Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4837/2024 07.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və "xxxx" MMC cəlb edilməklə) “zəbt edilmiş ərazinin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və "xxxx" MMC cəlb edilməklə) “zəbt edilmiş ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə Cəbrayıl rayonundan ailəsi ilə birlikdə məcburi qaçqın düşmüşdür. Respublikanın bir neçə rayonunda qaçqın kimi yaşamış, həmin müddətdə kiçik bizneslə məşğul olmuş, hal-hazırda biznes fəaliyyəti ilə məşğul olur. Bakı şəhəri, Binəqədi rayonu, 51C ünvanında yerləşən 1338.7 kv/m ümumi sahəsi, 1193.8 kv/m əsas, 144.9 kv/m köməkçi sahədən ibarət olan qeyri-yaşayış binası tikmişdir. Həmin əraziyə xx.xx.2008-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya nömrəsi: ******* olan Çıxarış almışdır. Cavabdeh ona məxsus 1338.7 kv/m olan qeyri-yaşayış sahəsinin 40 kv/m ərazisini qanunsuz olaraq zəbt etmişdir. Bu ilin aprel ayında AQTA tərəfindən yoxlama aparılıb və Əlinin orada qanunsuz ət kəsimiylə məşğul olması məlum olmuşdur. Bununla bağlı cavabdehin fəaliyyətinə qadağa qoyulmuşdur. Onun dəfələrlə ərazini boşaltması barədə müraciətinə məhəl qoymayıb, ərazini boşaltmır. Onun mülkiyyət hüquqları və biznes maraqlarını kobud şəkildə pozur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, həmin yerin təmiri üçün o, pul xərcləmişdir. İddiaçı ona 20000 manat verdiyi halda o, həmin ərazidən çıxar. Eyni zamanda ona pul verilməzsə o, məhkəmədə iddia qaldıracağını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1338.7 kv.metr, əsas sahə 1193.8 kv.metr, köməkçi sahə 144.9 kv.metrdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində istifadədə olan 0.06225 ha torpaq sahəsində yerləşən 51C nömrəli, 1338.7 kv.m ümumi, 1193.8 kv.m əsas, 144.9 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 1415 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi: xx.xx.2008-ci il. “İcarədar” "xxxx" MMC-nin direktoru X2 ilə “İcarəçi” Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 20 kv.m təşkil edən qeyri-yaşayış sahəsindən "xxxx" MMC-yə məxsus qeyriyaşayış sahəsini ofis-xidmət göstərməsi üçün Cavabdeh 6 ay müddətinə istifadəsinə verilmişdir. İddiaçı (İcarəyə verən) və Cavabdeh (İcarədar) arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən ELMED TİBB MƏRKƏZİ KLİNİKASİ-nın 1-ci mərtəbəsində 28 m² qeyri-yaşayış sahəsini sahibkarlıqla məşğul olması məqsədilə Cavabdeh 10 ay müddətinə istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Qida təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, ünvan 5 ünvanında fəaliyyət göstərən ət satışı mağazasında yoxlama keçirilmiş, aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda müəssisə rəhbərliyinə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə riayət edilməsi barədə icrası məcburi göstərişlər verilmiş və bu sahədə qanunvericiliyin tələbləri izah edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, hazırda cavabdeh iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan qeyri-yaşayış sahəsini zəbt etməklə iddiaçının həmin qeyriyaşayış sahəsindən istifadə etməsinə maneə yaradır. Əlavə olaraq məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iş materiallarında olan icarə müqavilələrinin müddətləri bitmiş və həmin müqavilələrdən birini iddiaçının oğlu, digərini isə iddiaçı özü bağlamışdır. Ümumiyyətlə müəyyən olunmuşdur ki, həm "xxxx" MMC-nin sahibi, həmçinin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçisi İddiaçıdur. Belə olan halda, iddiaçı mülkiyyətçi kimi hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-4837/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4837/2024
07.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver