Məhkəmə qərarları › İş №2(001)-4829/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4829/2021

24.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4829/2021 24.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçılar İddiaçı2 (eyni zamanda digər iddiaçıların nümayəndəsi qismində), onun və digər iddiaçıların vəkili Vəkil2, Cavabdeh2, onun və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 X9 ilə 05 sentyabr 1993-cü il tarixdə ailə qurmuşdur. Həmin nikahdan onların xx.xx.1994-cü il təvəllüdlü oğlum İddiaçı3 və xx.xx.1998-ci il təvəllüdlü İddiaçı1 doğulmuşdur. X9 1-ci Qarabağ müharibəsi veteranıdır. Onlar 1993-cü il tarixdən ünvan 1 ünvanda yaşayırlar. Həmin həyətdə İddiaçı2 qayınanası Cavabdeh1, qaynı Cavabdeh2 da yaşayırlar. İddiaçı2 və uşaqları 2014-cü il tarixə kimi ünvan 2 ünvanda qeydiyyatda olmuşlar. Sonra hazırda yaşadıqları ünvana qeydiyyata düşmüşlər. Həyət ümumu həyətdir və Cavabdeh1 adınadır. X3 Hərbi qulluqçu kimi Fövqəladə Hallar Nazirliyində işləyirdi. O, 02 sentyabr 2008-ci il tarixdə qəflətən vəfat etmişdir. X5 adına özünün sürdüyü maşın var idi. Onun qırxı çıxmağına bir neçə gün qalmış qaynı dedi ki, maşını satır və İddiaçı2 imzası lazımdır və onu bir ağ vərəqə imza etdirdi. Bundan sonra daha heç nə bilmir. Qısa müddət keçməmiş qaynı ona 2500 manat verərək bildirdi ki, maşın satılmış, bu da onun payıdır. Daha sonar heç nə demədilər. 2020-ci ilin dekabrında İddiaçı2 umumi istifadədə olan evdən paylarının müəyyən olunması üçün “Asan Xidmətə “ müraciət etmiş və orada ona bildirdilər ki, yoldaşı subay olub və 11 saylı notariat kontorunda vərəsəlik işi açılıb. Nuriyeva X4 rayonunda yerləşən 11 saylı notariat kontoruna müraciət etmiş və orada ona yoldaşı X5 adına açılmış vərəsəlik işini təqdim etdilər. Həmin işlə tanış olandan sonra ona məlum oldu ki, onun xəbəri olmadan qayınanası Cavabdeh1 və qaynı Cavabdeh2 vərəsəlik şəadətnaməsi almaq üçün 11 saylı notariat kontoruna müraciət etmiş və X5 evli olması və iki uşağının olmasını gizlətmişlər. Cavabdehlər İddiaçı2 məhrum həyat yoldaşına məxsus olan miras əmlakı öz adına rəsmiləşdirmiş, rəsmiləşdirmə zamanı isə qanunsuzluğa yol verilərək, digər vərəsələr - İddiaçı2 və iki övladının mövcud olmasını gizlədilmiş, notariat kontorunda vərəsələrin dairəsi tam göstərilməmişdir. Notariusun hərəkətləri isə hüquqa zidd olmuş, qanunsuz sənədləşmə işləri aparılmaqla, İddiaçı2 qaynı miras əmlak üzərində onların da paylarına sahib olmuş, vərəsəlik hüquqlarını pozmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, avtomobilə dair vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirsə də, gələcəkdə həmin əmlaka dair hər hansı tələb irəli sürmək fikri yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında məhkəməyə bildirdi ki, notariusun hərəkətlərinə cavabdeh ola bilməz. Hansı səbəbdən qardaşının subay olaraq qeyd olunmasından məlumatı yoxdur, notariat kontorunda sənədləri oxumadan imzalamışdır. İddiaçı2 11000 manat məbləğində sığorta ödənişindən məlumatı olmuş, həmin pullar onun evinin damının təmirinə xərclənmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etmədi və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materialların olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, X2 (Nuriyeva) Sevinc Qəzənfər qızı ilə 05.09.1993-cü il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.1994-cü il təvəllüdlü İddiaçı3 və xx.xx.1998-ci il təvəllüdlü İddiaçı1 doğulmuş, 02.09.2008-ci il tarixdə Nuriyev Abusət Məmməd oğlu ölmüşdür. İş materiallarında olan Nuriyev Abusət Məmməd oğlunun vərəsəlik işinin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 ərizələrlə Bakı şəhər 11 saylı Dövlət Notariat Kontoruna müraciət edərək Nuriyev Abusət Məmməd oğlunun subay olması, onlardan başqa vərəsələrinin olmamasını bildirmiş və gələcəkdə bu vərəsəlik işi ilə bağlı hər hansı bir iddia ortaya çıxarsa məsuliyyəti öz üzərlərinə götürmüşlər. Bundan sonra Cavabdeh1 02.09.2008-ci il tarixdə vəfat etmiş oğlu – X7 məxsus olan, ona düşən bütün əmlakdan digər oğlu – Cavabdeh2 xeyrinə imtina etmişdir. Nəticədə Cavabdeh2 09.11.1998-ci il tarixdə verilmiş AA 175237 №li, buraxılış ili 1995-ci il, mühərrik R349121, ban: n-siz, RENO 12 minik markalı avtomobilə dair AN – İ ******* nömrəli və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 01.12.2008-ci il tarixli, 07-02-2686 №-li “Hərbi qulluqçuların X12 Sığortası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 11000 manat sığorta ödənişinə dair AN – İ ******* nömrəli Qanun üzər vərəsəlik hüququ haqqında şəhadətnamələr (07.10.2008-ci il və 03.12.2008-ci il) verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1160-cı maddəsinə görə, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda göstərilmişdir ki, ... Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. ... Vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında vərəsənin ərizəsində ölən qohumundan qalmış mirası qəbul etməsi (qohumluq əlaqəsi göstərilməklə) və ünvanlandığı notariat ofisinin adı, vərəsə və miras qoyanın soyadı, adı və atasının adı, onların ünvanı, mirasın açıldığı vaxt göstərilməli, digər vərəsələrin miras açılanadək yaşayış yeri sadalanmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia tələbi qismən təmin edilməli, 09.11.1998-ci il tarixdə verilmiş AA 175237 №li, buraxılış ili 1995-ci il, mühərrik R349121, ban: n-siz, RENO 12 minik markalı avtomobilə dair 07.10.2008-ci il tarixli, AN – İ ******* saylı və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 01.12.2008-ci il tarixli, 07-02-2686 №-li “Hərbi qulluqçuların X12 Sığortası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 11000 manat sığorta ödənişinə dair 03.12.2008-ci il tarixli, AN – İ ******* saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 09.11.1998-ci il tarixdə verilmiş AA 175237 №li, buraxılış ili 1995-ci il, mühərrik R349121, ban: n-siz, RENO 12 minik markalı avtomobilə və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 01.12.2008-ci il tarixli, 07-02-2686 №-li “Hərbi qulluqçuların X12 Sığortası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 11000 manat sığorta ödənişinə vərəsəlik hüquqları tanınmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 09.11.1998-ci il tarixdə verilmiş AA 175237 №li, buraxılış ili 1995-ci il, mühərrik R349121, ban: n-siz, RENO 12 minik markalı avtomobilə dair 07.10.2008-ci il tarixli, AN – İ ******* saylı və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 01.12.2008-ci il tarixli, 07-02-2686 №-li “Hərbi qulluqçuların X12 Sığortası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 11000 manat sığorta ödənişinə dair 03.12.2008-ci il tarixli, AN – İ ******* saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 09.11.1998-ci il tarixdə verilmiş AA 175237 №li, buraxılış ili 1995-ci il, mühərrik R349121, ban: n-siz, RENO 12 minik markalı avtomobilə və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 01.12.2008-ci il tarixli, 07-02-2686 №-li “Hərbi qulluqçuların X12 Sığortası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 11000 (on bir min) manat sığorta ödənişinə vərəsəlik hüquqları tanınsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılara ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar