Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5/2022 28.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y yə n e t d i: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında”ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikləri üçün xx.xx.2017-ci il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 348 847.31 manat məbləğində (o cümlədən, vergilər üzrə 273 149.93 manat, faizlər üzrə 0,01 manat, maliyyə saksiyası üzrə 75 697.37 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat ) vergi borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixli, **********340700 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğini ödəməmişlər. Ərizəçi yuxarıda göstərilənləri və Vergilər Məcəlləsinin 16.1.1, 77.1, 77.3, 78.1, 23.1.15-3-cü və MPM-nin 305.1.12, 355-5-ci, 355-6 və 355-7-ci maddələrini nəzərə alaraq Maraqlı şəxs (Doğulduğu tarix 11 mart 1954-ci il. Doğulduğu yer, Azərbaycan, Şamaxı şəhəri, Şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi 2KVORRH, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5 ərizədə göstərilənləri və Vergilər Məcəlləsinin 16.1.1, 77.1, 77.3, 78.1, 23.1.15-3-cü və MPM-nin 305.1.12, 355-5-ci, 355-6 və 355-7-ci maddələrini nəzərə alaraq Maraqlı şəxs (Doğulduğu tarix 11 mart 1954-ci il. Doğulduğu yer, Azərbaycan, Şamaxı şəhəri, Şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi 2KVORRH, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmişdir və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Buna görə də, məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan borclunun şəxsi hesab vərəqəsinə və Vergi borclarının məcburi alınması idarəsinin bildirişlərinə borclunun 348 847.31 manat cəmi ödənilməli borcu var. İş materiallarında olan 08 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən məlum olur ki, Maraqlı şəxs "xxxx" MMC-ni X6 adlı şəxsə satmışdır və MMC-nin də borcu məhz həmin MMC satıldıqdan sonrakı dövrdə yaranmışdır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsinin 2-ci şöbəsinin müstəntiqi, 3cü dərəcəli hüquqşünas X7 tərəfindən qəbul olunmuş 02 oktyabr 2013-cü il tarixli qərara əsasən məlum olur ki, 108074 nömrəli cinayət işi üzrə icraat X6 tutulub istintaqa təhvil verilənədək dayandırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinəəsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir vətəndaşın borcudur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinəəsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir.Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin,tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Mülki Prosessual Məcəllənin 305.1.12-ci, 355-5-ci, 355-6-cı və 355-7-ci maddələrində və Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci və 17.1.6-1-ci maddələrində fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanın rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı müvfiq müddəalar nəzərdə tutulmuşdur. MPM-nin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. MPM-nin 355-7.4-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə hesab edir ki, ərizə rədd olunmalıdır.Belə ki, iş materiallarında olan 08 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən məlum olur ki, Maraqlı şəxs "xxxx" MMC-ni X1.MMC-nin də borcu məhz həmin MMC satıldıqdan sonrakı dövrdə yaranmışdır.Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsinin 2-ci şöbəsinin müstəntiqi, 3-cü dərəcəli hüquqşünas X7 tərəfindən qəbul olunmuş 02 oktyabr 2013-cü il tarixli qərara əsasən məlum olur ki, 108074 nömrəli cinayət işi üzrə icraat X6 tutulub istintaqa təhvil verilənədək dayandırılmışdır.Məhkəmə hesab edir ki, maraqlı şəxs artıq "xxxx" MMC-ni başqa şəxsə satdığına görə onun MMC satıldıqdan sonra vergi öhdəliyi yarana bilməzdi. Həmçinin, həmin MMC-ni alan X6 barəsində cinayət işi qaldırıldığından və həmin şəxsin axtarışda olması ilə bağlı cinayət işinin icraatı dayandırıldığından, bununla da vergi borcuna görə kimin məsuliyyət daşıması istintaqla tam müəyyən olunmadığından, hal-hazırki mərhələdə Maraqlı şəxs və ya hər hansı digər şəxsin "xxxx" MMC-nin vergi borclarına görə məsuliyyət daşıyıb-daşımadığı müəyyən olunmadığından onun vergi borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tətbiq oluna bilməz.Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizəsi əsasız olduğundan rədd edilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2-ci, 20.1-ci, 20.2-ci maddələrinə və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №2(001)-5/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5/2022
28.03.2022 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver