Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5034/2024 14.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 800 (səkkiz yüz) manat məbləğində pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2024-cü il martın 13-də xəstə oğluna yardım toplamaq məqsədilə insanlara müraciət edən Cavabdeh kartına (**********198712) "KapitalBank”ın mobil tətbiqi vasitəsilə 10 manat pul köçürmüşdür. Martın 20-də isə özünə məxsus pensiya kartından (**********632080) digər özünə məxsus "1 Bank" kartına (**********650664) pul köçürərkən telefonun ekranında son köçürmə etdiyi Cavabdeh məxsus kartın çıxdığını duymamış (ilk 8 nömrə 52391517 eynidir) və diqqətsizliyi nəticəsində həmin karta 1000 (min) manat məbləğində pul köçürmüşdür. Səhv əməliyyat etdiyini duyan kimi "Kapital Banka" zəng etmiş, oradan bildirmişlər ki, 3 rəqəmdən çox səhv olanda onlar müdaxilə etmir və ona polisə müraciət etməyi tövsiyə etmişlər. O, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinə müraciət etmiş, polis kart sahibini, onun ünvanını müəyyənləşdirmiş, Cavabdeh və onun həyat yoldaşı Namiq Muxtarovla (*** *** ** **) danışmışdır. Onlar pulu çıxarıb övladlarının müalicə olunduğu klinikaya köçürdüklərini və ona pulu hissə-hissə ödəyəcəklərini bildirmişlər. Lakin 4 aydan çox keçməsinə baxmayaraq yalnız 1 dəfə 200 manat köçürmüşlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə “Facebook” sosial şəbəkədə xəstə uşağa yardım üçün elan görmüş və 10 manat kartına ataraq yardım etmişdir. 1 ay sonra pensiya kartından digər karta 1000 manat pul köçürərkən, texniki səhv nəticəsində cavabdehin kartına 1000 manat pul köçürmüşdür. Cavabdehin verdiyi elanı tapa bilmədiyindən, polisə müraciət etmişdir. Sonra elanı tapmış, cavabdehlə əlaqə saxlamış və xahiş etmişdir ki, pulu qaytarsın. Cavabdeh əvvəl dedi ki, əri klinikadadır və kart ondadır. Sonra isə telefona cavab vermədi. Daha sonra müxtəlif bəhanələr gətirdilər, sonra dedilər ki, həmin pul klinikaya ödənildiyi üçün, hissə-hissə qaytaracaqlar. Lakin heç bir ödəniş etməmişdir. 10 gün sonra cavabdehin yoldaşı ilə əlaqə saxlamış, yoldaşı isə torpağı satıb pulu qaytaracağını bildirmişdir. Sonra isə cavabdehin ərindən səs çıxmamışdır. Əmisi oğlu gedib söhbət etdikdən sonra, onun kartına 200 manat pul ödəmişlər. Sonrada dedi qalan pulu tez bir zamanda qaytaracaq, lakin sonar kobud danışıb. Ona görə də o, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, həmçinin bildirdi ki, cavabdehin anası və atası ilə votsap proqramı vasitəsi ilə aralarında yazışmalar olmuş, həmin yazışmalar da iş materiallarına əlavə edilmişdir. Göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 01 oktyabr 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, onun uşağı xəstədir və onu müalicə etmək üçün maddi imkanı olmadığından sosal şəbəkədə elan paylaşmış və yardım istəmişdir. Onun kartına 1000 manat ödəniş olmuş, lakin o, düşünmüş ki, bu yardım puludur və uşaq xəstaxanada olduğu üçün müalicəsinə xərcləmişdir. Əgər cavabdeh pulun səhv köçürüldüyünü ona bildirsəydi, o, həmin an pulu qaytarardı, lakin bir neçə gün keçdikdən sonra bu barədə məlumat vermişdir. Halbu ki, həmin vaxt onlar artıq uşağın müalicəsinə pulu xərcləmişlər. Əvvəl qaytarmaq istəmişlər, sonradan iddiaçı gah uşağı xaricdə oxuyur ona göndərəcəyini bildirmiş, sonra qardaşına göndərəcəyini bildirdiyindən, onlarda şübhə yarandı, həm də onların elanından və onların adından dələduzlar istifadə edib yardım üçün pul yığdıqları üçün, onlar polisə müraciət etmişlər ki, məsələ araşdırılsın, araşdırmadan sonra pulu qaytaracaqlar. O, həmçinin bildirdi ki, əri 200 manat məbləğində pulu iddiaçının kart hesabına ödəmişdir. Mülki iş materiallarında olan: "xxxx" ASC-nə məxsus VİSA kartdan görünür ki, 4169 7416 5463 2080 nömrəli plastik kart İddiaçı məxsusdur. Hebibe Abdulla sosial şəbəkə istifadəçisinin “FaceBook” səhifəsində 13 mart 2024-cü il tarixdə edilmiş paylaşımından görünür ki, Xırdalan şəhəri AAF park yaşayış kompleksində yaşayan anası – Cavabdeh, atası Namiq Muxtarov olan Abşeron rayonu Xırdalan şəhər 5 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Yusif Muxtarovun müalicəsi üçün anası Cavabdeh məxsus **********198712 nömrəli bank kartına maddi dəstək olunması üçün yardım olunması xahiş olunmuşdur. **********0 nömrəli (Birbank.az) qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 12:26 radələrində 523915******0664 nömrəli kartdan 523915*****8712 nömrəli karta 10 manat məbləğində pul köçürülmüşdür. **********2 nömrəli (Birbank.az) qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 22:10 radələrində 416974******2080 nömrəli kartdan 523915*****8712 nömrəli karta 1000 manat məbləğində pul köçürülmüşdür. İddiaçı ünvanlanmış Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin 02 aprel 2024-cü il tarixli məktubundan görünür ki, müraciətdə göstərilən xüsusatlar mülki xarakterli mübahisə olduğundan həmin mübahisənin həlli üçün Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 25-ci maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir. **********0 nömrəli qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 22:06 radələrində 523915******0664 nömrəli karta 200 manat məbləğində pul köçürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-5034/2024 saylı qərardadının icrası ilə əlaqədar "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2024/111/24831 nömrəli məktubdan görünür ki, aparılan araşdırma nəticəsində “Birbank” tətbiqi vasitəsilə xx.xx.2024-cü il tarixdə İddiaçı adına olan 4169 74******2080 №li plastik kartdan 1000.00 (bir min, 00) manat vəsaitin Cavabdeh adına olan 25239 15******8712 №li plastik karta, xx.xx.2024-cü il tarixdə İddiaçı adına olan 5239 15****** 0664 №li plastik kartdan 200.00 (iki yüz, 00) manat vəsaitin isə öz adına rəsmiləşdirilən 299/DGDP/000165451 №li depozit müqaviləsinə köçürüldüyü müəyyənləşdirilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutlar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İlk növbədə məhkəmə qeyd edir ki, işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı 20 mart 2024-cü il tarixdə səhvən cavabdehə məxsus plastik karta 1000 manat məbləğində pul köçürdüyünü iddia edir, cavabdeh isə qeyd edilən məbləğin 200 manatını ödəmiş, qalan 800 manat məbləğ isə iddiaçıya ödənilməmişdir. Mülki Məcəllənin 14.2-ci maddəsində hüquq və öhdəliklərin yaranma əsaslarından biri kimi əsassız varlanma göstərilmişdir. Əsassız varlanmadan əmələ gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədənkənar öhdəlik hesab olunur. Bu tip öhdəliklər qanundan əmələ gələn öhdəlik qrupuna şamil olunduğu üçün müqavilənin deyil də, məhz qanunun birbaşa göstərişləri ilə əmələ gəlir. Əsassız varlanan şəxs (varlanmış şəxs) dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yəni nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Mülki Məcəlləyə görə hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həyata keçirilməmiş əsas dedikdə bu əsas ya ümumiyyətlə nəzərdə tutulmur, ya da nəzərdə tutulmasına baxmayaraq heç bir hüquqi nəticə doğurmur. Sonralar aradan qalxmış əsas isə müəyyən bir müddət mövcud olmasına baxmayaraq daha sonra aradan qalxır və aradan qalxdıqdan sonrakı dövrdə şəxsin həmin əsasa söykənərək əldə etdiyi əmlak əsassız varlanma hesab olunur. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Əldə edilənlərdən götürülən faydaya (bu qayda sadəcə əsassız varlanan şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu hallara (vicdansız sahib) aiddir); Əldə edilənləri vermək mümkün olmadıqda, məsələn əsassız varlanma natura şəklində baş verdikdə, onların dəyəri ödənilir. Qeyd olunmalıdır ki, hazırkı halda həm iddiaçının iddiaçının tələbi, həmdə cavabdehin etirazı bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub belə hesab edir ki, tərəflər arasında əsassız varlanmadan irəli gələn münasibətlər yaranmışdır. Məhkəmə araşdırması zamanı izahat verən iş üzrə Cavabdeh izahatında həqiqətən də ona məxsus olan **********198712 nömrəli plastik karta iddiaçıya məxsus (416974******2080) plastik kartdan 1000 məbləğində pul köçürüldüyünü bildirmiş, lakin həmin vaxt ona məxsus olan plastik karta yardım üçün pullar köçürüldüyündən, o, iddiaçının ona səhvən pul köçürdüyünü bilməmişdir. Sonradan ona məluma olanda ki, iddiaçı qeyd edilən məbləği səhvən ona məxsus plastik karta köçürüb, həmin vaxt imkanı olmadığından pulu qaytara bilməmiş və bir müddət sonra iddiaçının plastik kartına onun əri tərəfindən 200 manat məbləğində pul ödənilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-5034/2024 saylı qərardadının icrası ilə əlaqədar "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2024/111/24831 nömrəli məktubu ilə müktubu ilə müəyyən edilmişdir ki, aparılan araşdırma nəticəsində “Birbank” tətbiqi vasitəsilə xx.xx.2024-cü il tarixdə İddiaçı adına olan 4169 74******2080 №li plastik kartdan 1000.00 (bir min, 00) manat vəsaitin Cavabdeh adına olan 25239 15******8712 №li plastik karta, xx.xx.2024-cü il tarixdə İddiaçı adına olan 5239 15****** 0664 №li plastik kartdan 200.00 (iki yüz, 00) manat vəsaitin isə öz adına rəsmiləşdirilən 299/DGDP/000165451 №li depozit müqaviləsinə köçürüldüyü müəyyənləşdirilmişdir. Göründüyü kimi hazırki iş üzrə Cavabdeh məxsus olan 523915******8712 nömrəli plastik karta iddiaçıya məxsus 416974******2080 plastik kartdan 1000 manat məbləğində pulun köçürülməsi, eləcə də həmin səhv köçürülmüş 1000 manat məbləğində pulun sonradan 200 manat məbləğinin cavabdeh tərəfindən iddiaçıya məxsus plastik karta ödənildiyi cavabdehin etirafı ilə yanaşı, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2024/111/24831 nömrəli məktubla da (əlavə edilmiş sənədlərlə) tam olaraq sübuta yetirilmişdir. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5034/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5034/2024
14.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver