Məhkəmə qərarları › İş №2(5-157)-270/2026

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-157)-270/2026

06.03.2026 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(5-157)-270/2026 06.03.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, qeyd olunan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 490,45 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 5972,06 manat, İşsizlikdən Sığorta Fonduna olan 14,81 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0,74 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxx 1954-cü il, Doğulduğu yer - Azərbaycan, Şamaxı; Leninabad k., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2026-cı il tarixə vergi ödəyicisi olan "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1,36 manat, İşsizlikdən Sığorta Fonduna 8,38 manat, İcbari Tibbi Sığorta Fonduna 0,14 manat, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 391,72 manat məbləğində (o cümlədən, vergilər üzrə 360,82 manat, faizlər üzrə 30,9 manat), Azərbaycan Respublikası Şamaxı rayonunun Məlhəm Bələdiyyəsinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 6,43 manat, İcbari Tibbi Sığorta Fonduna 0,6 manat, dövlət büdcəsinə 98,73 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 98,73 manat), Dövlət Sosial Müdafiə Fonduna 5970,7 manat olmaqla, ümumilikdə 6478,06 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, xx.xx.2023-cü il tarixli **********565600, xx.xx.2022-ci il tarixli, **********159700, xx.xx.2023-cü il tarixli, **********566300, xx.xx.2026-cı il tarixli, **********808800, xx.xx.2026-cı il tarixli, **********355900, xx.xx.2026-cı il tarixli, **********411200, xx.xx.2025-ci il tarixli, **********429200, xx.xx.2026-cı il tarixli, **********835400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Şamaxı rayonunun Məlhəm Bələdiyyəsinin (VÖEN: **********) vergilər üzrə 98 manat 73 qəpik, məcburi dövlət sosial sığorta haqqı üzrə 8345 manat 31 manat, işsizlikdən sığorta haqqı üzrə 56 manat 73 qəpik, icbari tibbi sığorta haqqı üzrə 234 manat 74 qəpik, "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) məcburi dövlət sosial sığorta haqqı üzrə 1 manat 36 qəpik, işsizlikdən sığorta haqqı üzrə 9 manat 74 qəpik, icbari tibbi sığorta haqqı üzrə 14 qəpik, Maraqlı şəxs (VÖEN: **********) vergilər üzrə 424 manat 06 qəpik olmaqla, ümumilikdə 9170 manat 81 qəpik məbləğində borcunun olduğu bildirilmiş, həmin borcu 15 gün müddətində ödəməsi tələb edilmişdir. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair 21 iyul 2022-ci il tarixli, **********7 saylı bildirişdən görünür ki, vergi ödəyicisi olan "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 21 iyul 2022-ci il tarixə, ümumilikdə 19 manat 44 qəpik (işsizlikdən sığorta haqqı üzrə 18 manat və faizlər üzrə 1 manat 44 qəpik) məbləğində borcu vardır. O cümlədən vergi borcunu 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair 28 avqust 2023-cü il tarixli, **********3 saylı bildirişdən görünür ki, vergi ödəyicisi olan "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 28 avqust 2023-cü il tarixə, ümumilikdə 15 manat 58 qəpik (icbari tibbi sığorta haqqı üzrə 11 manat 66 qəpik və faizlər üzrə 3 manat 92 qəpik) məbləğində borcu vardır. O cümlədən vergi borcunu 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair 28 avqust 2023-cü il tarixli **********2 saylı bildirişdən görünür ki, vergi ödəyicisi olan "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 28 avqust 2023-cü il tarixə, ümumilikdə 190 manat 03 qəpik (muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 125 manat və faizlər üzrə 65 manat 03 qəpik) məbləğində borcu vardır. O cümlədən vergi borcunu 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair 19 avqust 2025-ci il tarixli, **********1 saylı bildirişdən görünür ki, vergi ödəyicisi olan Azərbaycan Respublikası Şamaxı rayonunun Məlhəm Bələdiyyəsinin (VÖEN: **********) 19 avqust 2025-ci il tarixə, ümumilikdə 98 manat 73 qəpik (maliyyə sanksiyaları üzrə 98 manat 73 qəpik) məbləğində borcu vardır. O cümlədən vergi borcunu 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair 09 yanvar 2026-cı il tarixli, **********5 saylı bildirişdən görünür ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) 09 yanvar 2026-cı il tarixə, ümumilikdə 422 manat 10 qəpik (vergilər üzrə 391 manat 20 qəpik və faizlər üzrə 30 manat 90 qəpik) məbləğində borcu vardır. O cümlədən vergi borcunu 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair 16 yanvar 2026-cı il tarixli, **********0 saylı bildirişdən görünür ki, vergi ödəyicisi olan Azərbaycan Respublikası Şamaxı rayonunun Məlhəm Bələdiyyəsinin (VÖEN: **********) 16 yanvar 2026-cı il tarixə, ümumilikdə 334 manat 74 qəpik (icbari tibbi sığorta haqqı üzrə 100 manat və faizlər üzrə 234 manat 74 qəpik) məbləğində borcu vardır. O cümlədən vergi borcunu 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair 19 yanvar 2026-cı il tarixli, **********1 saylı bildirişdən görünür ki, vergi ödəyicisi olan Azərbaycan Respublikası Şamaxı rayonunun Məlhəm Bələdiyyəsinin (VÖEN: **********) 19 yanvar 2026-cı il tarixə, ümumilikdə 8992 manat 36 qəpik (muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 4659 manat 86 qəpik və faizlər üzrə 4332 manat 50 qəpik) məbləğində borcu vardır. O cümlədən vergi borcunu 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair 19 yanvar 2026-cı il tarixli **********2 saylı bildirişdən görünür ki, vergi ödəyicisi olan Azərbaycan Respublikası Şamaxı rayonunun Məlhəm Bələdiyyəsinin (VÖEN: **********) 19 yanvar 2026-cı il tarixə, ümumilikdə 82 manat 05 qəpik (işsizlikdən sığorta haqqı üzrə 75 manat və faizlər üzrə 7 manat 05 qəpik) məbləğində borcu vardır. O cümlədən vergi borcunu 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan, şəxsiyyət vəsiqəsindən çıxarışın surətindən görünür ki, Maraqlı şəxs xx xxxxxx 1954-cü ildə Azərbaycan Respublikası, ünvan 1ində doğulmuş, Şamaxı rayonu, Çuxuryurd kəndi ünvanında qeydiyyatdadır. İş materiallarında olan hüquqi şəxs haqqında məlumatlardan görünür ki, Şamaxı Rayonu Məlhəm Bələdiyyəsinin (VÖEN : **********) və "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) rəhbəri Maraqlı şəxsdur. Həmçinin, Maraqlı şəxs (**********) saylı VÖEN əsasında sahibkarlıq fəaliyyəti göstərir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən olundu ki, vergi ödəyicisi olan Şamaxı Rayonu Məlhəm Bələdiyyəsi (VÖEN : **********) və "xxxx" X1 Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə ödənilməmiş vergi borcu vardır. Onların rəhbəri olan Maraqlı şəxs borcun ödənilməsi tələb edilsə də, o, tələbi yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı xx xxxxxx 1954-cü il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı rayonu, Çuxuryurd kəndi ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305.1.12, 355-7.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx xxxxxx 1954-cü il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı rayonu, Çuxuryurd kəndi ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar