Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4836/2021 07.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı etibarnamə əsasında ünvan 1 ünvanında apardığı tikintinin cavabdehin vəsaiti hesabına sökülməsinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “aparılmış tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən etibarnamə əsasında Bakı şəhəri Binəqədi qəsəbəsi Ramazanov küçəsi döngə 1, ev 3A ünvanının qarşısında ünvan 1 ünvanında apardığı tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin sənədlərini tədqiq edib iddia ərizəsinin baxılmamış saxlanması qənaətinə gəlir. Bakı Apellyasiya Məhkəməsinin 07.07.2021-ci il tarixli 2(103)-6962\2021 saylı qərardadından müəyyən olunur ki, Cavabdeh tərəfindən verilmiş şikayətin qismən təmin edilərək hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4836/2021 saylı, 27.05.2021-ci il tarixli qərardadının ləğv edilməsi və hazırkı iddia ərizəsinin yolverilməzliyi ilə bağlı məsələsinin müəyyən edilməsi üçün iş materiallarının rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qanuni qüvvəsini alan Bakı Apellyasiya Məhkəməsinin 07.07.2021-ci il tarixli 2(103)- 6962\2021 saylı qərardadı ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı “aparılmış tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən etibarnamə əsasında ünvan 2 ünvanının qarşısında ünvan 3 ünvanında apardığı tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın təmini tədbiri barədə ərizə verərək, ona məxsus Bakı şəhəri Binəqədi qəsəbəsi Ramazanov küçəsi döngə 1, ev 3A ünvanının qarşısında ünvan 1 ünvanında təmir və tikinti işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, həmin tikilini etibarnamə əsasında X1 almışdır və orada təmir və bir sıra əlavə işlər həyata keçirir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili R.Məmmədzadə şikayətlə razılaşmayaraq, məhkəməyə Binəqədi Rayon Məhkəməsinin 2(001)-3899/2019 saylı, 14.06.2019-cu il tarixli qətnaməsini təqdim edərək, bildirmişdir ki, iddiaçı tərəf bundan öncə cavabdeh kimi X3 qoymaqla hazırkı iddia ərizəsi, eyni zamanda iddianın təmin tədbirinə dair ərizəylə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3899/2019 saylı, 03.05.2019-cu il tarixli qərardadı ilə iddianın təmin tədbirinə dair ərizəsi təmin edilmiş, həmin ünvanda tikinti işlərinin aparılması cavabdehə qadağan olunmuş, rayon məhkəməsinin eyni saylı, 14.06.2019-cu il tarixli qətnaməsi ilə onların iddia tələbi təmin edilməmişdir. Sonradan həmin iş üzrə cavadeh C.Bayramov iddianın təmin tədbiri barədə qərardadın qadağasından yayınmaq üçün hazırkı iş üzrə Cavabdeh etibarnamə vermiş, indi həmin ünvanda tikintini formal olaraq bu xanım davam etdirir. İddiaçı da məcbur olub eyni iddia tələbi ilə Cavabdeh qarşı məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. Qanuni qüvvəsini alan Bakı Apellyasiya Məhkəməsinin 07.07.2021-ci il tarixli 2(103)- 6962\2021 saylı qərardadı ilə daha sonra müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçı eyni ünvanda-Bakı şəhəri Binəqədi qəsəbəsi Ramazanov küçəsi döngə 1, ev 3A ünvanının qarşısında ünvan 1 ünvanında etibarnamə əsasında Cavabdeh tərəfindən aparılan tikintinin sökülməsini tələb etdiyindən, nə qədər ki, hazırkı iddia ərizəsi artıq icraata qəbul olunduğundan rayon məhkəməsi bu halları araşdırmalı, iddiaçının təqdim etdiyi Binəqədi Rayon Məhkəməsinin 2(001)-3899/2019 saylı, 14.06.2019-cu il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsini müəyyən etdiyi halda, hazırkı iş üzrə icraata xitam verilməli olub-olmamasını (maddə 261.0.2.), eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə işin həmin və ya digər məhkəmənin icraatında olmasını müəyyən edərsə, hazırkı iddia ərizəsinin baxılmamış saxlanması məsələsini (maddə 259.0.4) aydınlaşdırmalı və buna müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3899/2019 saylı 03.05.2019-cu il tarixli qərardadından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi qəsəbəsi Ramazanov küçəsi döngə 1, ev 3A ünvanında İddiaçı evinin qarşısında cavabdeh X2 tikdiyi yarım tikilinin davamı olaraq tikinti işlərinin aparılmasının X4 qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3899/2019 saylı 14.06.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdeh X4 qarşı cavabdehin Bakı şəhəri Binəqədi qəsəbəsi Ramazanov küçəsi döngə 1, ev 3A ünvanının qarşısında apardığı tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28.07.2021-ci il tarixli 2(103)-186\2021 saylı qərardadından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3899/2019 saylı 14.06.2019-cu il tarixli qətnaməsindən İddiaçı apellasiya şikayəti vermiş, mülki iş üzrə icraat İddiaçı Teesib oğlunun Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Binəqədi rayon İcra Hakimiyyətinin X5 tərəfindən aparılan tikinti işləri ilə əlaqədar hərəkətsizliyinin qanunsuz hesab edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(81)-3740\2019 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburi olduğundan, hazırkı mülki iş üzrə Cavabdeh etibarnamə verilmiş şəxs kimi əvvəlki iş üzrə cavadeh C.A.Bayramovu təmsil etdiyindən, araşdırma zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3899/2019 saylı 14.06.2019-cu il tarixli qətnaməsinin qanuni qüvvəyə minmədiyi, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olmasını müəyyən edildiyindən hazırkı mülki iş iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0. maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa; Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.4. 263-264, 266- 268, 399-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdeh qarşı etibarnamə əsasında ünvan 1 ünvanında apardığı tikintinin cavabdehin vəsaiti hesabına sökülməsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4836/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4836/2021
07.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver