Məhkəmə qərarları › İş №2(001)-5131/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5131/2024

26.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5131/2024 26.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı X1 (Mamedova Ziiaret) iştirakı ilə, İddiaçı X1 (Mamedova Ziiaret) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 (Mamedova Ziiaret) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 (Mamedova Ziiaret) məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılıb, ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 2 saylı cəzaçəkmə müəssisəsindən ərizə ünvanlayaraq hazırda həbsdə olduğunu, iddia tələbini qəbul etmədiyini, iddia ərizəsində qeyd olunan pulu iddiaçıdan deyil, onun həyat yoldaşından aldığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara görə baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçının iddia ərizəsinin qaytarılmasına dair müraciətini nəzərə alan, cavabdehin isə məhkəmə iclasında iştirak etməməsini mübahisənin mahiyyəti üzrə baxılmasının tələb edilməməsi kimi qiymətləndirən məhkəmə hesab edir ki, AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia baxılmamış saxlanılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia baxılmamış saxlandığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı X1 (Mamedova Ziiaret) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı X2 (Mamedova Ziiaret) tərəfindən ödənilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli 100 (bir yüz) manat dövlət rüsumu ona qaytarılsın Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar