Məhkəmə qərarları › İş №2(001)-4867/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4867/2021

31.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4867/2021 31.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı iddia ərizəsini və əlavə olunmuş sənədləri 31 may 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə mhəkəməyə müraciət edərək ərizəsinə əlavə etdiyi məhkəmə qətnamələrinin və hökmün nəzərə alınmasını, habelə, ona məxsus, ünvan 1 ünvandan yaşayış sahəsinə aid olan payına düşən torpaq sahəsinin üzərində hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəni nəzərdən keçirərkən məlum olur ki, ərizə Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 149.2.2 və 149.2.3-cü maddələrinin tələblərinə cavab vermir. Həmin maddələrin tələbinə görə ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, cavabdehə qarşı yönələn tələb göstərilməlidir. Hazırki iddia ərizəsində iki fərqli tələb göstərilmişdir ki, onlardan birincisi, yəni qətnamələrin və hökmün nəzərə alınması aydın tələb deyildir. Tələbin ikinci hissəsi isə inzibati orqan üzərinə vəzifə qoyulmasından (mülkiyyət hüquqlarının qeydə alınması) ibarətdir ki, bu hissədə iddiaçı ilə inzibati orqan arasında yaranan mübahisə ilə bağlı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar