Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4838/2021 16.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22.000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, qızı X1 ailəsində mənzil problemi səbəbindən yaranan münaqişələrin aradan qaldırılması məqsədi ilə keçmiş həyat yoldaşı – Cavabdeh ilə birgə nikah dövründə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 23 saylı evin 170 saylı mənzili 58.000 manata satın almış və həmin pulun 22.000 manatı iddiaçı tərəfindən cavabdehə borc qismində verilmişdir. İddiaçı cavabdehə borc qismində verdiyi pulun 22.000 manat pulun 13.000 manatını "xxxx"dan kredit şəklində götürülmüşdür. Qalan 9.000 manatı isə iddiaçı və yaxın qohumların köməkliyi ilə toplanmışdır. Mənzilin alınmasın ödənilən 34.000 manat isə cavabdeh tərəfindən ödənilmişdir. Lakin Cavabdeh yenidən 1 (bir) il sonra alınmış mənzili satmaq fikrinə düşdüyündən ailə problemlər yaranmış, tərəflərin razılığı nikahları məhkəmə qaydasında pozulmuşdur. Həmçinin məhkəmə qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş mənzil birgə mülkiyyət hesab edilərək, tərəflərin ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Mübahisə predmeti olan 2 otaqlı təmirsiz mənzilin tərəflərə ayrılan ½ hissədə pay bölgüsü müqabilində Bakı şəhərində mənzil almaq mümkün olmadığından, iddiaçı cavabdehə borc qismində təqdim etdiyi 22.000 manat pulu geri qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin halları - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1769/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə X4 arasında olan nikahın pozulması, birgə nikahdan olan övladları 20.08.2010-cu il təvəllüdlü X12 və 02.11.2012-ci il təvəllüdlü X8 analarının yanında qalmaları, uşaqların yetkinlik yaşına çatanadək Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2963/2021 saylı, 21.04.2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 23 saylı evin, 170 saylı mənzili (yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 165, M4, m2) Cavabdeh ilə X1 birgə mülkiyyəti kimi müəyyən edilməsi, həmin mənzilin üzərində ½ hissədə Cavabdeh, ½ hissədə X1 payının müəyyən edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6308/2021 saylı, 02.07.2021-ci il tarixli qətnaməsinə əsasən, X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2963/2021 saylı, 21.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 08.05.2021-ci il tarixli arayışdan və 101804-692813/1, 101804-692813/2 və 101804-692813/3 nömrəli kredit müqavilələrindən görünür ki, İddiaçı 29.04.2019-cu ildə tarixdə 1-ci müqaviləyə əsasən 6000 manat, 30.04.2019-cu il tarixli 2-ci müqaviləyə əsasən 4000 manat verilmiş kreditlər tam ödənilmiş, 09.12.2020-ci il tarixli 3-cü müqaviləyə əsasən isə 3000 manat krediti aktivdir. - AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC tərəfindən verilmiş 17.05.2021ci il tarixli 003 saylı arayışdan görünür ki, İddiaçı oğğlu "xxxx" MMC-də şöbə rəisi vəzifəsində işləyir və ona MMC tərəfindən 23.04.2019-cu il tarixdə 3000 manat ssuda verilmiş və 31.07.2020ci il tarixdə isə ssudanı tam ödəmişdir. - 17.05.2021-ci i tarixli aktda əsasən, X13, X5 və X9 akt imzalayaraq, Cavabdeh Təvkgül oğlu ilə X1 birgə nikah dövründə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 23 saylı evin, 170 saylı mənzilin satın alınmasında çatışmayan 6000 manat pul vəsaiti şahidlərin iştirakı ilə X13 tərəfindən İddiaçı borc olaraq verilmişdir. - 30.10.2017-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.9 m2, yaşayış sahəsi 30.05 m2 olan 2 otaqlı mənzil Cavabdeh tərəfindən 55.000 (əlli beş min) manata X2 alınmışdır. - Məhkəmənin 17.08.2021-ci il tarixli iclasında şahid qismində izahat verən X6 bildirmişdir ki, Kamran 4 bacının 1 qardaşıdır. L. Nuriyeva ilə artıq boşanıblar. Əmlakı onlar qardaşı üçün alıblar. 2017-ci ildə o, 15000 manat borc vermiş, digər bacıları isə Rusiyadan hər biri 5000 manat göndəriblər, 30.000 manatı isə anası verib. Qardaşı onun borcunu hələ də qaytarmayıb. Keçən il borcunu istəyəndə qardaşı bildirib ki, pulum yoxdur, apar maşınımı sat pulunu götür. Anaları 30.000 manatı əvəzsiz olaraq verib, o, isə borc verib. Bacıları da həmçinin pulu əvəzsiz veriblər. - Məhkəmənin 17.08.2021-ci il tarixli iclasında şahid qismində izahat verən X7 bildirmişdir ki, iddiaçı Həzrətqulu onun keçmiş qudasıdır. Mübahisəli evin 30.000 manatını o, 25.000 manatını isə qızları verib. L.Nuriyeva ayrı yaşamaq istədiyindən və ailə dağılmasın deyə, məcbur qalıb ayrı ev almışlar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, mənzil alınan zaman pulun 22.000 manatını o Cavabdeh vermiş, sonuncu həmin pulla birlikdə notariusa gedərək, mənzilin alqı-satqısını həyata keçirmişdir. Mənzilin alınması ilə bağlı qalan xərcləri isə o çəkmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ona heç bir pul verməyib, pul onun ailəsinin köməkliyi ilə yığılıb və mənzil alınıb. Həmçinin qeyd etdi ki, əgər iddiaçı ona pul versəydi, mənzilin onun adına alınmasına razı olmazdı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil iddia tələbini qəbul etmədiklərini bildirdi ki, iddiaçı iddia ərizəsində guya borcun verilməsinə dair sübut kimi təqdim etdiyi pullar özü tərəfindən qeyd edilən mənzilin alınmasından azı 2 il sonra banklardan kredit və işlədiyi müəssisədən alınmışdır. Bu da onu sübut edir ki, qeyd edilən məbləğləri iddiaçı heç bir halda cavabdehə mənzilin alınması məqsədi ilə borc kimi verə bilməz, həmin pulları iddiaçı maddi vəziyyəti ilə əlaqədar, şəxsi istifadə məqsədilə ilə almışdır. Həmçinin iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş akta münasibətdə bildirdi ki, həmin akt iddiaçının yaxın qohumları tərəfindən mənzilin alqı-satqısından 4 il sonra tərtib edilmiş, həmin aktda da pulun Cavabdeh verilməsi barəsində heç bir məlumat göstərilməmiş, iddiaçının özünün Zabil Həmidovdan borc aldığı qeyd edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçının pulu borc verməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilmədiyini bildirərək, tələbin rədd edilməsini xahiş etdi. - Məhkəmənin 07.09.2021-ci il tarixli iclasında izahat verən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 bildirmişdir ki, cavabdehlə evlilik dönəmində 34.000 manat pulları olub. Avtomobil alıb daha sonra 11000 manata satıblar. Həmçinin Kamran “Samsung” mağazasında işləyirdi. Evliliklərinin ilk vaxtlarda evdən qovulmaq söhbəti olduğundan həmişə pul yığmağa çalışıblar. Bu puldan heç kimin xəbəri olmayıb. Daha sonra evin alınması üçün 34 000 manat pulu Kamran gətirib ona vermiş, 12.000 manatı atası dostundan almış və 9 000 manatı da xalasının yoldaşından götürmüşlər. Ümumi pulun məbləği 58.000 manat olmuşdur, ondan 55.000 manatı ödəyərək evi almışlar. Qalan 3000 manat əlavə ödənişlərə xərclənib. Evi 2017-ci il oktyabrın 29-u almış, dekabrın 16-da köçüblər. 2 ay ərzində atası evi təmir etdirib. 2 ildən artıq müddətdə o evdə yaşamışlar. Kamran atasından pul götürməyə razı deyildi, atası da borc kimi verib. Bundan sonra Kamran özü evin onun adına alınmağını istəyib. Ayrı yaşasalar da, Kamranın ailəsi onlardan əl çəkməyib, Kamrana təzyiq edirdilər ki, o, evi satsın. İddia ərizəsinə dair etiraz İddia ərizəsinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilməmişdir. Çünki qanunvericiliyin tələblərinə uyğun olaraq borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin məhkəmə tərəfindən iddiaçı ilə cavabdeh arasında borc münasibətlərinin (yazılı müqavilə) olması müəyyən olunmadı və işin hər hansı halı ilə təsdiq edilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ET Dİ : İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-4838/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4838/2021
16.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver