Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5128/2024 01.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu İddiaçı cavabdeh "xxxx" Telecom MMC-nə qarşı “alınmış məhsulun dəyişdirilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh ABC” Telecom MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Kontakt Home” mağazasının məxsus olduğu "xxxx" MMC tərəfindən satılmış keyfiyyətsiz, zavod qüsuru olan “Samsung” markalı televizorun ya dəyişdirilməsi, ya da qaytarılaraq ödənilmiş 2029 manat məbləğində pulun və ödənilmiş 41 manat dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, hazırki iddia ərizəsində cavabdehin ünvanı Bakı şəhəri, Binəqədi rayonu, X1 3g (Red Plaza) göstərilsə də, kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, cavabdeh ABC” Telecom MMC-nin hüquqi ünvanı ünvan 2ir. Belə olan halda iddia ərizəsi Binəqədi Rayon Məhkəməsinə deyil, ərazi aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. (MPM 45.1) Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, İddiaçı cavabdeh "xxxx" Telecom MMC-nə qarşı “alınmış məhsulun dəyişdirilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149,152,263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh "xxxx" Telecom MMC-nə qarşı “alınmış məhsulun dəyişdirilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5128/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5128/2024
01.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver