Məhkəmə qərarları › İş №2(001)-5094/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5094/2020

23.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5094/2020 23.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi X3 Addıxanovnanın iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 3272,50 manat, mənəvi ziyana görə 2000 manat, dövlət rüsumuna görə 31 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 3272,50 manat, mənəvi ziyana görə 2000 manat, dövlət rüsumuna görə 31 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın vurulması ilə bağlı Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət etmiş, Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı F.Muradovun xx.xx.2019-cü il tarixli qərarı ilə onun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. O, Xəzər rayonu Türkan qəsəbəsində özünə məxsus torpaq sahəsində tikinti işlərinə başlamışdır. Onun istifadəsində olan torpaq sahəsi Cavabdeh məxsus olan torpaq sahəsi ilə bitişikdir. Onun tapşırığı əsasında ustalar ona məxsus olan torpaq sahəsində evin tikilməsinə başlamışlar. Həmin vaxt Cavabdeh ona məxsus torpaq sahəsində tikilmiş evin söküntüsünə başlamış və bu hərəkətini tikintinin bir hissəsinin ona məxsus torpaq sahəsində aparılması ilə əsaslandırmışdır. Həmin vaxt usta X4 Cavabdeh hərəkətinin qarşısını almağa çalışmış, eyni zamanda ona zəng vuraraq Cavabdeh qanunsuz hərəkətləri barədə ona məlumat vermişdir. 2019-cu ilin fevral ayında o, Moskva şəhərində olduğundan oradan Cavabdeh zəng vuraraq, Bakıya gələcəyini və bu problemin onun iştirakı ilə həll olunmasını cavabdehdən xahiş etmişdir. Lakin, Cavabdeh ona məxsus evi tam olaraq dağıtmadığını bildirib, hadisə yerini tərk etməyəcəyi ilə onu hədələmişdir. Cavabdeh qanunsuz hərəkətləri ilə ona 400 manat dəyərində maddi ziyan vurmuşdur. Eyni zamanda cavabdehin hərəkətlərinə görə ona məxsus 1342,50 manat dəyərində tikinti materialı oğurlanmışdır. Bundan başqa Abşeron rayon İcra Hakimiyyəti tərəfindən bir neçə ay əvvəl sökülən ona məxsus evdən qalan tikinti materiallarını Cavabdeh öz tanışı ilə ona məxsus torpaq sahəsindən çıxarıb apararaq təhlükəsiz və güvənli bir yerdə saxlanılmasını ona demiş, bu günədək həmin tikinti materiallarının saxlandığı yeri barədə ona məlumat vermir. O, Türkiyədə olarkən Cavabdeh dəfələrlə tikinti material almaq üçün pul göndərmiş, cavabdeh həmin pula material almış ona görə də cavabdeh həmin tikinti materialı üçün məsuliyyət daşımışdır. Bundan başqa Cavabdeh tərəfindən 830 manat dəyərində şifer, 520 manat dəyərində seyf qapı, 250 manat dəyərində qapının çərçivəsi, 40 manat dəyərində qapının qıfılı, 312 manat dəyərində iki kub lövhələr, 80 manat dəyərində düşərqə, 140 manat dəyərində iki dəmir çərçivə, 160 manat dəyərində plastik qapı, 40 manat dəyərində plastik pəncərə, 88 manat dəyərində armatur cavabdeh tərəfindən ona məxsus torpaq sahəsindən çıxarılaraq naməlum istiqamətə aparılmışdır. Eyni zamanda cavabdehin qanunsuz hərəkətləri ilə ona mənəvi ziyan da vurmuşdur. Ona dəymiş mənəvi ziyanı o, 2000 manat məbləğində qiymətləndirir. Ona görə də maddi ziyana görə 3272,50 manatın, mənəvi ziyana görə 2000 manatın və dövlət rüsumuna görə 31 manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə uzun müddətdir ki, bir-birilərini tanıyır, bir-birilərinə etibar etmişlər. Buna görə də, qarşılıqlı razılıqları əsasında 2016-cı ilin may ayında Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində hər biri qonşu sahələrdə 0,04 ha torpaq sahəsi almış və həmin torpaq sahəsində ev tikmək qərarına gəlmişlər. Lakin sonradan İddiaçı tərəfindən aldadıldığı və həmin torpaq sahəsində ev tikməyin mümkün olmadığı ona məlum olmuşdur. Buna görə də, iddiaçı ilə münasibətləri pisləşmişdir. Bu halı bilməmişdən əvvəl onlar həmin torpaq sahəsində xx.xx.2016-cı ildə evin tikintisinə başlamış, evin tikintisi ilə bağlı İddiaçı ona Türkiyə Respublikasından müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul göndərmişdir. İddiaçı tərəfindən ona göndərilən pul vəsaitinin məbləği 1357 manat olmuşdur. Aralarında pul mövzusuna dair hər hansı anlaşmazlıq olmasın deyə sonradan o, həmin qəbzləri iddiaçıya qaytarmışdır. Həmin 1357 manat məbləğində pul vəsaiti evin tikintisi üçün lazım olan materiallara xərclənmiş, işin bu halı İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində də öz əksini tapmışdır. xx.xx.2016-cı ildə isə İddiaçı tərəfindən Abşeron rayonu Türkan qəsəbəsində yerləşən torpaq sahəsində tikilmiş ev Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülmüşdür. Bu hal Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-l(085)-79/2019 saylı qərarında öz əksini tapmışdır. Həmin qərarla Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurulmuş ziyana görə 13850 manat məbləğində kompensasiyanın Abşeron rayon İcra Hakimiyyəti tərəfindən dövlət büdcəsi hesabına İddiaçı ödənilməsi qərara alınmışdır. Beləliklə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-79/2019 nömrəli qərarı ilə də müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tikilmiş ev onun yox, Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülmüşdür. Bundan başqa İddiaçı iddia ərizəsində onun qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyanın vurulduğunu qeyd etsə də, həmin ziyanın nədən ibarət olması və nədə ifadə olunması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı ilə o torpaq sahəsində eyni vaxtda evin tikintisinə başlamış və onlar tərəfindən alınmış tikinti materialları oğurlanmış, həmin cinayət işində hər ikisi zərərçəkmiş şəxs qismində tanınmışlar. Oğurlanmış materiallar isə təqsirləndirilən şəxslər tərəfindən qaytarılmışdır. Beləliklə, həmin tikinti materialarının oğurlanmasında nəinki onun heç bir təqsiri olmamış, əksinə həmin iş üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçıya sökülmüş evin kompensasiyası kimi 13850 manat məbləğində pulun verilməsinin qərara alınmasına və oğurlanmış materialların iddiaçıya qaytarılmasına baxmayaraq, iddiaçı məhkəmə və hüquq mühafizə orqanlarına verdiyi əsassız iddialar vasitəsilə əlavə qazanc əldə etmək məqsədi güdür. Beləliklə, onun İddiaçı qarşı hər hansı qanunazidd hərəkəti olmamışdır. Ona görə də İddiaçı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru F.Muradovun xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən müəyyən olunur ki, İddiaçı şikayəti əsasında toplanmış materiallarda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəmə orqanları qarşısında iddia qaldırmaq hüququ izah edilmişdir. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı Cavabdeh Səftər qızı izahatında İddiaçı məxsus yarımtikilinin Abşeron RİH-nin əməkdaşları tərəfindən söküldüyünün şahidi olmasını, lakin sökülən həmin tikinti materiallarının harada olması, kim tərəfindən götürülməsi barədə məlumatının olmamasını, darvazanın isə İddiaçı tərəfindən aparılmasının şahidi olmasını göstərmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-79/2019 saylı qərarından müəyyən olunur ki, Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurulmuş ziyana görə 13850 manat məbləğində kompensasiyanın Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən dövlət büdcəsi hesabına İddiaçı ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-825/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş X6, X5, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş X2 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı X1 aid hissədə ləğv edilərək cinayət işinin apellyasiya instansiya məhkəməsində həmin hissədə yenidən baxılmasının təyin edilməsi qərara alınmışdır. Qərardan daha sonra müəyyən olunur ki, cinayət işi üzrə təqsirləndirilən şəxslərə İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozu ərazisində yeləşən sahədən dəyəri 450 manat olan darvazanın, dəyəri 250 manat olan tikinti materiallarının oğurlanmasına görə ittiham elan olunmuşdur. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, o, iki ildir İddiaçı tanıyır. İddiaçı tapşırığına əsasən o, tikinti işlərinə başlamış, 50 metrlik sahədə apolovka qurmuş, bu işə usta işinin və tikinti materiallarının dəyəri olaraq 400 manat sərf etmişdir. Həmin gün Cavabdeh Səftər qızı gələrək apolovkanı ayağı ilə bir dəfə itələmiş və tikintinin onun torpaq sahəsində aparılmasını deyib işlərinin dayandırılmasını tələb etmişdir. Həmin vaxt o, İddiaçı zəng edərək məlumat vermiş, İddiaçı göstərişinə əsasən 50 kisə işlənməmiş sementi, 50 kisə qumu, 250 metr armaturu qonşuluqda yaşayan Vəlinin həyətinə yığmışdır. Məhkəmə iclasında şahid X8 izahatında göstərmişdir ki, o, X4 ilə birlikdə İddiaçı tapşırığına əsasən tikinti işlərinə başlamış, lakin Cavabdeh Səftər qızı gələrək işlərin dayandırılmasını tələb etmiş, ayağı ilə quqrulmuş apolovkaya təpik vurmuşdur. Bundan sonra onlar tikinti işlərini dayandırmış, S.B.Orucov İddiaçı zəng etmiş, o isə tikinti sahəsini tərk etdiyindən tikinti materiallarının hara yığılmasını bilmir. Məhkəmə iclasında şahid X10 izahatında göstərmişdir ki, o, İddiaçı və Cavabdeh tanıyır. İddiaçı inşa etdiyi ev Abşeron RİH-nin əməkdaşları tərəfindən sökülmüş, dəymiş ziyan məhkəmənin qərarına əsasən İddiaçı xeyrinə tutulmuşdur. Cavabdeh tikintisi sökülsə də ona dəyən ziyan ödənilməmişdir. Bundan sonra İddiaçı və Cavabdeh əvvəlki torpaq sahələrini satan vasitəçi hər birinə 4 sot olmaqla yeni torpaq sahələri vermişdir. İddiaçı məxsus tikinti materailları Ağa adlı vasitəçinin həyətində saxlanılır və bu hal İddiaçı məlumdur. Bir neçə gün əvvəl o, həmin sahədən qapı və 4 ədəd şiferi götürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X12 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddia tələblərində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 3272,50 manat dəyərində maddi ziyan vurulmasını iddia etsə də, bu halı məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının inşa etdiyi tikilinin sökülməsi nəticəsində ona vurulan maddi ziyanın tutulması barədə məhkəmə aktı qəbul edilmiş, bundan başqa iddiaçıya və cavabdehə məxsus tikinti materiallarının oğurlanmasına görə cinayət təqibi başlanmışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçıya məxsus tikinti materiallarının qalıqları iddiaçının da tanıdığı Vəli və Ağa adlı şəxslərin həyətyanı sahəsinə yığılmışdır. Məhkəmə iddiaçının vurulmuş mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan vurulmasını sübuta yetirə bilməyən iddiaçı cavabdehin hərəkətləri nəticəsində keçirə biləcəyi iztirabların və sarsıntıların nədən ibarət olmasına, nədə öz əksini tapmasına dair sübutlarını da məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən onun cavabdehə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi əsassızdır, ona görə də təmin edimir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının tələbləri təmin edilmədiyi üçün ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 3272,50 manat, mənəvi ziyana görə 2000 manat, dövlət rüsumuna görə 31 manat tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar