Məhkəmə qərarları › İş №2(001)-4986/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4986/2025

15.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4986/2025 15.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ HakimMəmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və maneələrin aradan qaldırılıması tələbinə dair ilkin, "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və maneələrin aradan qaldırılıması tələbinə dair ilkin, "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia üzrə İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddianın baxılmamış saxlanılaraq, ərizənin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi məhkəməyə ərizə ünvanlayaraq iddianın baxılmamış saxlanılaraq, ərizənin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Hər iki iddiaçının iddianın baxılmamış saxlanılması barədə xahişini nəzərə alan məhkəmə hesab edir ki, AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən ilkin və qarşılıqlı iddia baxılmamış saxlanılmalı, ödənilmiş dövlət rüsumları müvafiq olaraq geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və maneələrin aradan qaldırılıması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbz №29742) ona geri qaytarılsın. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbz №**********08) ona geri qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar