Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5136/2024 15.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onunla Cavabdeh arasında Bakı şəhəri 38 saylı notariat ofisində xx.xx.2016-cı il tarixdə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh xx.xx.2016-cı il tarixdə aldığı 14600 manat məbləğində borcunun olduğunu etiraf etmiş, ona olan borcunu xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay 200 manat ödəməklə xx.xx.2022-ci il larixədək tam ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh hazırki günədək ona olan borcundan 11250 manat pul ödəmişdir. Sonuncu dəfə cavabdeh ona 2023-cü ilin oktyabr ayında 100 manat ödəmiş, həmin vaxtdan bu günədək heç bir ödəniş etməmişdir. Hal-hazırda cavabdehin ona olan borcu 3350 manat təşkil edir. Təəssüf ki, cavabdeh borc aldığı pulu bu günədək tam şəkildə qaytarmamışdır. O, eyni zamanda cavabdehlə dəfələrlə telefon vasitəsilə əlaqə saxlamış, ondan borclu olduğu pulun qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh bu gün, sabah deyərək, ona qaytarmalı olduğu borcu tam şəkildə qaytarmamışdır. Halhazırda cavabdehin hərəkətlərindən bəlli olur ki, onun geri qalan pulu qaytarmaq fikri yoxdur. Çünki, o, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək fikrində olsa idi, ən azından bu qədər uzun müddət ərzində pulu tam qaytarmağa cəhd edərdi. O, hesab edir ki, cavabdehin ona qarşı bu cür qanunsuz hərəkətləri onun əmlak hüquqlarını pozur və qeyd etdikləri nəzərə alınmaqla cavabdehin ona ödəməli olacağı pul vəsaiti ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalı, borc pul ona ödənilməlidir. O, yekun olaraq, ərizəsində qeyd etmişfit ki, cavabdehin ona bu günə olan borcu 3350 manat təşkil edir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, 3350 (üç min üç yüz əlli) manat miqdarında pulun və 53.50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən yalnız 100 manat məbləğində ödənişin həyata keçirildiyini, geri qalan məbləğin isə qaytarılmadığını əsas gətirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və ya məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Lakin məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, cavabdeh tərəfindən iddiaçının hesabına 200 manat məbləğində ödənişin həyata keçirildiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016cı il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən görünür ki, tərəflər arasında həmin tarixdə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Borc alan Cavabdeh Borc verən İddiaçı 14600 (on dörd min altı yüz) manat məbləğində borcunun olduğunu etiraf etmiş və xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay 200 manat ödəməklə xx.xx.2022-ci il tarixədək borc məbləğinin tam ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan Əlİddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli təklifdən görünür ki, S.Ələkbərova Cavabdehlə aralarında bağlanmış mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin xx.xx.2024-cü il tarixədək ləğv edilməsini və borclu olduğu 3350 manat məbləğində pulun xx.xx.2024-cü il tarixədək tam şəkildə ona qaytarılması təklif edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, 18 iyul 2024-cü il tarixdə iddiaçıya məxsus əmək haqqı kartından 100 manat məbləğində pul vəsaiti məxaric edilmiş, 100 manat məbləğində isə onun hesabına mədaxil edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ( maddə 386.1) Belə müqavilələrdən birini borc (kredit) müqaviləsi, həmçinin mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsi təşkil edir. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. (maddə 882.2) 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, mülki işin materialları, iddiaçının nümayəndəsinin izahatı və mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh 09 sentyabr 2016-cı il tarixdə İddiaçı 14600 manat məbləğində borcunun olduğunu etiraf etmiş, həmin borcun 09 oktyabr 2016-cı il tarixdən başlayaraq hər ay 200 manat ödəməklə 09 noyabr 2022-ci il tarixədək tam ödəməyi öhdəlik olaraq üzərinə götürsə də, həmin məbləğdən 3250 manatı hazırki günədək geri qaytarmamışdır. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, borclu qaldıqları 3350 manat məbləğində pul vəsaitindən 18 iyul 2024-cü il tarixdə iddiaçıya məxsus bank hesabına (kartına) 200 manat ödənişin həyata keçirildiyini bildirsə də, İddiaçı məxsus "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışla təsdiq edilmişdir ki, iddiaçıya məxsus hesaba həmin tarixdə həqiqətən də 100 manat məbləğində vəsait mədaxil edilmiş, digər 100 manat ödənişin həyata keçirilməsi isə iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. 100 manat ödənişin həyata keçirilməsini məhkəmə iclasında iddiaçının nümayəndəsi də öz izahatında təsdiq etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə öhdəliyinin icra edilməməsi sübut edildiyi üçün Cavabdeh 3250 manat məbləğində pul vəsaiti (borc) tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3250 (üç min iki yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün 53.50 manat dövlət rüsumunun 97%, yəni 52 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun, qalan 3%, yəni 1.50 manat iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-5136/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5136/2024
15.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver