Məhkəmə qərarları › İş №2(001)-5097/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5097/2025

14.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5097/2025 14.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçılar İddiaçı1 MMMC və Nümayəndə cavabdehlər Cavabdeh1 və "xxxx" MMCyə qarşı “qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin təmizlənməsi, mülkiyyətçilərin hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçılar İddiaçı1 MMMC və Nümayəndə cavabdehlər Cavabdeh1 və "xxxx" MMCyə qarşı “qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin təmizlənməsi, mülkiyyətçilərin hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, X1 küçəsi, məhəllə 3123, Union Park yaşayış kompleksi, bina 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının inşası üçün ayrılmış torpaq sahəsində Cavabdeh1 tərəfindən ünvan 1 ünvanı verilmiş, qeyri qanuni inşa edilmiş ikimərtəbəli qeyri-yaşayış obyekti kimi istifadə edilən qanunsuz tikilinin sökülməsi, ərazinin təmizlənməsi, tikilinin altında olan sahə mülkiyyətçilərinə ümumi əmlak payı ilə məxsus olan torpaq sahəsinin üzərində sahə mülkiyyətçilərinin hüquqlarının bərpa edilməsi, məhkəmə xərcləri Cavabdeh1 tutularaq İddiaçı1 MMMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 50.2 və 50.3-cü maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Lakin iddia ərizəsindən görünür ki, iddia 2 iddiaçı tərəfindən 2 cavabdehə qarşı verilsə də, cavabdehin hər birinə yönələn tələb, iddiaçıların hər birinin xeyrinə əldə olunması istənilən mənfəət qeyri-müəyyəndir. Halbuki, iddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə münasibətdə müstəqil çıxış edir. Odur ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə məhkəməyə verilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçılar İddiaçı1 MMMC və Nümayəndə cavabdehlər Cavabdeh1 və "xxxx" MMCyə qarşı “qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin təmizlənməsi, mülkiyyətçilərin hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçılara izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar