Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5150/2024 28.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 1200 manat və əlavə xərclərə görə 300 manat olmaqla, cəmi 1500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2010-cu ildə qardaşı Cavabdeh "xxxx" ASC-dən kredit götürmək istədiyini, lakin ona rəsmiyyət üçün zamin lazım olduğunu və ondan onun bu krediti götürməsinə kömək edərək zamin durmağını xahiş etdi. O da qardaşı olduğu üçün Məhərrəmin xahişini nəzərə aldı və həmin kredit müqaviləsində onun adı zamin kimi rəsmiləşdirildi və Məhərrəmə 12 ay müddətinə 1500 manat məbləğində kredit verildi. Lakin Məhərrəm bank qarşısında olan öhdəliyini yerinə yetirmədiyi üçün bank ona qarşı məhkəməyə iddia ərizəsi vermiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilərək onlardan 1907 manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar icra məmuru tərəfindən həmin qətnamənin icrası onun pensiyasına yönəlmiş və ondan ümumilikdə 750 manat məbləğində pul tutulmuşdur. O, bundan xəbər tutduqdan sonra həmin zaminlik müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir və məhkəməyə 30 manat məbləğində dövlət rüsumu köçürmüşdür. Eyni zamanda iddia ərizəsinin yazılmasına, müxtəlif sənədlərin toplanmasına və məhkəmə iclaslarında iştirak etməyinə görə xeyli xərci çıxmışdır. O, həmin məbləğin cavabdehdən pul tutulması ilə bağlı məhkəməyə iddia ərizəsi vermişdir. Məhkəmə tərəfindən iddiası təmin edilmiş və cavabdehdən həmin məbləğ tutulmuşdur. Bundan sonra o, fikirləşirdi ki, cavabdeh qalan məbləği özü könüllü şəkildə ödəyər. Lakin cavab yenə də üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmış və bunun nəticəsi olaraq yenidən icra məmuru tərəfindən həmin kreditə görə pul tutulmuşdur. Bunun nəticəsində o, əlavə olaraq 762 manat məbləğində ziyan çəkmişdir. Hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdehə dəfələrlə ona görə ödədiyi pulun geri qaytarılmasını xahiş etsə də, o, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Bir halda ki, o, ondan da çox pensiya almasına baxmayaraq, qərəzli şəkildə ona vurduğu ziyanı ödəməkdən yayınır. Cavabdeh məhkəməyə iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı olan qardaşı ona zamin dayanmışdır. Lakin üzürlü səbəblərdən ödə bilmədiyi üçün bank məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə ondan və qardaşından müştərək qaydada pulun tutulması qət edilmişdir. Qardaşının pensiyasından 750 manat tutulma olmuşdur. Bundan sonra qardaşı məhkəməyə müraciət edərək, ondan bunun əvəzi olaraq 1000 manat məbləğində pul tələb etmişdir. Məhkəmə qətnaməsinə əsasən iddia təmin edilmişdir. Həmin məbləği tam şəkildə ödəmişdir. Bundan sonra, iddiaçı əsassız olaraq yenidən ondan 1800 manat pulun tutulması barədə məhkəmədə iddia qaldırmışdır. Hazırda banka özü ödənişlər edir. İddiaçı isə əsassız olaraq məhkəmədə iddia qaldırmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, üzrlü səbəblərə görə məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Odur ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(001)- 1478/2012 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2010-cu il tarixli, 736/10/PB saylı kredit müqaviləsi üzrə 1318,27 manat məbləğində əsas borc, xx.xx.2011-ci il tarixə hesablanmış 119,04 manat gecikdirilmiş faiz borcu, 150 manat məbləğində dəbbə pulu, 300 manat hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1907,31 manat pulun, xx.xx.2011-ci il tarixdən xx.xx.2012ci il tarixədək hər gün üçün 2,64 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh və İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamə əsasında xx.xx.2012-ci il tarixdə icra vərəqəsi verilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-153/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh əsas borca görə 750 manat və hüquqi yardıma görə 250 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Binəqədi rayon icra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-153/2021 saylı icra sənədində göstərilən tələb tam təmin edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus hesabdan icra sənədinin icrası ilə əlaqədar xx.xx.2024 və xx.xx.2024cü il tarixlərdə 387,10 manat, xx.xx.2024-cü il tarixdə 363,93 manat olmaqla, cəmi 1.138,13 manat pul vəsaiti çıxılmışdır. xx.xx.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(001)-1478/2012 saylı icra sənədi ilə əlaqədar Cavabdeh tərəfindən "xxxx" ASC-yə 386.1 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(001)-1478/2012 saylı icra sənədi ilə əlaqədar Cavabdeh tərəfindən "xxxx" ASC-yə 362.93 manat məbləğində pul vəsaiti ödənilmişdir. "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, İddiaçı məxsus hesabdan icra sənədinin icrası ilə əlaqədar xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə 360,75 manat, xx.xx.2024-cü il tarixdə 44,17 manat, xx.xx.2024cü il tarixdə 65,75 manat olmaqla, cəmi 1.192,17 manat pul vəsaiti çıxılmışdır. 005463 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh müharibə veteranıdır. 032872 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən İddiaçı borclu kimi qeydiyyata alındığı icra sənədləri icra edilib statusundadır. Bundan əlavə, borclu olduğu məbləğlər müvafiq icra sənədləri üzrə 112 manat, 58,9 manat, 170 manat olmuşdur. Hazırda icrada olan bir icra sənədi vardır ki, həmin icra sənədi üzrə də İddiaçı tələbkar statusundadır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, məhkəmə qətnaməsi ilə xx.xx.2010-cu il tarixli, 736/10/PB saylı kredit müqaviləsi üzrə tərəflərdən müştərək qaydada 1909,95 manat pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin məbləğdən 750 manat hissəsi İddiaçı tərəfindən tələbkara ödənilmiş, daha sonra həmin məbləğ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-153/2021 saylı qətnaməsi ilə əsas borcludan tutularaq İddiaçı ödənilmişdir. Bundan sonra yenə də tələbkara olan qalıq borclar İddiaçı pensiyasından tutulmağa davam etmiş, beləliklə onun pensiyasından cəmi 1.192,17 manat pul tutulmuşdur. Qeyd olunmalıdır ki, eyni zaman dilimində eyni icra sənədinə əsasən Cavabdeh da pensiyasından tutulmalar davam etmişdir. Göründüyü kimi, eyni icra sənədinə əsasən tələb olunan borc məbləği həm iddiaçı həm də cavabdeh tərəfindən ödənilmişdir. Çünki iddiaçının adında borclu kimi qeydiyyata alındığı və borcun pensiyadan tutulmağa cəlb edilməyə dair hər hansı aktiv icra sənədi olmamışdır. Hazırda iddiaçı kredit müqaviləsi üzrə zamin olaraq ödədiyi vəsaiti cavabdehdən tələb edir, cavabdeh isə iddianın əsassız olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur; 474.3-cü maddəsinə əsasən isə zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər; 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, əsas borclu öz öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün İddiaçı zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini icra etmiş, bununla da İddiaçı banka ödədiyi pulun ona qaytarılması üçün əsas borcluya qarşı reqres tələb irəli sürməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı tərəfindən banka ödənilmiş cəmi 1.192,17 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, tələb qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı banka 1200 manat pul vəsaiti ödədiyini bildirsə də, işdə olan sübutlara əsasən ödənilmiş məbləğ 1.192,17 manat təşkil edir. Eyni zamanda iddiaçı əlavə 300 manat xərc çəkdiyini bildirsə də, bunları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə iddia bu hissədə də təmin edilməməlidir. Məhkəmə eyni zamanda Cavabdeh izah edir ki, o, "xxxx" ASC-yə qarşı ondan tutulmuş əlavə pul vəsaitinin qaytarılması ilə bağlı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Qeyd olunmalıdır ki, hazırki iş üzrə hər iki tərəf müharibə veteranı olmaqla, onlar qanunla dövlət rüsumunu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1.192,17 (bir min bir yüz doxsan iki manat, on yeddi qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5150/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5150/2024
28.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver