Məhkəmə qərarları › İş №2(001)-4913/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4913/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4913/2020 10.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh MMC-yə qarşı maddi ziyana görə 739 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 769,40 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh MMC-yə qarşı maddi ziyana görə 739 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 769,40 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Sultanlı Mələk Rövşən qızı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2013-cü il tarixdə Cavabdeh MMC-yə məxsus X7 tərəfindən idarə olunan Hyundai County markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Quba yolunun 8-ci km-də manevretmə qaydasını pozaraq X3 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış Subaru XV markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Hyundai County markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində icbari sığorta şəhadətnaməsi olmamışdır. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh MMC-nin mülkiyyətində olan Hyundai County markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki, həmin Qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində X5 təqsirli olması DYPİ-nin AYP 541098 saylı inzibati xəta haqqında protokolunda öz əksini tapmışdır. xx.xx.2013-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta uyğun olaraq Subaru XV markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə 839 manat ziyan dəymişdir. MİP-120101-U38 saylı sığorta müqaviləsinin 431/2013 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 100 manat azadolma məbləği çıxmaqla 739 manat sığorta ödənişi həyata keçirmişdir. Ona görə də X3 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış Subaru XV markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 739 manat sığorta ödənişi məbləği və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 769,40 manatın Cavabdeh MMCdən tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) AB № 769143 saylı xx.xx.2012-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi surətindən müəyyən olunur ki, 2012-ci il buraxılışlı Subaru XV minik markalı ** BU *** qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətindədir. xx.xx.2012-ci il tarixli MİP-120101-U38 saylı avtonəqliyyat vasitələrinin sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, X3 məxsus Subaru XV markalı ** BU *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixə qədər sığorta məbləği 25500 manat, azadolma məbləği 100 manat olmaqla sığorta haqqı 852 manat olmaqla İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. AB № 745617 saylı xx.xx.2011-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi surətindən müəyyən olunur ki, 2008-ci il buraxılışlı Hyundai County avtobus markalı ** JF *** qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası DİN Baş Dövlət X10 xx.xx.2013-cü il tarixli AYP 541098 saylı inzibati xəta haqqında protokolun surətindan müəyyən olunur ki, X4 Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42 maddəsinin V bəndinin tələbini pozaraq yol vərəqəsi ilə idarə etdiyi Hyundai County markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə xx.xx.2013-cü il tarixdə saat 15:00-da qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxmaqla manevr qaydasını pozumuş, yol nəqliyyat hadisəsi barədə inzibati xəta törətmişdir. X7 Azərbaycan Respublikası İXM-nin 151.1-ci maddəsinə əsasən təqsirli bilinərək 40 manat cərimə edilmişdir. X1 xx.xx.2013-cü il tarixli izahatından müəyyən olunur ki, o, xx.xx.2013-cü il tarixdə saat 15-00 radələrində idarə etdiyi Subaru XV markalı ** BU *** nömrəli avtomaşınla Sumqayıtdan Bakı istiqamətinə hərəkət edərkən yolun 8-ci km-də 3-cü zolaqda hərəkət edərkən ondan qarşıdakı sağ 2-ci zolaqdakı Hyundai County markalı ** JF *** nömrəli avtomaşın onun hərəkət etdiyi zolağa keçmək istəyərkən onun avtomaşınının arxa qanadının sağ tərəfindən öz avtomaşınının sol yan hissəsilə vurmuş, hadisə zamanı xəsarət alan olmamışdır. X7 xx.xx.2013-cü il tarixli izahatından müəyyən olunur ki, o, xx.xx.2013-cü il tarixdə saat 15-00 radələrində idarə etdiyi Hyundai County markalı ** JF *** nömrəli avtomaşınla Sumqayıtdan Bakı istiqamətinə hərəkət edərkən yolun 8-ci km-də 2-ci zolaqda hərəkət edərkən sağ 3-cü zolaqdakı Subaru XV markalı ** BU *** nömrəli avtomaşın onu ötüb keçmiş, onun hərəkət etdiyi zolağa keçmək istəyərkən onun avtomaşınının sol tərəfindən sağ arxa qanadı ilə vurmuş, hadisə zamanı xəsarət alan olmamışdır. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2013-cü il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan müəyyən olunur ki, X7 xx.xx.2013-cü il tarixdə idarə etdiyi Hyundai County markalı ** JF *** qeydiyyat nişanlı avtomobillə X3 məxsus Subaru XV markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdə saat 15:00-da Bakı-Quba yolunun 8-ci km-də toqquşmuş, Subaru XV markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapı, qanad, buferin sağ tərəfi hissələrinə zərər dəymişdir. İcbari Sığorta Bürosunun icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılmasına dair çıxarışdan müəyyən olunur ki, xx.xx.2013-cü il tarixinə ** JF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi mövcud olmamışdır. Subaru Azərbaycan MMC-nin xx.xx.2013-cü il tarixli SUB-09056 saylı hesabatdan müəyyən olunur ki, Subaru XV markalı ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir və ehtiyat hissələrinin xərci 839,46 manat, ƏDV 18% daxil olmaqla yekun 990,56 manat təşkil edir. xx.xx.2013-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə aktdan müəyyən olunur ki, Subaru XV markalı ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yekun təmir xərcləri 839 manat təşkil edir. xx.xx.2013-cü il tarixli MİP-1 № 431/2013 saylı sığorta aktından müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitələrinin könüllü sığortası növündə xx.xx.2012-ci il tarixdən xx.xx.2013cü il tarixə qədər sığortalanmış ** BU *** dövlət qeydiyyat nişanlı Subaru XV markalı avtomobilin xx.xx.2013-cü il tarixdə Bakı-Quba yolunun 8-ci km-də Hyundai Coutry markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində dəyən ziyanın məbləği 839 manat, zərər məbləğindən müvafiq sığorta qaydalarında nəzərdə tutulmuş 100 manat çıxılmaqla sığorta ödənişi 739 manat müəyyən edilmiş, sığorta ödənişinin X2 nağd ödənilməsi qərara alınmışdır. xx.xx.2013-cü il tarixli 1214 saylı kassa məxaric orderindən müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən MİP-1 № 431/2013 saylı sığorta aktına əsasən X2 739 manat sığorta ödənişi verilmişdir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanunun 50.1.-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 53.1.-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. Həmin Qanunun 53.2.-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Həmin Məcəllənin 53.3.-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Həmin Qanunun 53.4.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X7 hadisə zamanı icbari sığorta müqaviləsi mövcud olmayan nəqliyyat vasitəsini mülkiyyətçi Cavabdeh MMC-nin yol vərəqəsinə əsasən idarə edərkən inzibati xəta törətmiş, baş vermiş sığorta hadisəsi nəticədə iddiaçı 739 manat sığorta ödənişi ödəməklə subroqasiya hüququnu əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı 739 manat sığorta ödənişini həyata keçirməklə subroqasiya hüququnu əldə etdiyindən, sığorta hadisənin baş verməsində cavabdehin mülkiyyətində olan və onun yol vərəqəsi əsasında idarə olunan nəqliyyat vasitəsi ilə inzibati xəta törədildiyindən iddia tələbi əsaslıdır ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh MMC-dən maddi ziyana görə 739 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 769,40 manat İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar