Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5149/2021 15.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçılar xx oğlunun, Cavabdehlər xxx iştirakları ilə, İddiaçılarx1 cavabdehlər x3qarşı maneələrin aradan qaldırılması və pul tələbinə dair iddiası üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : İddiaçılarx1 cavabdehlər x3qarşı qarşı maneələrin aradan qaldırılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçılar məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Şəxx iddiaçıların iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiklərini bildirərək, işə mahiyyəti üzrə baxılmasına təkid etmədilər. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdeh x4 qızına məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, digər cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiklərindən və cavabdehlər də işə mahiyyəti üzrə baxılmasına təkid etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldi: İddiaçılarx1 cavabdehlər x3qarşı qarşı maneələrin aradan qaldırılması və pul tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-5149/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5149/2021
15.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver