Məhkəmə qərarları › İş №2(001)-4964/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4964/2020

21.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4964/2020 21.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı Böyükişi oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.500 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6739/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh 5.500 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4964/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli Qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6739/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Məhkəmə iclasında İddiaçı Böyükişi oğlu iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Cavabdeh hazırki məsələyə artıq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıldığını və iş üzrə yekun məhkəmə aktı çıxarıldığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş və şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı 1992-ci ldən tanıyır. Cavabdeh isə ondan əvvəl tanımışdır. Sahibin məhkəmə mübahisəsi olduğundan onu coxdan tanıdığı, vəkil xidməti göstərən Cavabdeh ilə tanış etmişdir. Camal iş materialları ilə tanış olduqdan bir neçə gün sonra onlarla əlaqə saxlayaraq, onlara kömək edəcəyini bildirmişdir. Bunun müqabilində o, məhkəmə mübahisəsi ilə bağlı göstərəcək hüquqi xidmət müqabilində özünə 500 manat, həmçinin mübahisə ilə bağlı özünə məlum olan məsələlərin həlli üçün 5.000 manat pul istəmişdir. Həmin məbləğ onun iştirakı ilə Sahib tərəfindən Camala verilmişdir. Apellyasiya instansiyasında Sahibin xeyrinə qərar qəbul edilmədiyinə görə Camal 2.000 manatı Sahibə qaytarmış, lakin sonradan mübahisəni xeyrinə həll edəcəyini bildirirək yenidən 2.000 manat pulu onun iştirakı ilə Sahibdən geri almışdır. Lakin sonradan Sahibin şikayətləri təmin edilmədiyindən, o Camala verilmiş pulunu geri istəmiş, bu məqsədlə onların Camalın ofisində görüşləri də olmuşdur. Lakin həmin görüş zamanı aralarında mübahisə yaranmış və onlar ofisi tərk etməli olmuşlar. Camal hətta ona da 500 manat pul təklif edərək, məsələyə qarışmamasını xahiş etmişdir. Həmin ifadə Cavabdeh elan edilmişdir. Məhkəmə, iddia ərizəsini, mülki işin sənədlərini, o cümlədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(001)-6828/2016 nömrəli, xx.xx.2016-cı il tarixli Qətnaməsini nəzərdən keçirib hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, həmin qətnamədən və iddiaçının hazırki tələbindən görünür ki, iddiaçı artıq bu tələblə (5.500 manat pulun tutulması) cavabdehə qarşı iddia qaldırmış və həmin tələb qeyd edilən məbləğin cavabdehə verilməsinin sübuta yetirilməməsi əsası ilə rədd edilmişdir. Bundan sonra iddiaçı yenidən eyni tələblə və eyni cavabdehə qarşı məhkəməyə müraciət edərək, hazırki iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı eyni cavabdehə qarşı eyni predmet, yəni tələb barəsində və eyni əsasla artıq iddia qaldırmış və bu tələb üzrə qanuni qüvvəsini almış qətnamə mövcuddur (bu səbəbdən məhkəmə şahid X2 ifadəsinə də hər hansı hüquqi qiymətin verilməsinə zərurət görmür). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.2-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı hazırda irəli sürdüyü tələb üzrə iddiaya artıq 2016-cı il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmaqla qətnamə qəbul edildiyindən, həmin qətnamə qanuni qüvvəsini aldığından, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar