Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5101/2021 17.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlakla bağlı verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əmlakın ilkin vəziyyətə gətirilməsi, vəsiyyətnamə üzrə vərəsə kimi tanınma, vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlakı ilə bağlı verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakının ilkin vəziyyətə gətirilməsi, vəsiyyətnamə üzrə vərəsə kimi tanınması, miras əmlakının ona ayrılması, vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə iddiaçının qeyd edilən məsələ ilə bağlı ilk olaraq şəhadətnaməni verən notariat kontoruna müraciət etməsini təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Başqa sözlə, iddiaçı mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməmişdir. Digər tərəfdən iddia üzrə vərəsəlik şəhadətnamələrin etibarsız hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinin notariusa həvalə evilməsi barədə tələb irəli sürülməsinə baxmayaraq, bu şəhadətnamələri verən notariat kontoru iş üzrə cavabdeh qismində müəyyən edilməmiş və hüquqi nəticə etibarı ilə bu tələblərin yönəldiyi cavabdeh qeyri-müəyyən qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci və 152.1.6-cı maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, habelə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, göstərilənləri nəzərə alıb, hesab edirəm ki, iddia ərizəsi, ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlakla bağlı verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əmlakın ilkin vəziyyətə gətirilməsi, vəsiyyətnamə üzrə vərəsə kimi tanınma, vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev İş № 2(001)-5101/2021 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə PROTOKOL Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 17 iyun 2021-ci il Bakı şəhəri Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlakla bağlı verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əmlakın ilkin vəziyyətə gətirilməsi, vəsiyyətnamə üzrə vərəsə kimi tanınma, vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair ərizənin mümkünlüyü haqqında məsələyə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Mülki işi araşdıraraq, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul etdim. Protokol 17 iyun 2021-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Hakim:
Məhkəmə qərarları › İş №2(001)-5101/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5101/2021
17.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver