Məhkəmə qərarları › İş №2(001)-4859/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4859/2021

25.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4859/2021 25.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ödənilmiş pulun geri qaytarılması tələbinə və Cavabdeh İddiaçı qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və icarə haqqının tutulması barədə qarşılıqlı iddia tələbinə dair mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:̇ İddiaçı Cavabdeh qarşı ödənilmiş pulun geri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.000 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun cəmi 3.030 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, tərəflər arasında bağlanmış 21 aprel 2021-ci il tarixli nəqliyyat vasitəsinin icarəsi haqqında müqavilənin icrayə götürən İddiaçı tərəfindən müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması ilə əlaqədar vaxtından əvvəl ləğv edilməsi, onun mülkiyyətində olan **-TY-*** dövlət qeydiyyat nişanlı “X1” minik markalı nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması, icarə haqqı borcuna görə cavabdehdən 1.200 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili mübahisəni aralarında həll etdiklərini bildirərək iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq mübahisənin tərəflər arasında həll edilməsi barədə razılığa gəlindiyini bildirərək qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin ərizələrini nəzərdən keçirərək hesab edir ki, ilk və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Cavabdeh İddiaçı qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və icarə haqqının tutulması barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar