Məhkəmə qərarları › İş №2(001)-4845/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4845/2020

14.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4845/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı X1 və Cavabdeh1 qarşı pul tələbi barədə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 60000 manat məbləğində pul vəsaitinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçının oğlu Anar Abbasov ilə Cavabdeh1 iş münasibətləri sayəsində bir-birilərini tanımış, 2017-ci ilin iyun ayında Anar işsiz olduğundan Cavabdeh1 onunla birlikdə meyvə-tərəvəz işi qura biləcəklərini, lakin bunun üçün 80000 manat pul lazım olduğunu demişdir. Anar atası İddiaçı məsələ barəsində danışmış, iddiaçı qardaşı Adil Abbasovdan və qaynı Tahir Əzimovdan hərəsindən 20000 manat olmaqla cəmi 40000 manat pulu borc kimi almış, qalan pulu da öz vəsaiti hesabına tamamlayaraq xx xxxx 2018-ci il tarixdə qohumu Zöhrab Hüseynovla birlikdə Bakı şəhərində yerləşən “Koroğlu parkı”nın yaxınlığında yerləşən kafelərin birində Cavabdeh1 vermişdir. Bir müddət sonra sonuncu ilə əlaqə saxlayıb iş barədə maraqlandıqda Cavabdeh1 işin tezliklə Cavabdeh2 adlı şəxisn sayəsində düzələcəyini demiş, hətta, Cavabdeh2 özü də Anara işin düzələcəyini demişdir. Lakin, həmin vaxtdan xeyli müddət keçdikdən sonra iddiaçı aldandığını başa düşüb pulunu tələb etməyə başlamışdır. Anar Abbasov pulun qaytarılması üçün Cavabdeh2 müraciət etdikdə sonuncu pulu Cavabdeh1lə birlikdə qaytaracaqlarını demiş, puldan 20000 manat qaytarılsa da, qalan məbləğ qaytarılmamışdır. İddiaçı cavabdehlərin əməlləri ilə bağlı müvafiq polis idarəsinə etdiyi müraciətin nəticəsi olaraq X2 və Cavabdeh1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanmış, nəticə olaraq Cavabdeh2 həmin maddələrlə təqsirli bilinərək üzərində qəti oaraq 4 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası və 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza saxlanılmış, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il müddətinə sınaq müddəti tətbiq olunmaqla şərti hesab edilmişdir. Cavabdeh1 da həmin maddələrlə təqsirli bilinmiş, ona 5 il 6 ay müdətə azadlıqdan məhrum etmə və 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilmiş, cəzası 2 il müddətinə sınaq müddəti tətbiq olunmaqla şərti hesab edilmişdir. Cinayət işi üzrə verdikləri ifadələrlə də cavabdehlərin iddiaçıdan 80000 manat pul aldıqları öz təsdiqini tapmışdır. Cinayət işi üzrə həmin pul məbləği rüşvət kimi qiymətləndirilib dövlət nəfinə tutulması qərara alındığından iddiaçı pulunun qaytarılması üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda V.Ə.Tumasov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbələri barədə məhkəməni öncədən məlumatlandırmamışlar. İş üzrə Cavabdeh1 məkhəməyə iddia ərizəsinə etiraz ünvanlamış, etirazda göstərilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin məlum hökmündə nə İddiaçı, nə də onun oğlu Anar Abbasov zərərçəkmiş və ya mülki iddiaçı qismində tanınmamışlar, tələb olunan pul meyvə-tərəvəz ticarəti ilə bağlı deyil, Anar Abbasovun Bakı şəhəridəki kolleclərdən birinə direktor təyin olunması ilə əlaqədar verilmiş rüşvət qismində verilmiş puldur. Cavabdeh1 İddiaçı 80000 manat pul almış, onun 30000 manatını özündə saxlamış, 50000 manatını isə Cavabdeh2 vermiş, sonradan Anar Abbasovun direktor kimi işə düzəlməsi alınmayanda 30000 manatı İddiaçı qaytarmış, qalan 50000 manatın Cavabdeh2 olduğunu bildirmişdir. Buna görə də, iddia ona münasibətdə rədd, digər cavabdehə münasibətdə təmin olunmalıdır. Mülki iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(101)-471/2019 saylı hökmündən görünür ki: Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona CM-nin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə hüququndan məhrum edilməklə CM-nin 178.3.2-ci maddəsi ilə 5 il müddətə, CM-nin 32.4, 312.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3, 66.4-cü maddələrin əsasən təyin edilmiş əsas cəzalar qismən toplanmaq yolu ilə və əlavə cəza əsas cəzaya birləşdirilmək yolu ilə ona 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə və ev dustaqlığında saxlandığı müddət təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası və 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza saxlanılmış, CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il müddətinə sınaq müddəti ilə şərti hesab edilmişdir. Cavabdeh1 Nürəddin oğlu CM-in 178.2.1 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona CM-in 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-in 178.3.2-ci maddəsi ilə 5 il müddətə, CM-in 32.4, 312.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3, 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar qismən toplanmaq yolu ilə və əlavə cəza əsas cəzaya birləşdirilmək yolu ilə ona 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində CMin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 2 il müddətinə sınaq müddəti ilə şərti hesab edilmişdir. Cinayət yolu ilə əldə edilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun Depozit hesabına yerləşdirilmiş 65000 manatın dövlət nəfinə müsadirə edilməsi qərara alınmışdır. İstər ibtidai istintaq, istərsə də, məhkəmə araşdırması zamanı Cavabdeh1 və Cavabdeh2 verdikləri ifadələrlə Cavabdeh1 İddiaçı 80000 manat pul alması, həmin puldan 50000 manatını Cavabdeh2 verməsi öz təsdiqini tapır. İbtidai istintaq zamanı İddiaçı 80000 manat pulu təqsirləndirilən şəxslərə oğlunun kollec direkotru vəzifəsinə düzəltmələri üçün rüşvət qismində verdiyini bildirsə də, məhkəmə iclaslarında həmin pulu meyvə-tərəvəz işi qurmaq üçün verdiyini bildirmiş, məhkəmə onun ifadəsinin pulu məhz iş qurmaq üçün verməsi hissəsini inandırıcı qəbul etməmiş və belə qərara gəlmişdir ki, İddiaçı təqsirləndirilən şəxslər tərəfindən Respublikası Baş Prokurorluğunun Depozit hesabına yerləşdirilmiş 65000 manatın ona verilməsinə nail olmaq üçün bu yöndə ifadə vermişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan hökmlə Cavabdeh2 və Cavabdeh1 İddiaçı 80000 manat məbləğində pul aldıqları öz təsdiqini tapır. İddiaçının nümayəndəsi məhkəmə iclasında 20000 manatın qaytarıldığını bildirmiş və iddia tələbi 60000 manat pulun tutulmasından ibarət olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə əsasən (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır), 60000 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh1 Nürəddin oğlundan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 və Cavabdeh1 qarşı pul tələbi barədə iddiası təmin edilsin. 60000 (altmış min) manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti də müştərək qaydada Cavabdeh2ndna və Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar