Məhkəmə qərarları › İş №2(001)-4899/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4899/2024

18.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4899/2024 18.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsi Bələdiyyəsinin cəlbi ilə qərarın qəbul edilməsinə dair öhdəliyin qoyulması və istifadə hüququnun tanınmasına dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsi Bələdiyyəsinin cəlbi ilə qərarın qəbul edilməsinə dair öhdəliyin qoyulması və istifadə hüququnun tanınmasına dair ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, ərizənin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmiş, ərizəyə hazırki halda mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. İlk öncə ərizəni və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ərizəçi inzibati orqanın üzərinə müvafiq qərarın qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Bununla əlaqədar məhkəmə bildirir ki, inzibati orqanın üzərinə qərar qəbul edilməsi ilə əlaqədar iddialara qanunvericiliyin tələbi əsasında yalnız inzibati məhkəmə icraatı qaydasında baxılması mümkündür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi İddiaçı maraqlı şəxs Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsi Bələdiyyəsinin cəlbi ilə qərarın qəbul edilməsinə dair öhdəliyin qoyulması və istifadə hüququnun tanınmasına dair ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması səbəbindən icraata götürülməsindən imtina olunmalı, ərizəçiyə müvafiq qaydada inzibati məhkəməyə müraciət etməsi tövsiyyə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: Ərizəçi İddiaçı maraqlı şəxs Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsi Bələdiyyəsinin cəlbi ilə qərarın qəbul edilməsinə dair öhdəliyin qoyulması və istifadə hüququnun tanınmasına dair ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata götürülməsindən imtina edilsin. Ərizəçiyə izah edilsin ki, irəli sürdüyü tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar