir əldə etməyi,zəruri xərclər həmin gəlirlər hesabına ödənməli və nəticədə əldə edilmiş xalis mənfəəti isə qoyduqları sərmayələrə və ya razılaşdıqları müqavilə şərtlərinə mütənasib bölməlidirlər. Başqa sözlə, birgə fəaliyyət zamanı istehsal sahəsinin saxlanması, kommunal və digər xərclər hər hansı bir tərəfin hesabına deyil, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər hesabına şəriklər tərəfindən ödənilməlidir. Habelə birgə fəaliyyət zamanı tərəflərdən birinin digərinə aylıq haqq ödəməsi öhdəliyi çox absurd görünən bir haldır. Cavabdeh xüsusi notarius X15 rəsmiləşdirdiyi müqaviləni isə analoqu olmayan müqavilələr siyahısına daxil etmək mümkündür. Müqavilənin adı onun məzmununa, şərtlərinə uyğun deyildir. Qeyd etmək vacibdir ki, xx.xx.2021-ci il tarixli birgə fəaliyyətə dair müqavilədə iddiaçının birinci tərəf-X16 60000 manat pul vəsaiti ödəməyi qeyd edilməmişdir. İddiaçı cavabdehə bildirmişdir ki, 60000 manat pul vəsaitini borc müqaviləsi kimi rəsmiləşdirsin, lakin cavabdeh yenidən onu aldatmaqla bildirmişdir ki, ertəsi gün gələrsən notarial ofisə həll edərik. Müqaviləni imzalayarkən iddiaçı bu hallar barədə məlumatsiz olmuşdur. Hüquqi savadsızlığı və hüquqi məlumatsızlığı hallarından və cavabdehin təsdiq etdiyi qanunsuz müqavilə və etibarnamədən istifadə edərək birinci tərəf-X27 qanuni səlahiyyətlərə malik olmadan sənədlər imzalayaraq aldatma və etibardan sui istifadə etmək yolu ilə və işin hallarından,ərizəyə əlavə edilən sənədlərdən mübahisəsiz qaydada göründüyü kimi cavabdeh-xüsusi notariusun köməkliyi ilə iddiaçının 60000 manat pul vəsaitini ələ keçirmişdir, iddiaçının şikayət etdiyi istintaq orqanları cavabdeh-xüsusi notariusun təsdiq etdiyi qanunsuz və məntiqsiz birgə fəaliyyətə dair müqaviləyə istinad edərək, dələduzluq cinayət əməlinə mülki don geyindirmişlər, cinayət işini başlamaqdan imtina etmişlər, buradan aydın olur ki, tərtib edilən birgə fəaliyyətə dair müqavilə və etibarnamə planlı şəkildə gələcəkdə baş vermiş cinayətə “mülku don geyindirmək" məqsədi daşımışdır. İddiaçı istintaq orqanlarının həmin qərarlarından Binəqədi Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayətlər vermişdir. Qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iclaslarında da həmçinin cavabdehxüsusi notarius X15 qanunsuz hazırlanmış saxta sənəddən iddiaçıya qarşı dələduzluq cinayət əməli törədən X13 hazırki işdə İddiaçı ilə xx.xx.2021-ci il tarixli Birgə Fəaliyyətə dair müqavilə bağlanmasında istifadə etməsi tam sübut edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001 )-78/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, “Məhkəmə xüsusi olaraq qeyd edir ki, iş materiallarında olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən Ayırması 00611 nömrəli Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şahqaya yatağında yerləşən X14 istifadəsində və sahibliyində olana ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinə dair sənəd saxtadır (qanunsuz hazırlanmışdır), həmin sənəd əsasında X13 İddiaçı ilə xx.xx.2021-ci il tarixli Birgə Fəaliyyətə dair müqavilə bağlanmasında saxta sənəddən istifadə edilmişdir.” Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001 )- 111/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, ‘‘Materiala əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X44 X3 11 dekabr 2022- ci il tarixli 000063 nömrəli Aktından görünür ki, Dağ-Mədən Ayırması 00611 nömrəli Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonunun inzibatı ərazisindən (Markşeyder planı 1,2,3,4 və 5 künc nöqtələri) əsasında X16 ayrılması bildirilən torpaq sahəsi əslində X24 ayrılmışdır. Beləliklə təsvir edilənlərdən mübahisəsiz qaydada görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin Dağ- Mədən Ayırması 00611 nömrəli Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şahqaya yatağında yerləşən X14 istifadəsində və sahibliyində olana ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinə dair sənəd saxtadır (qanunsuz hazırlanmışdır), həmin sənəd əsasında X13 İddiaçı ilə xx.xx.2021-ci il tarixli Birgə Fəaliyyətə dair müqavilə bağlaması isə saxta sənəddən istifadə edildiyini göstərir”. Beləliklə, qeyd edilənlərdən mübahisəsiz qaydada tam aydın olur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən Ayırması 00611 nömrəli Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şahqaya yatağında yeriəşən X14 istifadəsində və sahibliyində olan ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinə dair sənəd saxtadır (qanunsuz hazırlanmışdır). Cavabdeh- xüsusi notarius tərəfindən X13 iddiaçı ilə xx.xx.2021-ci il tarixli Birgə Fəaliyyətə dair müqavilə bağlanmasında, etibarnamə tərtib edilməsində həmin saxta sənəddən əsas kimi istifadə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 00611 saylı dağ-mədən ayırması aktından görünür ki, dağ-mədən ayırmasının müddəti 5 (beş) il müəyyən edilmişdir, yəni ki, həmin akt müqavilənin bağlanılma tarixindən bir neçə il əvvəl, xx.xx.2017-ci ildə hüquqi qüvvəsini itirmişdir. 00611 saylı Dağ-mədən ayırması aktından məlum olur ki, birinci tərəf-X27 cavabdehin 11 saylı notariat ofisində əqd bağlamağa hüquqi səlahiyyətə malik olmayıb. Lakin cavabdeh hansı səbəblərdənsə hüquqi qüvvəsini itirmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəsmi sənədinə əsaslanıb Birgə fəaliyyətə dair müqaviləni notarial qaydada rəsmiləşdirmiş, notariat hərəkətlərini aparmaqdan imtina etməmişdir. Bu halda sual yaranır: cavabdehin hansı maddi marağları olub ki, notariat hərəkətlərini aparmaqdan imtina etməyib, hətta müqavilədən əlavə qanunsuz bir etibarnamə də rəsmiləşdirmişdir. Məlum olur ki, cavabdeh öz qanunsuz hərəkətləri ilə birinci tərəf-X13 iddiaçıya qarşı dələduzluq cinayət əməli törətməsinə yardımçı olmuşdur. Bu baxımdan hesab edir ki, iddiaçıya vurulan 60000 manat maddi ziyana görə cavabdehin tam məsuliyyətli olması işin mübahisəsiz halıdır. Cavabdeh öz səlahiyyətlərindən istifadə edərək İddiaçının maddi ziyana uğramaması üçün heç bir hərəkət etməmiş,heç bir mövqe sərgiləməmişdir. Cavabdehin vəzifəsi qanunla müəyyən edilmiş qaydada bəhs edilən notariat hərəkətini aparmaqdan imtina etmək olduğu halda, əksinə iddiaçını formal və şəxsi mülahizələri ilə sənədləri arxayıncasına imzalamağa sövq etmişdir, bu hərəkətlərindən görünmüşdür ki, 60000 manat pul vəsaitinin dələduzun əlinə keçməsində cavabdeh maraqlı olmuşdur. Beləliklə qeyd olunanlardan mübahisəsiz qaydada görünür ki, cavabdeh- ünvan 3 notariat ofisinin xüsusi notariusu X31 Notariat haqqında Qanunun 9- cü, 35-ci və 40-cü maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Cavabdeh-X15 qanunsuz hərəkətləri nəticəsində ididaçı- İddiaçı 60000 (altmış min) manat maddi ziyan vurmuşdur. Beləliklə, təsvir edilənlərdən məlum olur ki, cavabdeh qanunsuz hərəkətləri ilə, yəni qanunsuz hazırlanmış, hüquqi qüvvəsi olmayan saxta sənəddən istifadə etməklə, həmin sənədə əsaslanaraq xx.xx.2021-ci il tarixli Birgə fəaliyyətə dair müqaviləni və xx.xx.2021-ci il tarixli etibarnaməni notariat qaydada rəsmiləşdirməklə, Notariat haqqında Qanunun tələblərini kobud surətdə pozmuşdur. Bununla da iddiaçının 60000 manat pul vəsaitimin aldatma və etibardan sui istifadə etmə yolu ilə X27 tərəfindən dələduzluq cinayət əməli törətməklə ələ keçirməsində, həmçinin iddiaçının hüquq və qanunla qorunan manefələrinin, ailəsinin maddi təminatının pozulmasında X27 ilə birgə iştirak etməklə onun maddi və mənəvi ziyana uğramasına səbəbkar olmuşdur. Notariat ofisində aldanaraq 60 000 manat pul vəsaitini dələduzlar tərəfindən ələ keçirilməsi səbəbindən, iddiaçı çətin maliyyə duruma düşmüşdür, ona görə də şəxsi mənzilini satmağa məcbur olmuşdur, kirayə evdə yaşamağa başlamışdır. Göründüyü kimi qeyd edilən hadisə onun mənzilinin itirilməsi ilə nəticələnmişdir. Bu hadisə həm onda, həm də ailə üzvlərində əsəb stressi və ciddi mənəvi sarsıntı yaratmışdır. Cavabdeh tərəfindən iddiaçıya maddi zəzərlə bərabər, eyni zamanda mənəvi zərər də vurulmuşdur. Odur ki, yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının qanunvericiliyinin qüvvədə olan tələblərinə əsaslanaraq hesab edir ki, qüvvədən düşmüş dövlət sənədi ilə.əqd bağlamağa səlahiyyəti mövcud olmayan şəxslə əqdi notariat qaydada rəsmiləşdirməklə, yəni xüsusi notarius kimi qanunvericiliyin tələblərini kobud surətdə pozaraq qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulan 60000 manat maddi ziyan, 20000 manat mənəvi ziyan qanunvericiliyə uyğun olaraq cavabdeh tərəfindən şəxsi vəsaiti və yaxud qanunla müəyyən olunan qaydada icbari sığorta məbləğindən, zəmanət kassasından iddiaçıya ödənməlidir. Bununla da dövlət tərəfindən iddiaçınin pozulmuş konstitusyon hüquqları,qanuni mənafeləri və maddi təminatı bərpa olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, etibarnamə olan şəxsin belə bir müqavilə bağlamağa hüququ yox idi, bu notarius tərəfində yoxlanmalı idi. Həmçinin şəxsin etibarnaməsinin müddəti bitmişdir. Baş prokurorluğa şikayət etmiş, müqavilə nə qədər qüvvədədir cinayət işi başlamaq mümkün olmadığını bildirdilər. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Notariusun hərəkətləri qanunsuzdur, müqaviləni bağlamağdan imtina etməli idi, saxta sənədlərlə müqavilə imzalamışdır. Əvvəl getdik Asan Xidmət Mərkəzinə, lakin orda etmədilər. Tofiq dedi gedək onun tanış notariusu var, İlqar adlı notariusun yanına getdik, Tofiq girib otağda onunla söhbət etdi, sonra onu dəvət etdilər. Zəng vurdu dostuna ona pulu gətirdi. 60000 manatı Notariusun otağında Tofiq Əliyevə vermiş, Anar adlı şəxsdə orda olub. Hal-hazırda pulun verilməsini hamısı inkar edir. 1 ay 10 gündən sonra, həmin torpağın sahibi gələndə bilmiş ki, Tofiqin o torpağa heç bir aidiyyatı yoxdur. O,həmçinin göstərdi ki, onun Tofiqlə əlaqəsi olmayıb. Etibarsız sənədə əsasən notarius onunla bağlanmış müqaviləni təsdiq edib. Hesab edir ki, buna cavabdeh notariusdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 Soltan oğlu iddia tələbini müdafiə edərək izahatında göstərmişir ki, sözügedən müqavilə birgə fəaliyyət üçün bağlanıb, lakin müqavilənin məzmunundan görünür ki, bu faktiki icarə müqaviləsidir, iddiaçı 60000 manat pul vermiş, digər tərəf isə heçnə verməmişdir, bütün öhdəliklərdə iddiaçının üzərinə qoyulmuşdur, bütün xərcləri iddiaçı ödəyir. O, həmçinin qeyd etdi ki, müqavilə etibarsız olduğundan, onu inzibati qaydada mübahisələndirə bilmir. Onların tələbi notariusa yönəlib ki, notarius uydurma müqavilə ilə iddiaçını aldadıb. Daha sonra qeyd etdi ki, bütün məsələlər istintaqda araşdırılıb, Ruslan fərqli ifadə verib. Qeyd edilən torpaq sahəsi nə istifadədə olub, nə də ki, sahibliyində. Notarius bilərəkdən müddəti bitən sənədlə saxta müqavilə bağlayıb. Belə ki, birgə fəaliyyət müqaviləsində birincinin ikinciyə öhdəlik və ya pul ödəmək haqqı yazıla bilməz. Daha sonra o, cavabdehin iddia tələbinə təqdim etdiyi etiraz ərizəsinə mülahizəsini məhkəməyə təqdim edib göstərdi ki, cavabdehin nümayəndəsi hesab edir ki, guya İddiaçı iddia tələbi qanunsuz və absurddur. İddiaçı tərəf hesab edir ki, notariusun saxta (qüvvədə olma müddəti bitmiş) dövlət sənədi ilə notarial qaydada əqd rəsmiləşdirməsi, lazımi səlahiyyətləri olmayan şəxsin iddiaçıya etibarnamə verməsini notarial rəsmiləşdirilməsi hərəkətləri qanunsuz sayılmalıdır. Həmin qanunsuz hərəkətləri nəticəsində iddiaçı 60000 manat maddi zərərə uğramışdır. Habelə, cavabdehin müqavilədə tərəf qismində iştirak edən şəxsin istifadə hüququnun mövcudluğunu şifahi aydınlaşdırmasını və "əqd şərtlə bağlanıb", ilkin müqavilədir kimi özünümüdafiə fikirlərini isə absurd hesab etmək mümkündür. İlk əvvəl nümayəndə ərizədə qeyd edir ki, İddiaçı şikayəti əsasında polis orqanı araşdırma aparmış və iş üzrə bir neçə dəfə cinayət işinin rədd olunması haqqında qərarlar çıxarılmışdır. Qeyd edir ki, polis orqanının cinayət işinin rədd olunması haqqında üç qanunsuz qərarı Binəqədi Rayon Məhkəməsinin ayr-ayrı tarixlərdə qəbul edilmiş üç məhkəmə aktları ilə ləğv edilmişdir, qərarlarda qeyd edilmişdir ki, iş materiallarında cinayət əməllərinin olub-olmaması, tam, obyektiv və hərtərəfli araşdırılmayıb.Qeyd edilən məhkəmə qərarları iddiaçı tərəfindən e-məhkəmə sistemində işin sənədlər bölməsində yerləşdirilmişdir. Müstəntiqin daha bir qanunsuz qərarı isə Binəqədi Rayon Prokurorluğu tərəfindən ləğv edilmişdir. Müstəntiqlər qeyd etdiyi bütün qərarlarda cavabdeh xüsusi notariusun saxta və qanunsuz rəsmiləşdirdiyi müqaviləyə və etibarnaməyə istinad edərək işin mülki xarakter daşıması qənaətinə gəlmişlər. Binəqədi Rayon Məhkəməsinin hakimləri isə cavabdehin rəsmiləşdirdiyi müqavilənin saxta olmasını (saxta sənədlərlə hazırlanmasını) qərarlarında qeyd etmişlər. Başqa sözlə desək, ünvan 3 notariat kontorunun xüsusi notariusu İlqar Məmmədovun hüquqi qüvvəsi bitmiş sənədlərdən istifadə etməklə müqavilənin rəsmiləşdirməsi faktı artıq keçmiş illərdə qəbul edilən məhkəmə aktlarında əks edilmişdir. Nümayəndə absurd olaraq daha sonra göstərir ki, xüsusi notarius qarşı tərəf qismində iştirak edən Tofiq Əliyevdən sahənin hazırda onun istifadəsində olub-olmamasını şifahi soruşmuş, Tofiq Əliyev isə cavabında bildirmişdir ki, həmin sahə onun istifadəsindədir, rəsmiləşmə işləri struktur dəyişdikləri səbəbindən yubanır, nazirlik də sahənin onun istifadəsində olmasını tanıyır və hərrac yolu ilə yenidən onunla müqavilə bağlanmasının təklif etmişdir. Bildirir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində əqdlər (müqavilələr) notarial qaydasında rəsmiləşdirilərkən hər hansı tərəfin şifahi qaydada mülkiyyət və ya istifadə hüquqlarının olub-olmamasını təsdiqləməsi normaları mövcud deyildir. Numayəndənin məntiqi ilə xüsusi notarius qanunvericiliyə uyğun olaraq şifahi deyilən sözlərlə deyil, təsdiqedici rəsmi sənədlərlə fəaliyyət göstərməli, notariat əməliyyatlarını aparmalıdır. Qanunvericiliyin tələblərinə əsasən həmin təsdiqedici sənədləri tərəfdən tələb etməli və yaxud idarə və təşkilatlara sənədlərin əldə edilməsi üçün sorğu göndərməli, yalnız qanuni sənədləri əldə etdikdən sonra əqdi rəsmiləşdirməlidir. Daha sonra nümayəndənin ərizəsində göstərilir ki, müqavilə bağlanarkən həmin sahəni qarşı tərəf İddiaçı təqdim etməmiş, müqavilədə "təqdim edir" bildirməmiş, müqavilədə "təqdim etmək öhdəliyini öz üzərinə götürmüşdür" ifadəsi yazılmışdır. Əgər xüsusi notarius müqaviləni hüquqi qüvvəsinin itirmiş saxta sənədə əsaslanaraq rəsmiləşdirirsə, müqavilədə qarşı tərəfin sahəni "notariat ofisində" və ya sahənin yerləşdirdiyi ərazidə "təqdim etməsi" və yaxud da sahəni "təqdim etmək öhdəliyini üzərinə götürməsi" ifadələrin hansının yazılmasının hər hansı bir əhəmiyyəti və hüquqi nəticəsi yoxdur. Beləliklə, sözügedən müqavilənin ilkin birgə fəaliyyət haqqında müqavilə və ya şərtlə bağlanan birgə fəaliyyət haqqında müqavilə sayılması üçün müqavilənin məzmununda hər hansı bir müddəa,şərt və s. mövcud deyildir. Göstərilənlərdən aşkar olunur ki, ünvan 3 notariat kontorunun xüsusi notariusu İlqar Məmmədov Notariat haqqında AR Qanunun 8-ci, 9-cü, 35-ci, 36-cı və 40-cı maddələrinin tələblərini kobud surətdə pozmuş, istifadə hüququnu təsdiq etməyən saxta dövlət sənədinə əsaslanmış, icarə müqaviləsi elementləri ilə guya ki, birgə fəaliyyət barədə müqavilə, habelə qanuni qüvvəyə malik olmayan etibarnamə rəsmiləşdirmiş, nəticədə xüsusi notariusun həmin qanunsuz hərəkətləri nəticəsində İddiaçı 60000 manat zərər vurulmuşdur. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 izahatında iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı notariat ofisinə belə bir iddia ilə müraciət edə bilməz, ziyan vurulubsa ziyan vurandan tələb etməlidir. Notariusun yanında pul haqq-hesabı olmayıb, müqavilə bağlanıb və imzaları təsdiqlənib. İddiaçı müqavilə bağlamamışdan öncə, araşdırma aparmalı idi. O, həmçinin elektron kabinet vasitəsi ilə məhkəməyə ünvanlandığı etiraz ərizəsini müdafiə edərək göstərmişdir ki, hazırki iddia tələbləri tamamilə qanunsuz və absurddur. Hesab edir ki, iddianın tam həcmdə təmin olunmaması haqqında qətnamə çıxarılmalıdır. Belə ki, İddiaçı şikayəti əsasında Polis İdarəsində araşdırma aparılmış və iş üzrə bir neçə dəfə cinayət işinin rədd olunması haqqında qərarlar çıxarılmışdır. Polisdə aparılmış araşdırma zamanı cavabdeh X31 izahatında göstərmişdir ki, 2010-cu ildən ünvan 3 Notariat ofisinin notariusu vəzifəsində işləyir. 22 yanvar 2021-ci il tarixdə X28 ilə İddiaçı arasında birgə fəaliyyətə dair müqavilə 11 saylı Notariat ofisində bağlanmış və 3M-80 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Tərəflər Qaradağ rayonu, Şahqaya yatağında 6 ha sahədən mişar daşının istehsalı ilə bağlı birgə iş görmək niyyətində olduqlarını bildirmiş və hətta öz aralarında icarə müqaviləsinin bağlandığını da bəyan etmişlər. X5 və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizası idarəsi tərəfindən xx.xx.2012-ci il tarixli Dağ Mədən ayırması aktını təqdim edərək Şahqaya əhəngdaşı yatağının cənub sahəsində istifadəsində 24 ha sahə olmasını bildirmişdir. Öz aralarında bağlanan icarə müqaviləsinin notarial qaydada təsdiq edilə bilməyəcəyini onlara izah etmişdir, icarə müqaviləsinin bağlanması üçün əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olmalıdır. Onların niyyətlərini soruşduqda həmin sahənin 6 ha. hissəsində qarşılıqlı razılığa əsasən birgə fəaliyyət göstərmək istədiklərini bildirmişlər. Tofiq Əliyevdən həmin sahənin hazırda da onun istifadəsində olmasını soruşduqda cavabında bildirmişdir ki, aktın 5 illik müddətinin bitməsinə baxmayaraq həmin sahə hazırda da onun istifadəsindədir və Ekologiya və Təbii Sərvətlər Nazirliyində daxili struktur dəyişikliyinin baş verməsi səbəbindən müqavilənin müddətinin uzadılması yubanmışdır. Lakin həmin sahə onun istifadəsindədir və Nazirliyin X44 Ehtiyyatlarından istifadə Agentliyi hələ də onun istifadəsində olmasını tanıyır və hərrac yolu ilə yenidən onunla müqavilə bağlanmasını təklif etmişdir, istifadə etməsinə görə də ödənişlərin edilməsi dəfələrlə ondan tələb edilmişdir. Hazırda isə İddiaçıla sahənin 6 ha. hissəsində birgə iş gördüklərindən buna dair müqavilə bağlamaq istəyirlər. Eyni zamanda İddiaçı da həmin sahədə birgə iş gördüklərini və buna dair müqavilə bağlamaq istədiklərini bildirmişdir. Belə olan təqdirdə o, Tofiq Əliyevə və İddiaçı izah etmişdir ki, X37 sahədən istifadəsini tanıyırsa və ərazidə fəaliyyət göstərməyə buraxılırsa, istifadəsinin qarşısı Agentlik tərəfindən alınmırsa Agentliyin təklif etdiyi qaydada yeni müqavilə bağlayaraq fəaliyyətini rəsmiləşdirməlidir. Eyni zamanda notarial qaydada bağlayacaqları müqavilədə həmin sahəni birgə fəaliyyət üçün qarşı tərəfə təqdim etmək öhdəliyini öz üzərinə götürməlidir. Yəni, mülki qanunvericiliyə uyğun olaraq şərtlə bağlanmış əqd kimi birgə fəaliyyətə dair müqavilə bağlaya bilərlər. Buna və Mülki Məcəllənin 389-411-ci maddələrinə uyğun olaraq öz aralarında göstərilən sahə üzrə azad surətdə müqavilə bağlamaq və qeyd edilən şərt nəzərə alınmaqla müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Aralarındakı razılaşmaya uyğun olaraq birgə fəaliyyətə dair müqavilənin mətni tərtib edilərkən də Tofiq Əliyev həmin ərazidən 6 ha. hissəni qarşı tərəfə təqdim etmək öhdəliyini götürmüşdür, İddiaçı isə birgə fəaliyyət üçün hər ay 1500 manat pul vəsaiti ödəməyi öhdəliyini üzərinə götürmüşdür. Onlara bildirmişdir ki, müqaviləyə əsasən Tofiq Əliyevin istifadə etməkdə davam etdiyi sahəyə dair sənədləri qanunvericiliyə uyğun şəkildə nizama salmaqla İddiaçı təqdim etmək öhdəliyi var. İddiaçı isə sahədə birgə fəaliyyət üçün hər ay 1500 manat ödəmək öhdəliyini daşıyacaqdır. Göründüyü kimi aralarında bağlanan müqavilə Tofiq Əliyevin faktiki istifadəsində olan sahədə tərəflərin gələcəkdə birgə fəaliyyət göstərməsini nəzərdə tutmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, birgə fəaliyyətə dair müqavilənin məzmununu tərəflər sərbəst olaraq öz iradələrinə uyğun tərtib edir. Tofiq Əliyevin təqdim etdiyi aktın məzmunundan da müəyyən olunmuşdur ki, sahə onun istifadəsinə ayrılmış, X52 Ramazanovla həmin sahədə gələcəkdə də birgə fəaliyyət göstərməsi üçün öz üzərinə 6 ha. sahəni təqdim etmək öhdəliyini götürmüş, yəni müqavilə bağlanarkən həmin sahəni təqdim etməmiş, müqavilədə təqdim edir bildirməmiş, təqdim etmək öhdəliyini öz üzərinə götürmüşdür. Qanunvericilikdən və işgüzar praktikadan məlum idi ki, Tofiq Əliyevə sahə nazirlik tərəfindən əvvəl təqdim edilmişdirsə sonradan da digər 3-cü şəxsə yox, həmin sahə yenidən Tofiq Əliyevə təqdim ediləcəkdir. Tofiq Əliyev yenidən müqavilə bağlamadığına, lakin sahədən istifadə etməkdə davam etdiyinə görə birgə fəaliyyət müqaviləsində nəzərdə tutulduğu kimi sahəni təqdim etmək öhdəliyini üzərinə götürə biləcəyini ona izah etmiş və həmin şərtə uyğun olaraq da müqavilə onların iradəsinə uyğun olaraq bağlanmışdır. Bu isə mülki qanunvericiliyə uyğun olaraq şərtlə bağlanmış əqd hesab edilir. Bu səbəbdən də o, nazirlikdən hər hansı bir məlumatı dəqiqləşdirməklə bağlı sorğu verməmişdir. Müqavilə bağlanarkən İddiaçı Tofiq Əliyevə hər hansı bir məbləğdə pul verməsi barədə heç bir məlumatı olmamış, yalnız fəaliyyət göstərəcəkləri təqdirdə İddiaçı qarşı tərəfə ayda 1500 manat pul ödəyəcəyi ona məlum olmuşdur. Cavabdeh İ.Məmmədova qarşı irəli sürülən iddianın hər hansi bir hüquqi əsası yoxdur. Cavabdeh İ.Məmmədov tərəflərin müqavilə azadlığı prinsipinə əsaslanaraq onlar arasında bağlanılmış müqaviləni notarial qaydasında qanuna müvafiq qaydada təsiq etmişdir. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər. Birgə fəaliyyət müqaviləsində Tofiq Əliyev birgə fəaliyyət üçün ərazini təqdim etməyi öhdəsinə götürməklə müqavilə üzrə öz öhdəliyini həmin yerə dair sənədlərin müvafiq dövlət orqanından əldə edilməsi şərtinə bağlamışdır. Həmin sənədlərin rəsmilləşdirilməsi isə Mineral Hammal X3 səlahiyyətində olduğundan Tofiq Əliyevin həmin yeri təqdim etmək öhdəliyi qeyd edilən müvafiq qurumun qərarından asılı olmuş və birgə fəaliyyət üzrə münasibətlərin gələcək müqəddaratı da bu hadisənin baş verəcəyi ilə əlaqəli olmuşdur. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilənin ad hissəsindən də aydın olur ki, tərəflərin özlərinin müəyyən etdikləri fəaliyyət üzrə birgə fəaliyyət göstərəcəklər. Özləri üçün müəyyən etdiyi hallar və müddət müəyyənləşdirilmişdirlər. İddiaçı da müqavilə üzrə ayda 1500 manat təqdim etmək öhdəliyi Tofiq Əliyevin üzərinə götürdüyü öhdəliyin reallaşması ilə əlaqəli olmuşdur. Beləliklə, İddiaçı ona vurulan zərərlə bağlı iddiası tam əsassızdır və onun tərəfindən ehtimal edilən zərərin bağlanılmış birgə fəaliyyət müqaviləsinin şərtləri ilə heç bir əlaqəsi yoxdur. İddianın heç bir qanuni əsası yoxdur. Müqavilə tərəflərin öz mənafelərini gercəkləşdirmək üçün notariusun yanında ifadə etdikləri iradələrinə və qanunvericiliyin tələblərinə uyğun tərtib edilərək təsdiq olunmuşdur. Hər iki tərəfin müqavilə üzrə münasbətlərinin mahiyyəti aydınlaşdırılmış və bu əsasda da gələckdə yaranacaq münasibətlər onların götürdükləri öhdəliklərin yerinə yetirilə bilməsi ilə əlaqəli olmuşdur. İddiaçı cavabdeh ünvan 3 Notariat Ofisinin xüsusi notariusu İlqar Məmmədova qarşı irəli sürülmüş iddia tələblərinin tam həcmdə təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsinə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X27 izahatında göstərmişdir ki, xx.xx.2021-ci ildə o, iddiaçının İlqara və Ruslana sözügedən karyerdən çıxmalarını bildirmiş, Polis İdarəsinə və Prokurorluğa ərizə də təqdim etmiş və onları çağırıb ifadələrini almışlar. Orda əvvəllər Vaqif adlı şəxs işləyirdi, aralarında mübahisələr olmuş cinayət işin başlanması rədd olunmuş, sonradan danışıqlar aparılmış və həmin yeri hər ay 4000 manat məbləğində pul pödəmək şərti ilə Vaqifə icarəyə vermişdir. Vaqif isə ora işləməyə Ruslan adlı şəxsi gətirmişdir. Cəmi 1 ay 4000 manat icarə haqqı ödənildi, sonra Vaqif həmin karyeri pis vəziyyətə saldı və o, Vaqifi oradan çıxartmaq istəyəndə, məlum oldu ki, İddiaçı oradadır və üçü birlikdə iş görürlər. Vaqif çıxıb gedəndən sonra, orda Ruslanla və İlqar qalıb işləməyə davam etmişlər. 1 ildən sonra Ekologiyadan şikayətlər daxil olur və o, Ruslanla İlqarı ordan çıxartmaq qərarına gəlir. Onda İlqar çıxmadığını və karyerə 48000 manat məbləğində xərc çəkdiyini bildirdi. Polisə verdiyi izahatda İddiaçı ümumi 150000 manata yaxın xərci çıxdığınıda qeyd etmiş, lakin həmin pulun ona verilməsi barədə heç bir qeyd yoxdur. Onun İlqarnan heç bir işi olmayıb, onun işi Ruslanla olmuşdur. Zərurət yaranarsa Ruslanı dəvət edib şahid kimi dindirilməsi mümkündür. Ruslan hüququq mühafizə olqanlarında işlədiyindən mübahisəli müqavilə onnan yox, İlqarnan bağlanmışdır. Müqavilə tərəflərin razılığı ilə bağlanıb. O, həmçinin bildirmişdir ki, müqavilə bağlanan zaman o, İlqarla birlikdə notariat ofisində olmuş, lakin İlqar nə ona, nə də depozit hesaba heç bir məbləğdə pul ödənilməmişdir. Onlar icarə müqaviləsi bağlamaq istəmişlər, lakin mülkiyyətdə olmadığı üçün bu mümkün olmamışdır, bu səbəbdən birgə fəaliyyət müqaviləsi bağlanmışdır. 1 ay 1500 manat məbləğində icarə haqqı ödənildi, sonradan isə əlavə xərclər, texnika gətirmək lazım olduğunu və s. müxtəlif səbəblərə görə heç bir ödəniş olunmadı. Dedilər vaxt ver müqavilə bağlayaq və bardyur istehsal edək, o, isə gözləmişdir. Daha sonra onun dediklərinə əməl etmədilər, Ekologiya tərəfindən cərimə yazıldı onu da ödəmədilər və o, məcbur olub Polisə şikayət yazmışdır. Ekologiya Nazirliyi tərəfindən karyerlər 4 illik müddətinə verilir, 4 ildən bir artırılır. Müddətin uzadılması ilə bağlı onlara müraciət etmiş, lakin yeni departament yaradıldığından, heç kimin sənədi uzadılmamışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil3 elektron kabinet vasitəsi ilə verdiyi mülahizəsini müdafiə edərək bildirmişdir ki, 22 yanvar 2021-ci il tarixində İddiaçı ilə X27 arasında birgə fəaliyyətə dair 5 illik müddətinə müqavilə bağlanılmış, müqavilə ünvan 3 notariat ofisinin xüsusi notariusu X31 tərəfindən təsdiq edilmişdir. Müqavilənin şərtinə əsasən “birinci tərəf” -X27 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən Ayırması 00611 l№-li Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonu, “Şahqaya” yatağında yerləşən istifadəsində və sahibliyində olan ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinun 6 ha hissəsini təqdim etməyi öhdəsinə götürür. “İkinci tərəf’ İddiaçı isə müqavilə üzrə birgə fəaliyyəti həyata keçirmək üçün 5(beş) il müddətinə hər ay 1500 (bir min beş yüz) manat məbləğində nəğd pul vəsaiti təqdim etməyi öhdəsinə götürür. Həmin müqavilə üzrə İddiaçı cəmi bir ay pul ödəmiş, sonradan isə müqavilə öhdəliyini yerinə yetirməmişdir. İddia ərizəsində niyə icarə müqaviləsi yox, birgə fəaliyyətə dair müqavilə bağlanılması barədə iradla bağlı bildiririk ki, icarə müqaviləsi bağlanılması üçün əmlaka dair mülkiyyət sənədi təqdim edilməsi lazım olduğundan, birgə fəaliyyətə dair müqavilə imzalanmışdır. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsi müstəntiqinin 01 iyul 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə sonuncu qərarı ilə təsdiq edilir ki, “Araşdırma zamanı Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyi X44 X4 daxil olmuş məktubda göstərilmişdir ki, Agentlikdə olan arxiv sənədlərinin araşdırması zamanı müəyyən edildi ki, X16 xx.xx.2012-ci il tarxli 00611 nömrəli “Dağ mədən ayrılması” aktı ilə “Şahqaya” əhəngdaşı (“Cənub” sahə) yatağından 5 il müddətinə mişar daşı istehsalı üçün 24 hektar yer təki sahəsi ayrılmışdır. Qeyd olunan 24 ha yer təki sahəsinin yerləşdyi torpaq sahəsinin 21 hektarı Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 354a nömrəli Sərəncamı ilə X32, 3 hektar isə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 158 saylı Sərəncamı ilə X39ma ayrılmışdır. Qeyd olunan şəxslər tərəfindən torpaq sahəsindən istifadə hüququ ilə bağlı verilmiş etibarnamələr əsasında X16 2012-ci ildə icazə sənədləri verimişdir. Belə olan halda xx.xx.2012-ci il tarixli 00611 nömrəli “Dağ mədən ayrılması” aktının saxta olmasından söhbət gedə bilməz və xx.xx.2021-ci il tarixli birgə fəaliyyətə dair müqavilə bağlanılmasında saxta sənəddən istifadə edilməsi faktı öz təsdiqini tapmamışdır”. ünvan 3 notariat ofisində İddiaçı X16 60.000 manat pul verməsi barədə onun yazdıqlari ilə bağlı bildiririk ki, bununla bağlı bu şəxs üç dəfə Binəqədi rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etmiş, həmin məsələ ilə bağlı bu İdarənin İstintaq şöbəsində araşdırılma aparılmış və 27 avqust 2021-ci il tarixində, 20 sentyabr 2022-ci il tarixində və 01 iyul 2023cü il tarixində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. İddiaçı 216559 saylı etibarnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə bağlı bildiririk ki, 22 yanvar 2021-ci il tarixli İddiaçı X27 tərəfindən 5 il müddətinə verilən etibarnamənin də etibarsızlığı üçün bir iddiaçı heç bir əsas göstərməmşdir, lakin Mülki Məcəllənin 365.2-ci maddəsinə əsasən, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X40 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə Azadlıq metrosunun yuxarı tərəfində yerləşən Notariat ofisinin yanında 35000 ABŞ dolları və 500 manat məbləğində pul vəsaitini İddiaçı vermişdir. İddiaçı isə pulu ondan 3 metrə məsafədə olan Tofiq müəllimə vermişdir. Aralarına karyerdə daş karxanasına görə müqavilə bağlanmalı idi. Sənəd verilməli idi birgə fəaliyyətlə bağlı, lakin heç bir sənəd verilmədi. O, həmçinin göstərmişdir ki, İlqara pulu notariat ofisinin qapısının yanında vermişdir. Tofiq Əliyevi qismən tanıyır, 2 dəfə görmüşdür. Dedilər yer dövlətin olduğu üçün etibarnamə verilə bilmir, ona görə də birgə fəaliyyətlə bağlı müqavilə birdə borc müqaviləsi bağlanmalıdır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən ayırması haqqında 29 avqust 2012-ci il tarixli, 00611 nömrəli aktından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, “Şahqaya” əhəngdaşı yatağında (cənub sahə) 5 il müddətinə 1,2,3,4 və 5 künc nöqtələri ilə nöqtələnmiş 24,0 ha torpaq sahəsi dağ-mədən ayırması ilə əlaqədar fiziki şəxs Tofiq Əliyevin istifadəsinə verilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 15 may 2007-ci il tarixli, 158 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 29a, mənzil 69-da yaşayan X25 ərizəsini nəzərə alaraq, Qaradağ rayonunun Şahqaya Şahqaya yatağında daşlıq sahə kimi qeydiyyata alınan və uzun müddət istifadəsində olan 3 hektar ərazidə mişar daşı istehsal etmək üçün icazə verilmişdir. Bakı şəhəri 41 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli, 051754 nömrəli etibarnamədən görünür ki, X35 Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 15 may 2007-ci il tarixdə verilmiş, 158 nömrəli sərəncama əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şahqaya yatağında yerləşən 3,0 hektar torpaq sahəsinə dair bütün sənədləşmə işlərini aparmağı, bununla əlaqədar onu bütün dövlət orqanlarında, təşkilat və idarələrdə, o cümlədən İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma, Torpaq Komitəsində və daşınmaz əmlakın dövlət qeydiyyatını aparan digər İcra Hakimiyyəti orqanlarında təmsil etməyi, lazımi sənədləri toplamağı, təhvil verməyi, ərizə ilə müraciət etməyi, imza etməyi, sənədləri müvafiq dövlət orqanlarında təhvil verib, ona çatası bütün növ sənədləri almağı, rüsumları və digər xərcləri ödəməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi ünvan 1 ünvanında yaşayan X16 30 il, yəni 14 iyul 2039-cu il tarixədək etibar etmişdir. Bakı şəhəri 19 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2012-ci il tarixli etibarnamədən görünür ki, X41 Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2005-ci il tarixli, 354a nömrəli sərəncama əsasən Abşeron rayonunda “Kiçik Ağıl” Qış otlaqları ərazisində yerləşən 21 ha torpaq sahəsinə dair bütün sənədləşmə işlərini aparmağı, bununla əlaqədar onu bütün dövlət orqanları, təşkilat və idarələrdə, o cümlədən İcra Hakimiyyəti orqanlarında təmsil etməyi, lazımi sənədləri toplamağı, təhvil verməyi, ərizə ilə mütraciət etməyi, yeni sərəncamlar almağı, sərəncamı başqa ada keçirməyi, imza etməyi, sənədləri müvafiq dövlət orqanlarında təhvil verib, ona çatası bütün növ sənədləri almağı, rüsumları, digər xərcləri ödəməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan digər hərəkətləri etməyi ünvan 1 ünvanında yaşayan X16 1 il, yəni 29 avqust 2013-cü il tarixədək etibar etmişdir. 22 yanvar 2021-ci il tarixli AR-İİN 216559 nömrəli etibarnamədən görünür ki, X1 ötürmüş X16 o, isə ona verilən səlahiyyətləri Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 15 may 2007-ci il tarixdə verilmiş, 158 nömrəli sərəncama əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şahqaya yatağında yerləşən 3,0 hektar torpaq sahəsinə dair bütün sənədləşmə işlərini aparmağı, bununla əlaqədar onu bütün dövlət orqanlarında, təşkilat və idarələrdə təmsil etməyi, lazımi sənədləri toplamağı, təhvil verməyi, ərizə ilə müraciət etməyi, imza etməyi, rüsumlara və digər xərcləri ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi 5 il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı etibar etmişdir. ünvan 3 notariat ofisinin xüsusi notariusu X31 tərəfindən təsdiq edilmiş 22 yanvar 2022-ci il tarixli birgə fəaliyyət müqaviləsindən görünür ki, X6 İlqar Kərim oğlu ilə razılığa gəlmişlər ki, hüquqi şəxs təsis etmədən öz imkanları hesabına ticarət və xidmət sahələri üzrə 5 il müddətinə birgə fəaliyyət həyata keçirsinlər. Həmin müqavilənin 2-ci bəndinə əsasən birgə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar X27 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 00611 saylı Dağ-mədən ayırması Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonu,"Şahqaya” əhəng daşı yatağında (Cənub sahə) yerləşən istifadəsində və sahibliyində olan ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinin 6 ha hissəsini ikinci tərəfə,yəni iddiaçıya təqdim etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən İddiaçı bu müqavilə üzrə birgə fəaliyyətin həyata keçirilməsi üçün 5 (beş) il müddətində hər ay 1500 manat məbləğində pul vəsaiti təqdim etməyi öhdəsinə götürür. Həmin müqavilənin 4-cü bəndinə əsasən İddiaçı bu müqavilə üzrə öhdəliyi yerinə yetirməzsə, X27 2 ay öncədən xəbər etməklə birgə fəaliyyətin həyata keçirilməsi üzrə fəaliyyətin dayandırılmasını tələb edə bilər. Həmin müqavilənin 13-cü və 14-cü bəndlərinə əsasən, sahənin saxlanması xərcləri, kommunal xərclər, vergi ödənişləri (14 faiz) ödənilməsi öhdəliklərini də İddiaçı öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X44 X7 tərəfindən Bakı şəhər Baş Polis İdarəsinə ünvanlanmış 09 mart 2022-ci il tarixli, 19/291 nömrəli məktubdan görünür ki, agentlikdə olan arxiv sənədlərinin araşdırılması zamanı müəyyən edilmişrdir ki, X17 29 avqust 2012-ci il tarixli 00611 nömrəli “Dağ-mədən ayırması" aktı ilə “Şahqaya” əhəngdaşı (“Cənub” sahə) yatağından 5 il müddətinə mişar daşı istehsalı üçün 24 24 hektar yer təki sahəsi ayrılmışdır. Qeyd olunan 24 hektar yer təki sahəsinin yerləşdiyi torpaq 21 hektarı Abşeron Rayon İcra Hakimiyyəti başçısının 30 noyabr 2005-ci il tarixli 354a nömrəli Sərəncamı ilə X32 3 hektarı isə Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 15 may 2007-ci il tarixli 158 nömrəli Sərəncamı ilə X29 ayrılmışdır. Qeyd olunan şəxslər tərəfindən torpaq sahəsindən istifadə hüququ ilə bağlı verilmiş etibarnamələr əsasında X16 2012-ci ildə icazə sənədi verilmişdir. Həmçinin bildirilmişdir ki, X32 və X29 yerin təkindən istifadə məqsədi ilə icazə sənədləri verilməmişdir. Qeyd olunan yataqların yerini müəyyənləşdirilərək baxış keçirilməsi məqsədi ilə mütəxəssis qismində ayrılacaq nümayəndə Agentliyin Monitorinq və nəzarət şöbəsi tərəfindən baxış zamanı təyin ediləcək. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 6(001)-111/2021 saylı qərarından görünür ki, İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi RPİ-in İstintaq Şöbəsinin baş müstəntiqi X26 “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 20 iyun 2021-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Azərbaycan Rəspublikası Ekologiya və X21 Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən Ayırması 00611 nömrəli Aktına əsasən Bakı şəhəri, Qradağ rayonu, Şahqaya yatağında yerləşən X18 istifadəsində və sahibliyində olan ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinə dair sənəd saxtadır (qanunsuz hazırlanmışdır), həmin sənəd əsasında X14 İddiaçı ilə xx.xx.2021-ci il tarixli Birgə Fəaliyyətə dair müqavilə bağlanmasında saxta sənəddən istifadə edilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı şikayətinin təmin edilməsi, Bakı şəhəri Binəqədi RPİin İstintaq Şöbəsinin baş müstəntiqi X26 “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 20 iyun 2021-ci i! tarixli qərarı qanunsuz hesab edilməsi və ləğv edilməsi, şikayətçi İddiaçı şikayət ərizəsinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun baxılması və həmin şikayət üzrə həmin Məcəllədə nəzərdə tutulan əsaslı qərarın qəbul edilməsi təmin olunaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 207, 210, 212 və 213- cü maddələrinin tələblərinin pozulması ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun nəzərinə çatdırılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(001)-78/2022 saylı qərarından görünür ki, İddiaçı məhkəməyə müraciət edərək, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X26 “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və ibtidai araşdırma zamanı açıq şəkildə kobud qanun pozuntularına yol vermiş Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin Baş müstəntiqi X26 barəsində xüsusi qərar çıxarılaraq, həmin qərarı icra olunması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini məhkəmədən xahiş etmişdir. Həmin qərarda qeyd edilmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda şikayətçinin izahatından başqa heç bir sübuta istinad edilməmiş, tərəflər arasında borc münasiətləri olduğudan baş vermiş mübahisənin mülki xarakterli olduğu qənaətinə gələrək əməldə cinayət tərkibinin əlamətlərinin mövcud olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Rəspublikası Ekologiya və X21 Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən Ayırması 00611 nömrəli Aktına əsasən Bakı şəhəri, Qradağ rayonu, Şahqaya yatağında yerləşən X18 istifadəsində və sahibliyində olan ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinə dair sənəd saxtadır (qanunsuz hazırlanmışdır), həmin sənəd əsasında X14 İddiaçı ilə xx.xx.2021-ci il tarixli Birgə Fəaliyyətə dair müqavilə bağlanmasında saxta sənəddən istifadə edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayəti ətraflı araşdırılmamışdır. Odur ki, müstəntiq tərəfindən əmələ düzgün hüquqi qiymət verilməsi üçün obyektiv və ətraflı araşdırma aparılmamış, tərəflər arasında olan mübahisə yanlış təfsir olunmaqla əmələ düzgün hüquqi qiymət verilməmişdir. Müstəntiq tərəfindən qeyri-obyektiv araşdırma ilə cinayət işinin başlanmasının rədd edilməsi ilə nəticələnən əsassız qərar qəbul edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq İddiaçı şikayəti qismən təmin edilərək, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X36 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərar ləğv edilmiş və istintaq zamanı şikayətdə göstərilən hallar, eyni zamanda zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və istintaq zamanı toplanmış sübutlar hərtərəfli, tam və obyektiv araşdırılması, istintaq zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər hallar da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərarının qəbul edilməsinin təmin edilməsi və qərarın icrasına nəzarət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılması qərara alınmışdır. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi barədə 01 iyul 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı 08 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət edərək bildirmişdir ki Qaradağ rayonu Qızıldaş qəsəbəsindəki “Şahqaya” daş karxanasında Vaqif Hüseynovla birlikdə işləmiş sonradan həmin sahənin X13 adına olmasını bilmiş Tofiq Əliyevə müxtəlif vaxtlarda 30000 manat 29000 manat pul vermiş həmçinin Tofiq Əliyev notariusda birgə fəaliyyət haqqında müqavilə bağlayandan sonra ondan əlavə olaraq 60000 manat pul almış həmçinin daş karxanasında işi səhmana salmaq üçün 48000 manat pul xərcləmişdir. Tofiq Əliyev isə onun etibarından sui-istifadə edərək onun pulunu mənimsəmişdir. Araşdırma zamanı dindirilmiş X40 izahatında göstərmişdir ki, İddiaçı təxminən 2005ci ildən bir qonşu kimi tanımış, sonradan aralarında dostluq münasibəti yaranmışdır. 2007ci ildən isə İlqarla birlikdə müxtəlif tikinti.işlərində işləməyə başlamışlar. İlqar Bakı şəhəri, Nizami rayonu ərazisində aqlay daş kəsmə sexində sexində işləyir ki, həmin sexdə Qaradağ rayonu ərazisində yerləşən müxtəlif daş karxanalarında topdan satış qiymətinə alınan əhəng daşı bloklarını müxtəlif formalarda kəsib satışını həyata keçirirlər. 2019-cu ilin sonundan materialı Qaradağ rayonu ərazisində yerləşən Vaqifin daş karxanasından almağa başlamışlar. Təxminən bir ay yarım sonra karxanada sonradan tanıdığı Tofiqlə Vaqif arasında karxananın sahəsi ilə bağlı mübahisə başlamış, Tofiqin həmin karxananın yerləşdiyi torpaq sahəsinin Vaqifə deyil, ona məxsus olmasını demişdir. Bir müddət sonra Tofiq Vaqifi karxanadan qovmuş və onunla işləməyə başlamışlar. İlkin vaxtlar həmin ərazinin üst qatını təmizləmək və başqa səbəblər üçün Tofiqin İlqardan müxtəlif məbləğlərdə pullar aldığını bildirmişdir. Bir müddət sonra Tofiqin karxanada işləmək üçün “kon” adlanan iri ekskavator almaq məqsədilə İlqardan 3 manat pul aldığını bilmişdir. Bildirir ki, həmin ərəfələrdə karxanada qızğın iş getsə də, material kəsilib satılsa da Tofiq onlara pul vermədiyindən aralarında mübahisə yaranmışdır. Belə ki, Tofiq müxtəlif bəhanələrlə pulların qaytaracağını desə də, sözünə əməl etməmişdir. Sonra isə Tofiq pulu verməyəcəyini və əlavə 60000 manatın qarşılığında özünə məxsus olan karyerin 6 hektarını işləmələri üçün İlqara təklif etmişdir. Onlar razılaşmış və xx.xx.2021-ci il tarixdə Binəqədi rayonu ərzisindəki 11 saylı Notariat ofisində X27 ilə karxananın 6 hektarında birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Razılaşmaya uyğun olaraq o, özünə məxsus 35000 ABŞ dolları pulu Tofiqə verməsi üçün İlqara vermişdir. Belə ki, İlqar da həmin pulun üzərinə 500 manat qoyandan sonra cəmi 60000 manat pulu Notariat ofisinin yanında Tofiqin öz avtomaşınında ona vermişdir. Pul verilən zamanı o, təxminən 3-4 metr məsafədə dayanan İlqarın avtomaşınında oturmuşdur. Yəni İlqar pulu Tofiqə verəndə şəxsən görmüşdür. Bundan sonra onlar Tofıqin göstərdiyi həmin 6 hektarın 1 hektarında işə başlamışlar. Hec bir ay olmamış Tofiqin torpaq sahəsi üçün təqdim etdiyi sənədin saxta olması müəyyən müəyyən olnmuşdur. Belə kı, həmin torpaq sahəsinin başqa şəxslərə aid olması aydın olmuşdur. Artıq məcburən işləri dayandırmış və Tofiqdən ona verdikləri pulu tələb etməyə başlamışlar. Lakin Tofiq pulu qaytarmamış və əsassız olaraq İlqarın Qaradağ rayonu ərazisində işlədikləri daş karxanasından çıxarılması ilə bağlı şikayət etmişdir. Araşdırma zamanı dindirilmiş X33 izahatında göstərmişdir ki, İddiaçı 2019-cu ilin sonundan, X19 isə 2013-cü ildən tanıyır. İddiaçıla aralarında heç bir ədavət olmasa da, onu aldadaraq pulunu ələ keçirdiyi üçün Tofiq Əliyevlə münasibətləri pozulmuşdur. 2019cu ilin sonunda qalay satışı ilə məşğul olan İddiaçı Şahqaya əhəngdaşı yatağında yerləşən ona məxsus karyerə gələrək aqlay kəsmək üçün əhəngdaşı blokları almaq istədiyini bildirmişdir. İlqar ona özünə məxsus olan həmin karyerdən hər gün bir yük maşını əhəngdaşı bloku kəsib ona verməyini, əvəzində isə onun həmin blokları aqlay şəklinə salıb əldə edilən qazancı öz aralarında bölmələrini təklif etmişdir. Onun karyerindən aqlay üçün daş çıxmadığından ona bitişik ərazidə yerləşən Tofiqə məxsus olduğunu zənn etdiyi karyerdən daş çıxara biləcəklərini və bunun üçün Tofiq Əliyevlə danışıb nəticəsini ona bildirəcəyini demişdir. Bir neçə gün sonra Tofiqlə görüşüb İlqarın təklifini ona bildirmiş, Tofiq bir daha həmin yerin ona məxsus olmasını deyərək təklifləri ilə razılaşmışdır. Bundan sonra o, Tofiqi İlqarla tanış etmiş və qeyd edilən şərtlərlə işə başlamağa qərara gəlmişlər. Əldə edilən qazanc İlqar, Ruslan, Tofiq və onun arasında bölünməli idi. Onların hesabı ilə bir ay ərzində həmin ərazidən ümumi qazancları 24000 manat olmalı idi ki, həmin məbləği o, İlqar və Tofiqin arasında 3 yerə bölməyi nəzərdə tutmuşlar. Ruslan da özünə məxsus texnikanı ərazidə istifadə edəcəyi üçün ona çatacaq məbləğin yarısına şərik olmuşdur. Həmin ərazinin üzərində olan torpaq örtüyünün təmizlənməsi üçün o, 26000 manat, İlqar isə 6800 manat pulu hissə-hissə olmaqla Tofiqin işçisi Zöhraba vermişlər. 10 gün ərzində təxminən yarım hektar sahəsi olan həmin ərazinin torpaq örtüyü tam təmizlənmiş və təxminən bir ay ərzində həmin ərazidən ümumilikdə 17 yük maşını əhəng daşı bloku kəsilib İlqara təhvil verilmişdir. Təxminən bir ay sonra Tofiq karyerə gələrək onunla görüşmüş və aralarında olan keçmiş məsələləri bəhanə edərək qeyd edilən karyerin ona.məxsus olmasını deyib həm xx.xx.2017-ci il tarixli 00963 nömrəli dağmədən ayırması aktı ilə ona aid olan 1 ha ərazisi olan karyerdən, həmdə yeni işə başladıqları karyerdən əraziyə sərf etdiyi 26000 manat pulu ödəmədən ona hədə qorxu gəlib qovmuşdur. O, oradan kənarlaşdırılsa da İlqar, Ruslan və Tofiq orada daş kəsməyə davam itmişlər. Bundan sonra o, müvafiq qurumlara şikayət edərək bir daha ora getməmiş və işlərin aqibəti ilə maraqlanmamışdır. Tofiq xx.xx.2017-ci il tarixli 00963 nömrəli dağ mədən ayırması aktı ilə ona aid 1 ha ərazisi olan karyeri ətrafındakı əraziləri birlikdə özünə məxsus olmasını bildirərək İlqara satmış və onunda pulunu ələ keçirmişdir. Buna görə də o, İlqara həmin 1 ha ərazinin sənədlərini göstərib xəbərdarlıq etmiş və işin dayandırılmasını tələb etmişdir. Araşdırma zamanı X34 izahatında göstərmişdir ki, 2019-cu ilin mart ayında Vaqif Hüseynovla birlikdə karyerdə işə başlamışdır. Belə ki, o, karyerə kombayn, palasovka, reys, qaynaq aparatı, projektorlar adlanan aparatlar almışdır. Sonradan Vaqif onu İlqarla tanış etmiş və Vaqif İlqara bildirmişdir ki, Ruslan karyerə 100000 manat pul xərcləyib, Ruslana 50000 manat pul ver, Ruslanla şərikinə işlə. İlqar isə pulunun olmadığını bildirdikdən onun daş işindən başı çıxdığı üçün onunda işləməsinə razılıq vermişdir. X38 Vaqif arasında narazılıq olduğu üçün Vaqif bu işdən uzaqlaşmış və onlar Tofiqlə işləməli olmuşlar. Razılaşmaya əsasən gələn gəlirin 50 faizi Tofiqə, 50 faizi isə ona çatmalı idi, İlqara isə o, özünə çatan qazancdan verməli idi. İşlədikləri müddətdə Tofiq Əliyev ora 70000 manata kon almış, razılaşma belə olmuşdur ki, karyerdən çıxan daşların satışını İlqar həyata keçirməli imiş. Lakin İlqar karyerdən çıxan daşı aparıb satsa da müxtəlif bəhanələr gətirərək satılan daşın pulunu ortaya çıxarmaqdan yayındığı üçün narazılıq yaranmış, hətta İlqar onunla Tofiq Əliyevin arasını vurmuşdur. Tofiq Əliyevdə bundan sonra konu apardıqdan sonra orada iş dayanmışdır. O, əlavə olaraq bildirmişdir ki, ilkin izahatında ola bilsin ki, fikrini düzgün ifadə edə bilməmiş, İlqar Tofıqə pul verməsi barədə bildirmiş, lakin həmin vaxt o, Zöhrabla söhbət etmiş, Tofiq isə 3-4 metr aralıda dayanmışdır. İlqar gəlib ona demişdir ki, Tofiqə pulu vermişdir. O, bu səbəbdən İlqara inanmış və 3-4 metr aralıda olduğu üçün bu səbəbdən ilkin izahatında onun yanında İlqarın pulu Tofıqə verdiyini bildirmişdir. Lakin sonradan o, tam dəqiq maraqlandıqda, Tofıqlə bu barədə söhbət etdikdə, hətta İlqar özüdə onu aldadaraq satılan daşların pulunu vermədikdə ona məlum olmuşdur ki, bunların hamısı İlqarın uydurmasıdır, X51 pul verməmiş, nə kon üçün 30000 manat, nə də ki 60000 manat pul verməmişdir. İlqar onun Tofiq Əliyevlə arasını vurduqdan sonra o, bir müddət Tofıqlə danışmadığı üçün hər şeyi dəqiliklə öyrənə bilməmişdir. Lakin sonradan o, Tofıqlə münasibətini düzəltdikdə ona məlum olmuşdur ki, İlqar bunların hamısını məqsədli şəkildə etmiş və İlqar 200 maşın aqlay daş aparıb satsa da nə ona, nədə ki Tofiq Əliyevə pul verməmişdir. Həmçinin qeyd edilən qərarda qeyd edilmişdir ki, araşdırma zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X44 X2 daxil olmuş məktubda göstərilmişdir ki, Agentlikdə olan arxiv sənədlərinin araşdırılması zamanı müəyyən edildi ki, X16 xx.xx.2012-ci il tarixli 00611 nömrəli “Dağ-mədən ayrılması” aktı ilə “Şahqaya” əhəngdaşı (“Cənub” sahə ) yatağından 5 il müddətinə mişar daşı istehsalı üçün 24 hektar yer təki sahəsi ayrılmışdır.Qeyd olunan 24 ha yer təki sahəsinin yerləşdiyi torpaq sahəsinin 21 hektarı Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 354a nömrəli Sərəncamı ilə X32, 3 hektarı isə Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 158 nömrəli Sərəncamı ilə X30 ayrılmışdır. Qeyd olunan şəxslər tərəfindən torpaq sahəsindən istifadə hüququ ilə bağlı verilmiş etibarnamələr əsasında X16 2012-ci ildə icazə sənədi verilmişdir. Belə olan halda xx.xx.2012-ci il tarixli 00611 nömrəli “Dağ-mədən ayrılması” aktının saxta olmasından söhbət gedə bilməz və xx.xx.2021-ci il tarixli birgə fəaliyyətə dair müqavilə bağlamasında saxta sənəddən istifadə edilməsi faktı öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən material üzrə araşdırma zamanı İddiaçı ilə X27 arasında birgə komersiya fəaliyyəti ilə bağlı öhdəlik münasibətlərindən irəli gələn mülki mübahisənin yarandığı müəyyən edilmiş, Tofiq Əliyevin özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirməsi faktı aşkar edilmədiyindən, toplanmış material üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən X13 əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, təqdim edilmiş iddia tələbləri aşağıdakılardan ibarətdir: - cavabdeh ünvan 3 Notariat Ofisinin xüsusi notariusu X15 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərə görə 60000 (altmış min) manat, mənəvi zərərə görə 20000 (iyirmi min) manat, ümumilikdə 80000 (səksən min) manat pul vəsaitinin və iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyirinə tutulması; - xx.xx.2021-ci il tarixli “Birgə fəaliyyətə dair müqavilə”nin və AR-İİ seriyalı ******* saylı etibarnamənin qanunsuz (etibarsız) hesab edilməsi. İddia tələbinin “maddi zərərin cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İlk növbədə iddiaçının “X15 qanunsuz olaraq xx.xx.2021-ci il tarixli “Birgə fəaliyyətə dair müqavilə”ni və xx.xx.2021-ci il tarixli etibarnaməni notariat qaydada rəsmiləşdirməklə, İddiaçı 60000 (altmış min) manat maddi ziyan vurması” ilə bağlı dəlili bilavasitə sübutetmə ilə bağlıdır. Məhkəmə mülki hüquq pozuntusunu müəyyən edən normalara əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmir, bu halların baş verməsini iddiaçı sübut edə bilmir. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. İş üzrə mübahisəsiz halda müəyyən olunur ki, ünvan 3 notariat ofisinin xüsusi notariusu X31 tərəfindən təsdiq edilmiş 22 yanvar 2022-ci il tarixli birgə fəaliyyət müqaviləsinə əsasən X6 İlqar Kərim oğlu ilə razılığa gəlmişlər ki, hüquqi şəxs təsis etmədən öz imkanları hesabına ticarət və xidmət sahələri üzrə 5 il müddətinə birgə fəaliyyət həyata keçirsinlər. Həmin müqavilənin 2-ci bəndinə əsasən birgə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar X27 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 00611 saylı Dağ-mədən ayırması Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonu,"Şahqaya” əhəng daşı yatağında (Cənub sahə) yerləşən istifadəsində və sahibliyində olan ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinin 6 ha hissəsini ikinci tərəfə,yəni iddiaçıya təqdim etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən İddiaçı bu müqavilə üzrə birgə fəaliyyətin həyata keçirilməsi üçün 5 (beş) il müddətində hər ay 1500 manat məbləğində pul vəsaiti təqdim etməyi öhdəsinə götürür. Sözügedən müqavilədə tərəflərin 60000 (altmış min) manat məbləğində razılığa gəlmələri nəzərdə tutulmamaqla yanaşı, həmin məbləğin notariusa və ya X16 verilməsi də təsdiq olunmur. Belə ki, iddiaçı izahatında 60000 manatı notariusun otağında Anar adlı şəxsin yanında Tofiq Əliyevə verdiyini bildirsə də, bu faktı təsdiq edən heç bir mötəbər dəlil təqdim etməmişdir. İş üzrə iddiaçı tərəfin dəvət etdiyi şahid X40 isə xx.xx.2021-ci il tarixdə Azadlıq metrosunun yuxarı tərəfində yerləşən Notariat ofisinin yanında 35000 ABŞ dolları və 500 manat məbləğində pul vəsaitini İddiaçı verdiyini, sonuncu isə pulu ondan 3 metrə məsafədə olan Tofiq müəllimə verdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Bu baxımdan şahid ifadəsinə qiymət verilərkən nəzərə alınmalıdır ki, birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan veribverməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Baxmayaraq ki, iddiaçı pulun verilməsi əsas kimi məhz yuxarıda göstərilən şahid ifadəsinə istinad etmişdir, lakin prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. İş üzrə iddiaçının və şahidin ifadələri bir birini tamamlamamaqla yanaşı, onlar arasında ziddiyyətin olması da aşkardır. Bu səbəbdən məhkəmə hesab edir ki, şahid ifadəsininin hazırki tələb üzrə sübut kimi qəbul edilməsi qanuni və ədalətli olmazdı. Məhkəmə həmçinin “xx.xx.2021-ci il tarixli “Birgə fəaliyyətə dair müqavilə”nin və xx.xx.2021-ci il tarixli etibarnamənin rəsmiləşdirilməsi ilə bağlı notariusun hərəkətlərinin qanunsuz olmasına dair iddiaçının dəlilini də əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən edilmişdir (6.1.2-ci və 6.1.5-ci maddələr). Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qeyd olunmalıdır ki, nə Azərbaycan Respublikası Mülki Məcəlləsində nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da “Birgə fəaliyyətə dair müqavilə”nin rəsmiləşdirilməsi üçün xüsusi bir şərt müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi dəlil isə əmlak üzərində sərəncam verilməsi haqqında müqavilələrin təsdiqi zamanı nəzərə alınmalı olan haldır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdeh ünvan 3 Notariat Ofisinin xüsusi notariusu X15 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərə görə 60000 (altmış min) manat tələb etməsi üçün qanuni əsaslar mövcud olmadığından iddianın qeyd edilən hissəsi təmin edilə bilməz. İddianın xx.xx.2021-ci il tarixli “Birgə fəaliyyətə dair müqavilə”nin və AR-İİ seriyalı ******* saylı etibarnamənin qanunsuz (etibarsız) hesab edilməsi hissəsi ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, tələbin bu hissəsi formal olaraq əsaslandırılmaqla, tələb yalnız iş üzrə cavabdeh ünvan 3 Notariat Ofisinin xüsusi notariusuna qarşı yönəlmişdir. Halbu ki, mübahisələndirilən əqd üzrə tərəflərdən biri iddiaçı, digəri isə məhkəmənin öz təşəbbüsü işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X20r. İş üzrə üşüncü şəxsi cavabdehlə əvəz edilməsinə iddiaçının razılığı olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır. İş üzrə əldə edilmiş notariat işindən belə müəyyən edilir ki, ünvan 3 notariat ofisinin xüsusi notariusu X31 tərəfindən təsdiq edilmiş 22 yanvar 2022-ci il tarixli birgə fəaliyyət müqaviləsi təsdiq edilərkən X27 hər hansı şəxsi təmsil etmədən öz adından çıxış edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsi tərəfindən onun adına verilmiş xx.xx.2012-ci il tarixli 00611 saylı Dağ-mədən ayırması Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonu,"Şahqaya” əhəng daşı yatağında (Cənub sahə) yerləşən istifadəsində və sahibliyində olan ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinin 6 ha/ hissəsini ikinci tərəfə,yəni iddiaçıya təqdim etməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı 22 yanvar 2021-ci il tarixli AR-İİN 216559 nömrəli etibarnaməyə əsasən X1 ötürmüş X16 o, isə ona verilən səlahiyyətləri Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 15 may 2007-ci il tarixdə verilmiş, 158 nömrəli sərəncama əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şahqaya yatağında yerləşən 3,0 hektar torpaq sahəsinə dair bütün sənədləşmə işlərini aparmağı, bununla əlaqədar onu bütün dövlət orqanlarında, təşkilat və idarələrdə təmsil etməyi, lazımi sənədləri toplamağı, təhvil verməyi, ərizə ilə müraciət etməyi, imza etməyi, rüsumlara və digər xərcləri ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi 5 il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı etibar etmişdir. Belə olan halda iddiaçının AR-İİ seriyalı ******* saylı etibarnamənin qanunsuz (etibarsız) hesab edilməsi ilə bağlı dəlili anlaşılan deyil və əsaslı qəbul edilə bilməz. Bununla yanaşı iddiaçı etibarsız hesab etdiyi xx.xx.2021-ci il tarixli “Birgə fəaliyyətə dair müqavilə”nin aldatma yolu ilə təsdiq edilməsinə əsaslanır. Aldatma dedikdə, şəxsə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində şəxsdə əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (şəxsə yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (hərəkətsizlik - əqdin realizə olunmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susulması. Bu prizmadan yanaşaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsi tərəfindən T.Əliyevə verilmiş xx.xx.2012-ci il tarixli 00611 saylı Dağ-mədən ayırması Aktının 5 il müddətinə verilməsi barədə iddiaçının məlumatsız olması ağlabatan görünmür və bunu bilmək üçün xüsusi hüquqi biliyə ehtiyac yoxdur. Lakin sözügedən yatağın faktiki olaraq T.Əliyevin istifadəsində olmasını ehtimal edə bilərdi. Digər tərəfdən iddiaçı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 6(001)- 111/2021 saylı və xx.xx.2022-ci il tarixli, 6(001)-78/2022 saylı qərarlarına istinad edərək əqdin onun aldadılması nəticəsində bağlandığına əsaslanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 6(001)-111/2021 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Rəspublikası Ekologiya və X21 Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən Ayırması 00611 nömrəli Aktına əsasən Bakı şəhəri, Qradağ rayonu, Şahqaya yatağında yerləşən X18 istifadəsində və sahibliyində olan ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinə dair sənəd saxtadır (qanunsuz hazırlanmışdır), həmin sənəd əsasında X14 İddiaçı ilə xx.xx.2021-ci il tarixli Birgə Fəaliyyətə dair müqavilə bağlanmasında saxta sənəddən istifadə edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli, 6(001)-78/2022 saylı qərarında Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Rəspublikası Ekologiya və X21 Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən Ayırması 00611 nömrəli Aktına əsasən Bakı şəhəri, Qradağ rayonu, Şahqaya yatağında yerləşən X18 istifadəsində və sahibliyində olan ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinə dair sənəd saxtadır (qanunsuz hazırlanmışdır), həmin sənəd əsasında X14 İddiaçı ilə xx.xx.2021-ci il tarixli Birgə Fəaliyyətə dair müqavilə bağlanmasında saxta sənəddən istifadə edilmişdir. Belə olan halda xx.xx.2021-ci il tarixli “Birgə fəaliyyətə dair müqavilə”nin aldatma yolu ilə bağlanmasına münasibətdə Mülki Məcəllənin 339-cu maddəsinin dispozisiya şərtləri nəzərdən keçirilə bilər. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış əqdin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). İddiaçının əqdi aldatma nəticəsində bağladığı güman edildiyi halda, bu zaman Mülki Məcəllənin 354.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddə əqdin etibarsızlığı növlərindən yalnız birində - mübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutur. Məlum olduğu kimi, bu növ etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə yanılma halında şəxsin yanıldığını bildiyi andan bir ay, digər hallarda isə müvafiq olaraq, aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir (Mülki Məcəllə, maddə 354.2). Tərəf bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını birdəfəlik itirdiyi üçün həmin müddətlər kəsici müddətlər hesab edilir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuş hüquqi mövqeyə görə “....Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli” Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən mübahisə edilən əqdlər Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuş səbəblərə görə (aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s.) şəxsin iradəsinin zədələnməsi nəticəsində bağlanmış əqdlərdir. Belə əqdlər iradəsi zədələnmiş şəxs onu mübahisələndirənə qədər etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, həmin hallarda əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə əqdi mübahisələndirmək hüququ verilir. Mülki Məcəllənin 354.2-ci maddəsindəki bir illik və bir aylıq müddət də məhz bu kimi hallarda əqdi mübahisələndirmək üçün nəzərdə tutulmuş kəsici müddətdir. Başqa sözlə əqdin tərəfi həmin müddətdə əqdi (Mülki Məcəllənin 337.2- ci maddəsində göstərilən qaydada) mübahisə etdikdə onu bağlandığı andan etibarsız hala gətirir, etmədikdə isə mübahisələndirmək hüququ aradan qalxır və hüquqi müstəvidə əqd etibarlı kimi qalmaqda davam edir. Nəzərə alınmalıdır ki, iddia müddətlərindən fərqli olaraq kəsici müddətlər birbaşa nəzərdə tutulan hallar istisna olmaqla dayandırılmır, kəsilmir və bərpa edilmir. İş materiallarından belə müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixli “Birgə fəaliyyətə dair müqavilə”bağladıqdan qıssa müddət sonra aldadıldığından şübhələnərək polis orqanına şikayət etmiş, Binəqədi RPİ-nin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Lakin bundan üç il müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır ki, bununla da Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş kəsici bir illik müddəti ötürərək, xx.xx.2021-ci il tarixli “Birgə fəaliyyətə dair müqavilə”ni mübahisələndirmək imkanını birdəfəlik itirmişdir. Belə olan halda məhkəmə tələbin xx.xx.2021-ci il tarixli “Birgə fəaliyyətə dair müqavilə”nin etibarsız hesab edilməsi hissəsi təmin edilə bilməz. İddianın 20000 (iyirmi min) manat məbləğində mənəvi zərərin cavadehdən tutulması hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X22 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Hazırkı halda iddiaçıya mənəvi zərərin vurulması tələbinə dair heç bir sübut təqdim olunmamaqla yanaşı, bu tələb bilavasitə yuxarıda qeyd olunan digər iddia təbləri ilə bağlıdır. Həmin tələbləri əsassız hesab edən məhkəmə, iddiaçıya mənəvi zərərin ödənilməsi ilə bağlı tələbini də əsaslı saya bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar