Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5009/2021 07.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdehnə qarşı “ödənilmiş kredit ödənişlərinin qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdim: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ödənilmiş kredit ödənişlərinin qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının hazırki iddiası istehlakçı hüquqlarının pozulmasından irəli gələn pul tələbidir. Belə olan halda isə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsində istehlakçının hüququnun müdafiəsi haqqında iddialar üzrə iddiaçıya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə və ya özünün yaşadığı yerin məhkəməsinə, habelə müqavilənin bağlandığı və ya icra edildiyi yerin məhkəməsinə müraciət etmək üçün seçim hüququ verilmişdir. Lakin iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 30a, mənzil 6, cavabdehin hüquqi ünvanı isə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından əldə edilmiş məlumata əsasən Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 138, məhəllə 1023-dür. Bunlardan əlavə, cavabdehlə bağlanmış müqavilənin bağlandığı və ya icra edildiyi yer barəsində də iddia ərizəsinə hər hansı sənəd əlavə edilmədiyindən hazırki iddiaya Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş 27 may 2021-ci il tarixli, 14429 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması ilə əlaqədar Binəqədi Rayon Məhkəməsinin balansına 30 manat məbləğində rüsum ödənilmişdir. Qeyd olunan Məcəllənin 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, hazırki iddia ərizəsi mülki-prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı cavabdehin hüquqi ünvanı üzrə Yasamal Rayon Məhkəməsinə və ya özünün yaşadığı yer üzrə Suraxanı Rayon Məhkəməsinə və yaxud cavabdehlə bağlanmış müqavilənin bağlandığı və ya icra edildiyi yer üzrə müvafiq rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməli, habelə iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Həmçinin onu da qeyd etməyi zəruri hesab edirəm ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 114, 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdehnə qarşı “ödənilmiş kredit ödənişlərinin qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, hazırki iddia tələbi ilə bağlı cavabdehin hüquqi ünvanı üzrə Yasamal Rayon Məhkəməsinə və ya özünün yaşadığı yer üzrə Suraxanı Rayon Məhkəməsinə və yaxud cavabdehlə bağlanmış müqavilənin bağlandığı və ya icra edildiyi yer üzrə müvafiq rayon məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5009/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5009/2021
07.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver