Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4907/2024 18.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktına və miras əmlaka payların müəyyən edilməsinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktına və miras əmlaka payların müəyyən edilməsinə dair iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Daxil olmuş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmiş, tələbin bir hissəsi xüsusi icraat qaydasında baxılmalı olan hüquqi faktın təsdiqi, digər hissəsi isə mübahisəli iddia icraatı qaydasında verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarılır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30- 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə məhkəmə məhz hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər kimi xüsusi icraat qaydasında baxılmalıdır. Təqdim olunmuş iddia ərizəsi və əlavə olunmuş sənədləri nəzərdən keçirərkən məlum olur ki, tələbin bir hissəsi xüsusi icraat qaydasında - mirasın qəbul edilməsi faktının tanınması, digər hissədə isə mübahisəli mahiyyət daşıyan iddia icraatı qaydasında - miras əmlakda payların müəyyən edilməsi məzmununda verilmişdir. Mülki prosessual qanunvericilik isə fərqli icraatlara dair tələblərin birlikdə baxılmasını istisna edir. Beləliklə, məhkəmə İddiaçı Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktına və miras əmlaka payların müəyyən edilməsinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə qanunun tələbinə uyğun verilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı (FİN xxxxxxx) Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktına və miras əmlaka payların müəyyən edilməsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər (dövlət rüsumu qəbz ********** ) geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-4907/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4907/2024
18.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver