Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4841/2024 30.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 6000 manatın bank faizi olan 2850 manat pulun və yola xərclədiyi 1150 manat pulun, ümumi 4000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, dayısı oğlu X7 xx.xx.2020-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra dövlət işinə işə düzəlmək istəyirdi. Həmin ərəfədə o, ünvan 1 ünvanında yerləşən mağazanı işlədirdi. İşlədiyi mağazanın daimi müştərisi olan Mövsümov X4 Hallar Nazirliyində işləyirdi. O, dayısı oğlu həmin Nazirliyə işə qəbulu barədə ondan məlumat almaq istədikdə bu işin düzəlməsi üçün 4000 manat pul lazım olduğunu bildirmiş və o, 2020-ci ilin aprel ayının ortalarında Cavabdeh 4000 manat pul vermişdir. xx.xx.2020-ci ildə ölkədə baş vermiş müharibə ilə bağlı dayısı oğlu X1 bağlı cəbhə xəttinə yola salınmışdır. xx.xx.2020-ci il tarixdə İlham Abbasov cəbhədə ayağından yaralanaraq Bakı şəhərində yerləşən hospitala yerləşdirildi və 14 gün orada müalicə almışdır. Müalicədən sonra İlham Abbasov işə düzəlmək haqqında fikirləşirdi. Onunla telefon əlaqəsi saxlayaraq işin nə yerdə olduğunu soruşmuşdur. O bildirmişdir ki, 5 aydır hələki işdən xəbər yoxdur. X12 Mövsümovla onun işlədiyi mağazada tanış olmuşlar və Cavabdeh yenə də verdiyi sözünün üstündə durduğunu bildirmiş, əlavə olaraq 3000 manat pul verilərsə işə qəbulu əmri ala biləcəyini demişdir. Onlar ümumi olaraq 7000 manatla razılaşmışlar. xx.xx.2021-ci il tarixdə Cavabdeh dayısı oğluna zəng edərək bu işin düzəlməsi üçün ondan rəhbərliyə vermək üçün təcili 2000 manat pul istəmişdir. Dayısı oğlu 2000 manat pulu həmin gün o işlədiyi mağazada Cavabdeh vermişdir. Təxminən 1 aydan sonra Cavabdeh yenidən dayısı oğlu ilə telefon əlaqəsi saxlayıb ondan 4500 manat pul istəmiş və növbəti günə dayısı oğlu İlham Abbasovu FHN-nə işə düzəltmə əmrinin veriləcəyini vəd vermişdir. 2024-cü ilin fevral ayının sonlarına qədər Cavabdehla telefon əlaqəsi saxlasalar da verdiyi vədə əməl etməmiş və verdikləri pul qaytarmamışdır. O, Cavabdeh onu aldatması və 6000 manat pulunu alaraq sonra aradan çıxması barədə Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsi üzrə Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Vüqar Mirzəyev tərəfindən araşdırma aparılmasına baxmayaraq, qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən onun şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işi başlanması rədd olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, Cavabdeh əməlində cinayət tərkibi yoxdur və ona tövsiyyə olunmuşdur ki, o, mülki qaydada məhkəməyə müraciət etsin. Ona görə də, o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, polisə müraciət etdikdən sonra Cavabdeh 6500 manat pulu qaytarmamışdır. Lakin qeyd edir ki, Cavabdeh verdiyi 6000 manatı "xxxx" ASC-dən kreditə götürmüş və həmin pulun banl faizi 2850 manat və yol xərcləri isə 1150 manat təşkil edir. Digər tərəfdən, Cavabdeh onu aldatması ucbatından 1 il 4 ay işsiz qalmışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ondan 6000 manatın, bank faizi olan 2850 manat pulun və iddiaçının yola xərclədiyi 1150 manat pulun, ümumi 4000 manat məbləğində pulun alınaraq iddiaçya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş icraatdadır. O, iddia tələbinə etiraz edir. Bildirir ki, ailə vaziyyəti ilə əlaqədar olaraq iddiaçıdan ayrı-ayrı vaxtlarda ümumilikdə 5500 manat borca pul götürmüşdür. İddiaçıya 6500 manat pul qaytarmışdır. Bunu iddiaçı öz iddia ərizəsində də təsdiq edir. Bundan əlavə iddiaçı iddia ərizəsində güya ona 6000 manat verdiyi, həmin 6000 manatın "xxxx" ASC-dən kredit götürdüyünü və həmin pulun bank faizi 2850 manat və yol xərcləri isə 1150 manat təşkil etdiyini qeyd etmişdir. Digər tərəfdən iddiaçı güya onu aldatdığını və bunun nəticəsində 1 il 4 ay işsiz qalmasını bildirmişdir. Bu ağ yalandan başqa bir şey deyildir. Onun iddiaçıdan borc kimi aldığı pulun iddiaçının işsiz qalmasına heç bir aidiyyatı yoxdur. İddiaçı ona borc kimi verdiyi 5500 manatı ona bütöv şəklində deyil, hissə-hissə ayrı-ayrı vaxtlarda olmaqla vermişdir. Bu bir daha onu sübut edir ki, iddiaçı həmin pulu bankdan kredit götürməmişdir. Hal-hazırda iddiaçya heç bir borcu yoxdu. Bu səbəbdən də hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış 1 saylı HK-555 nömrə ilə qeydə alınmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Mövsümov X5 RPİ-nin 5-ci PB-də verdiyi izahatında bildirmişdir ki, 2021-ci ildə yaşadığı Binəqədi rayonu, Ə.ünvan 2 ünvanın qarşısında «Fərid» marketdə əvvəldən tanıdığı İddiaçı işləmişdir. Qeyd olunan ilin aprel ayında o, ərzaq almaq üçün həmin marketə daxil olmuşdur. Orada İddiaçı ona dayısı oğlu İlham Abbasovu FHN-nə işə düzəltmək üçün ona müraciət etmişdir. O da öz növbəsində ona kömək etməyi söz vermişdir. Bir müddət keçəndən sonra Ayazın dayısı oğlu İlham Abbasovu pandemiyaya görə işə qəbul etməmişlər. Bu barədə Ayaz məlumatlı idi. Pandemiya dövründə övladı X2- 19 virusuna yoluxaraq ağır keçirdiyi üçün o, İddiaçı ona borc pul verməsi ilə bağlı müraciət etmişdir. Ümumilikdə xəstəxana xərclərini İddiaçı tam öz üzərinə götürmüş və xəstəxanaya ümumilikdə 5500 manat pul ödəmişdir. O, Ayazla razılaşmışlar ki, həmin məbləği Ayaz ona borc kimi mütəmadi olaraq qaytaracaqdır. 2023-cü ildə o, yenidən qeyd olunan ünvanda yerləşən «Fərid» marketdə ərzaq alarkən İddiaçı və onun dayısı oğlu İlham Abbasov yenidən ona İlham Abbasov üçün müraciət etmişlər. O, onlara izah etmişdir ki, bir dəfə işə qəbul üçün etdiyi müraciətə imtina verildiyindən 2-ci dəfə müraciət etməyin mənası yoxdur. Həmin zamandan İddiaçı ilə aralarında soyuqluq münasibətləri yaranmışdır. Ayaz dəfələrlə ondan pulunu geri qaytarmasını ondan tələb etmişdir. Lakin həmin zaman onun maddi və mənəvi sıxıntıları olduğu üçün Ayazın ona borc verdiyi pulu geri qaytara bilməmişdir. Ayaz ona pulunu qaytarmadığı təqdirdə polisə şikayət edəcəyini bildirmişdir. O, həmin pulu borc kimi uşağının müalicəsi üçün Ayazdan götürmüşdür. Polisə müraciət etdikdə o, həmin pulu tam şəkildə Ayaza geri qaytarmışdır və əlavə olaraq 500 manat ona gözlətdiyi üçün göndərmişdir. Ümumilikdə bank vasitəsi ilə o, Ayaza 5000 manat pul geri qaytarmışdır. O, İlham Abbasovu sadəcə xidmətə qəbul zaman sənədlərin toplanılmasında ona istiqamət verməyi vəd vermişdir. Lakin o, İddiaçı onun dayısı oğlunu işə düzəltmək üçün pul istəməmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, bank sonuncuya 18 ay müddətinə, aylıq 2.1667% olmaqla 2000 manat məbləğində kredit verilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, bank sonuncuya 24 ay müddətinə, aylıq 2.0833% olmaqla 6600 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X6 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən tələbdə qeyd olunan “6000 manatın bank faizi olan 2850 manat” məbləğində pul vasitəsi barədə iddiaçının iddia qaldırmağa ümumiyyətlə subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarında olan kredit müqavilələrinin surətlərindən görünür ki, həmin məbləği bankdan iddiaçı yox, iddiaçının qeyd etdiyi dayısı X9 götürmüşdür. Belə olan halda həmin iddianı X9 qaldırmaq hüququ var. Həmçinin, iddiaçının tələbdə qeyd etdiyi “yola xərclədiyi 1150 manat” məbləğində pul vasitəsi barədə isə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-4841/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4841/2024
30.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver